AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

03.02.2016

Qeydiyyat nömrəsi

17-q

Adı

İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201602030017

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.02.2016

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

Q Ə R A R A  A L I R:

 

1. “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydası” təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Strateji təhlil və infrastrukturun tənzimlənməsi şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin. 

5. “Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi” Qaydalarının təsdiq edilməsi barədə” 2012-ci il 24 aprel tarixli 05 nömrəli Qərarın 1-ci hissəsi, “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarının təsdiq edilməsi haqqında” 2013-cü il 12 fevral tarixli 2 nömrəli Qərarın 1-ci hissəsi və “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə” 2014-cü il 23 sentyabr tarixli 8 nömrəli Qərar ləğv edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr

Rüfət Aslanlı

 


                                      

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 17-q

 “03” fevral 2016- cı il

Sədr

_______________

R. Aslanlı

 

İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları

 

 

1.                  Ümumi müddəalar

1.1.       Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 34.4-cü maddəsinə müvafiq olaraq hazırlanmış və investisiya şirkəti tərəfindən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra – Komitə) təqdim edilən hesabatlara dair tələbləri, habelə onların Komitəyə təqdim edilməsi qaydalarını müəyyən edir.

1.2.             Bu Qaydaların 6-cı və 7-ci bəndləri baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişikliklər ilə aparılan marja ticarətinə şamil olunmur.

 

 

2.                  İnvestisiya şirkəti tərəfindən təqdim olunan hesabatlar

2.1.  İnvestisiya şirkəti Komitəyə dövri hesabatları (kapital tələblərinə dair hesabat, maliyyə hesabatları, müştəri hesablarına dair hesabat), göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabatları və öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatları aylıq, rüblük, yarımillik və illik olaraq təqdim edir.

2.2.  İnvestisiya şirkəti tərəfindən təqdim olunan kapital tələblərinə dair hesabata aşağıdakılar daxil edilməlidir:

2.2.1.      investisiya şirkətinin ticarət kitabına dair hesabat (Əlavə ¹ 1);

2.2.2.      kapital adekvatlığına dair hesabat (Əlavə ¹ 2);

2.2.3.      kredit riskinə dair hesabat (Əlavə ¹ 3);

2.2.4.      bazar riskinə dair hesabat (Əlavə ¹ 4);

2.2.5.      əməliyyat riskinə dair hesabat (Əlavə ¹ 5);

2.2.6.      konsentrasiya riskinə dair hesabat (Əlavə ¹ 6).

2.3.      Aşağıdakı xidmətləri göstərən investisiya şirkətləri kapital tələblərinə dair aylıq hesabatlar təqdim etməlidir:

2.3.1.    mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

2.3.2.    qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

2.3.3.    marja ticarəti.

2.4.       İnvestisiya şirkəti bu Qaydalarla müəyyən edilmiş aylıq hesabatları təqvim ayının sona çatmasından sonra 15 (on beş) təqvim günü müddətində Komitəyə təqdim etməlidir.

2.5.        İnvestisiya şirkətləri göstərdiyi xidmətlərdən asılı olmayaraq kapital tələblərinə dair hesabatı, müştəri hesablarına dair hesabatı (Əlavə ¹ 7), göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabatı və maliyyə hesabatlarını rüblük olaraq təqdim etməlidir.

2.6.       İnvestisiya şirkəti bu Qaydaların 2.5-ci bəndi ilə müəyyən edilmiş rüblük hesabatları hər rüb bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində Komitəyə təqdim etməlidir.

2.7.        İnvestisiya şirkəti göstərdiyi xidmətlərdən asılı olmayaraq bu Qaydaların 2.2-ci bəndi ilə müəyyən edilən hesabatları maliyyə ilinin başlanmasından etibarən hər 6 (altı) ayın nəticələri üzrə hazırlandıqdan sonra 30 (otuz) təqvim günü ərzində Komitəyə təqdim etməlidir.

2.8.            İnvestisiya şirkəti illik olaraq “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 61.12-ci maddəsi ilə müəyyən edilmiş illik hesabatı (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədləri əlavə etməklə), habelə bu Qaydaların 3-cü bəndi ilə müəyyən edilmiş hesabatı Komitəyə təqdim etməlidir. İllik hesabat hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı, investisiya şirkətinin səhmdarlarının illik ümümi yığıncağı tərəfindən təsdiq edilməli və növbəti ilin ilk 6 (altı) ayı ərzində Komitəyə təqdim edilməlidir.

 

3.                  İnvestisiya şirkətinin göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabat

3.1.            İnvestisiya şirkətinin göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabatlara aşağıda qeyd olunanlar daxil olmalıdır:

3.1.1.    investisiya xidmətinin adı;

3.1.2.    hər bir investisiya xidməti (əməliyyatlar) üzrə müştərilərin sayı;

3.1.3.    hər bir investisiya xidməti (əməliyyatlar) üzrə müştəri tapşırıqlarının sayı;

3.1.4. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə icra edilmiş müştəri tapşırıqlarının sayı;

3.1.5.      hər bir investisiya xidməti (əməliyyatlar) üzrə icra edilməmiş müştəri tapşırıqlarına dair məlumat və imtina səbəbləri;

3.1.6.      dövr ərzində qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə apardığı əqdlərin ümumi məbləği;

3.1.7.      əməliyyatların aparıldığı valyutanın növü (hər valyutada aparılan əməliyyat ayrılıqda göstərilməklə);

3.1.8.      xidmət haqlarının ümumi məbləği ;

3.1.9.      xidmətlərlə (əməliyyatlarla) əlaqədar tətbiq edilən informasiya texnologiyaları barədə məlumat.

3.2. Bu Qaydaların 3.1.9-cu yarımbəndi ilə müəyyən edilmiş hesabatda hər hansı dəyişikliklər olduqda, investisiya şirkəti bu barədə 3 (üç) iş günü ərzində Komitəyə hesabat təqdim etməlidir.

3.3.            İnvestisiya şirkətləri bu Qaydaların 3-cü bəndi ilə müəyyən edilmiş xidmətlərə (əməliyyatlara) dair hesabatı hər bir filial üzrə (mövcud olduqda) ayıraraq icmal şəkildə Komitəyə təqdim edir.

3.4.            İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarətinin həyata keçirildiyi gündən sonra 3 (üç) iş günü ərzində Komitəyə marja ticarəti üzrə hesabat (Əlavə ¹ 8) təqdim etməlidir.

 

4.                  Hesabatların təqdim edilmə qaydası

4.1.       İnvestisiya şirkəti bu Qaydalarla müəyyən edilmiş hesabatları Komitəyə elektron və ya kağız formada təqdim edir.

4.2.       İnvestisiya şirkəti tərəfindən təqdim edilən hesabatın səhifələri nömrələnməli, tikilməli, icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və möhür ilə təsdiq edilməlidir. Hesabatı imzalayan şəxslər hesabata daxil olan məlumatların tamlığı və dürüstlüyü üçün Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq məsuliyyət daşıyırlar.

4.3.       Elektron hesabat təqdim edən investisiya şirkəti elektron imza üçün sertifikatın nömrəsi və növü, o cümlədən sertifikatı verən orqanın adı və identifikasiya nömrəsinə dair Komitəyə məlumat verməlidir.

4.4.       Komitəyə təqdim edilən hesabatlarda nöqsanlar aşkar edildikdə, təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş gün müddətində Komitə həmin nöqsanların aradan qaldırılmasını yazılı surətdə tələb edir. İnvestisiya şirkəti Komitə tərəfindən edilən tələbdən 10 (on) iş günü ərzində hesabatda düzəliş edərək yenidən təqdim etməlidir.

4.5.       İllik maliyyə hesabatında yer alan qiymətli kağızlar və törəmə maliyyə alətləri üçün tanınma metodları və ölçmələrin meyarları ilə əlaqədar tətbiq edilən uçot prinsipləri (investisiya şirkəti tərəfindən bəndlərin sövdələşmə və ya hesablaşma tarixində təsdiqlənməsindən asılı olaraq) açıqlanmalıdır.

 

5.                  Hesabatların tərtib edilməsi qaydaları

5.1.   “İnvestisiya şirkətinin ticarət kitabına dair hesabat”da (Əlavə ¹ 1) investisiya şirkəti tərəfindən aşağıdakı mövqelər qeyd edilir:

5.1.1. 1-ci sütunda “Qiymətli kağızın növü” qeyd edilir;

5.1.2. 2-ci sütunda “Qiymətli kağızların sayı” qeyd edilir;

5.1.3. 3-cü sütunda “Emitent” qeyd edilir;

5.1.4.      4-cü sütunda “Qiymətli kağızın dövlət qeydiyyatı nömrəsi” qeyd edilir;

5.1.5.      5-ci sütunda “Qiymətli kağızın nominal dəyəri” qeyd edilir;

5.1.6.      6-cı sütunda “Uzun mövqe (AZN)” qeyd edilir;

5.1.7.      7-ci sütunda “Qısa mövqe (AZN)” qeyd edilir;

5.1.8.      8-ci sütunda “Qalıq ödəniş müddəti (borc alətləri üzrə)” qeyd edilir;

5.1.9.      9-cü sütunda “Kupon sayı (borc alətləri üzrə)” qeyd edilir.

5.2.       “Kapital adekvatlığına dair hesabat” (Əlavə ¹ 2) investisiya şirkəti tərəfindən aşağıdakı qaydada tərtib edilir:

5.2.1.      “Məcmu kapital” sətrində - “Birinci və ikinci dərəcəli kapitalın cəmi” ilə “Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar cəmi”nin fərqi qeyd edilir;

5.2.2.      “Birinci dərəcəli kapital” sətrində - “Ödənilmiş adi səhmlər”, “Kapital artıqlığı”, “Bölüşdürülməmiş mənfəət (zərər)” və “Kapital ehtiyatları”nın cəmi qeyd edilir;

5.2.3.      “Ödənilmiş adi səhmlər” sətrində - investisiya şirkətinin nizamnamə kapitalını formalaşdıran ödənilmiş adi səhmlərin nominal dəyəri qeyd edilir;

5.2.4.      “Kapital artıqlığı” sətrində - adi səhmlərin yerləşdirilməsi zamanı onların satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq həcmində əldə edilmiş vəsait qeyd edilir;

5.2.5.      “Bölüşdürülməmiş mənfəət (zərər)” sətrində - mühasibat balansında göstərilən və audit olunmuş illik maliyyə hesabatlarına əsaslanan əvvəlki illərin bölüşdürülməmiş mənfəəti və ya zərəri qeyd edilir. Mənfəət müsbət, zərər isə mənfi işarə ilə qeyd olunur;

5.2.6.      “Kapital ehtiyatları” sətrində - investisiya şirkətinin səhmdarlarının məqsədli ödənişləri hesabına yaradılmış ehtiyatlarda (fondlarda) mövcud olan vəsaitlərin məbləği qeyd edilir;

5.2.7.      “Birinci dərəcəli kapitaldan tutulmalar” sətrində - “Geri alınmış adi səhmlər”, “Qeyri-maddi aktivlər” və “Cari maliyyə ili zərəri və ya aralıq zərər”in cəmi qeyd edilir;

5.2.8.      “Geri alınmış adi səhmlər” sətrində - investisiya şirkəti tərəfindən geri alınmış, lakin dövriyyədən çıxarılmamış “adi səhmlər”in nominal dəyəri;

5.2.9.      “Qeyri-maddi aktivlər” sətrində - fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan (xüsusi razılıqlar, lisenziyalar, patentlər, ticarət nişanı, imtiyazlar və s.) dövriyyədənkənar aktivlərin (qeyri-maddi akivlərin) ümumi dəyəri qeyd edilir;

5.2.10.  “Cari maliyyə ili zərəri və ya aralıq zərər” sətrində - cari hesabat dövrünə olan mənfəət və zərər haqqında hesabata əsaslanan zərərin məbləği müsbət işarə ilə qeyd edilir;

5.2.11.  “İkinci dərəcəli kapital” sətrində - “Cari maliyyə ilinin mənfəəti” və “Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri”, “Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar”, “Xüsusi ehtiyatlar”ın cəmi qeyd edilir;

5.2.12.  “Cari maliyyə ilinin mənfəəti” sətrində - cari hesabat dövrünə olan mənfəət və zərər haqqında hesabata əsaslanan mənfəətin məbləği qeyd edilir;

5.2.13.  “Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri” - sətrində emissiya şərtlərinə görə ödəniş vaxtı çatdıqda ödənilən, girov ilə təmin edilməyən, sahibinin tələbi ilə geri alınmayan, son ödəniş müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəniş (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə təşkilatı müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, təşkilat ləğv edilərkən onların ödənilməsi kreditorların tələbi tam ödənildikdən sonra icra olunan öhdəliklərin cəmi məbləği qeyd edilir;

5.2.14.  “Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar” sətrində - “ədalətli dəyərlə qiymətləndirilmiş satıla bilən səhmlər ilə bağlı yenidən qiymətləndirmə ehtiyatlarının realizə olunmamış 80%-i”, “ədalətli dəyərlə qiymətləndirilmiş öz istifadəsində olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsindən realizə olunmamış kumulyativ gəlirin 80%-i” və “ədalətli dəyərlə qiymətləndirilmiş investisiyanın (daşınmaz əmlak və satıla bilən səhmlər xaric olmaqla) realizə olunmamış kumulyativ gəlirinin 80%-i” vəsaitlərin cəmi qeyd edilir;

5.2.15.  “Xüsusi ehtiyatlar” sətrində - “uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn” və “uzunmüddətli maliyyə aktivlərindən irəli gələn”, vəsaitlərin cəmi qeyd edilir;

5.2.16.  “Uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn” sətrində - daşınmaz əmlaka edilmiş investisiyaların qiymətləndirilməsi ədalətli dəyər prinsipi ilə aparıldıqda onların dəyərindəki artım nəticəsində mühasibat balansında baş vermiş dəyişikliklərin ümumi məbləği qeyd edilir;

5.2.17.  “Uzunmüddətli maliyyə alətlərindən irəli gələn” sətrində - qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə edilmiş investisiyaların qiymətləndirilməsi ədalətli dəyər prinsipi ilə aparıldıqda onların dəyərindəki artım nəticəsində mühasibat balansında baş vermiş dəyişikliklərin ümumi məbləği qeyd edilir;

5.2.18.   “Birinci və ikinci dərəcəli kapitalın cəmi” sətrində - “birinci dərəcəli kapital” ilə “ikinci dərəcəli kapital”ın cəmi qeyd edilir;

5.2.19.   “Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar” sətrində - “birinci dərəcəli kapitaldan tutulmalar”, “Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)”, “İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)” və “Sığorta və təkrar sığorta öhdəliklərində, pensiya fondlarında olan və sığorta holdinqlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyalar”ın cəmi qeyd edilir;

5.2.20.  “Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)” sətrində - hesabatı təqdim edən investisiya şirkəti tərəfindən digər investisiya şirkətinin nizamnamə kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir;

5.2.21.   “İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)” sətrində - hesabatı təqdim edən investisiya şirkəti tərəfindən investisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir;

5.2.22.  “Sığorta və təkrar sığorta öhdəliklərində, pensiya fondlarında olan və sığorta holdinqlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyalar” sətrində - hesabatı təqdim edən investisiya şirkəti sığorta və təkrar sığorta öhdəliklərində, pensiya fondlarında olan və sığorta holdinqlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyaların məbləği qeyd edilir;

5.2.23.   “Cəmi kapital tələbi” sətrində - “Kredit riski”, “Bazar riski”, “Əməliyyat riski”, “Hesablaşma və kontragent riski” və “Konsentrasiya riski” üzrə hesablanmış kapital tələblərinin cəmi qeyd edilir;

5.2.24.  “Kapital adekvatlığı” sətrində - “Məcmu kapital” ilə “Cəmi kapital tələbi”nin fərqi qeyd edilir;

5.2.25.  “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)” sətrində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 30 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın notlarının nominal dəyəri qeyd edilir;

5.2.26.  “Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)” sətrində - 30 gün ərzində ödəniləcək bütün öhdəliklərin nominal dəyəri qeyd edilir;

5.2.27.  “I kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə aktivlərinin (qalıq ödəniş müddəti 30 günədək)”  “Öhdəliklərə (qalıq ödəniş müddəti 30 günədək)” olan nisbəti qeyd edilir;

5.2.28.  “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)” sətrində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 180 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın notlarının nominal dəyəri qeyd edilir;

5.2.29.  “Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)” sətrində - 180 gün ərzində ödəniləcək bütün öhdəliklərin nominal dəyəri qeyd edilir;

5.2.30.  “II kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)”-nin “Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)”-ə olan nisbəti qeyd edilir.

5.3.            “Kredit riskinə dair hesabat”da (Əlavə ¹ 3) investisiya şirkəti tərəfindən aşağdakı mövqelər qeyd edilir:

5.3.1.      1-ci sütunda “Maliyyə riskinə məruz qalma/Kontragent sinifi” qeyd edilir;

5.3.2.      2-ci sütunda “Əqdin məbləği” qeyd edilir;

5.3.3.      3-cü sütunda “Kontragentin ölkəsi” qeyd edilir;

5.3.4.      4-cü sütunda “Riskin qalıq ödəniş müddəti” qeyd edilir;

5.3.5.      5-ci sütunda “Maliyyə riskinə məruz qalmanın/kontragentin/emitentin kənar kredit qiymətləndirilməsi” qeyd edilir;

5.3.6.      6-cı sütunda “Kənar kredit qiymətləndirməsi aparan və reytinq verən təşkilat” qeyd edilir;

5.3.7.      7-ci sütunda “Risk çəkisi” qeyd edilir;

5.3.8.      8-ci sütunda “Mərkəzi hökumətin kənar kredit qiymətləndirilməsi” qeyd edilir;

5.3.9.      9-cu sütunda “Kənar kredit qiymətləndirməsi aparan və reytinq verən təşkilat” qeyd edilir;

5.3.10.  10-cu sütunda “Risk çəkisi” qeyd edilir;

5.3.11.  11-ci sütunda “Kredit riski üzrə kapital tələbi” qeyd edilir.

5.4.             “Bazar riski: Xarici valyuta riskinə dair hesabat”da (Əlavə ¹ 4) investisiya şirkəti tərəfindən aşağdakı mövqelər qeyd edilir:

5.4.1.      1-ci sütunda ”Maliyyə riskinə məruzqalma” qeyd edilir;

5.4.2.      2-ci sütunda “Mövqe (uzun/qısa)” qeyd edilir;

5.4.3.      3-cü sütunda “Ədalətli dəyər (xarici valyuta)” qeyd edilir;

5.4.4.      4-cü sütunda “Valyuta” qeyd edilir;

5.4.5.      5-cü sütunda “Valyuta məzənnəsi” qeyd edilir;

5.4.6.      6-cı sütunda “AZN ilə ədalətli dəyər” qeyd edilir;

5.4.7.      “Xüsusi valyutalarda xalis mövqelər” hissəsində aşağdakı mövqelər qeyd edilir:

5.4.7.1.                       1-ci sütunda “Valyuta” qeyd edilir;

5.4.7.2.                       2-ci sütunda “Xalis mövqe (uzun/qısa)” qeyd edilir;

5.4.7.3.                       3-cü sütunda “Xalis mövqe üzrə ədalətli dəyər (xarici valyutada)” qeyd edilir;

5.4.7.4.                       4-cü sütunda “AZN-də xalis mövqe üzrə ədalətli dəyər” qeyd edilir;

5.4.8.      “Ümumi xalis mövqe” sətrində “AZN-də xalis mövqe üzrə ədalətli dəyər”lərin cəmi qeyd edilir.

5.5.            “Əməliyyat riskinə dair hesabat”da (Əlavə ¹ 5) investisiya şirkəti tərəfindən aşağıdakı mövqelər qeyd edilir:

5.5.1.      1-ci sətirdə başa çatmış son üç maliyyə ilinin “Əsas əməliyyat gəliri” qeyd edilir;

5.5.2.      2-ci sətirdə başa çatmış son üç maliyyə ilinin “Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)” qeyd edilir;

5.5.3.      3-cü sətirdə başa çatmış son üç maliyyə ilinin “Sair əməliyyat gəlirləri” qeyd edilir;

5.5.4.      4-cü sətirdə başa çatmış son üç maliyyə ilinin Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər” qeyd edilir;

5.5.5.      5-ci sətirdə başa çatmış son üç maliyyə ilinin “Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri” qeyd edilir;

5.5.6.      6-cı sətirdə başa çatmış son üç maliyyə ilinin “Maliyyə mənfəəti” qeyd edilir;

5.5.7.      7-ci sətirdə başa çatmış son üç maliyyə ilinin “Maliyyə xərcləri (-)” qeyd edilir;

5.5.8.      “Ümumi mənfəət” sətrində “Əsas əməliyyat gəliri”, “Sair əməliyyat gəliri”, “Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər”, “Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri” və “Maliyyə mənfəəti”nin cəmi ilə “Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)” və “Maliyyə xərcləri (-)”nin cəminin fərqi qeyd edilir;

5.5.9.      9-cu sətirdə “Əməliyyat riski üzrə kapital tələbi” qeyd edilir.

5.6.             “Konsentrasiya riskinə dair hesabat”da (Əlavə ¹ 6) investisiya şirkəti tərəfindən aşağdakı mövqeylər qeyd edilir:

5.6.1.      1-ci sütunda “Maliyyə riskinə məruz qalma” qeyd edilir;

5.6.2.      2-ci sütunda “Dəyəri” qeyd edilir;

5.6.3.      3-cü sütunda “Kredit riski kateqoriyası” qeyd edilir;

5.6.4.      4-cü sütunda “Qrup riski” qeyd edilir;

5.6.5.      5-ci sütunda “Konsentrasiya risk limitindən artıq olan hissə” qeyd edilir;

5.6.6.      6-cı sütunda “Kapital tələbi” qeyd edilir.

5.7.       “Müştəri hesablarına dair hesabat” (Əlavə ¹ 7) investisiya şirkətləri tərəfindən aşağıdakı qaydada tərtib edilir:

5.7.1.       “Müştəri hesablarının sayı” sətrində - “Qiymətli kağız hesablarının sayı” ilə “Digər törəmə maliyyə alətləri hesablarının sayı”nın cəmi qeyd edilir;

5.7.2.       “Müştəri hesablarında olan aktivlər” sətrində - “Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri” ilə “Pul vəsaitləri”nin cəmi qeyd edilir;

5.7.3.       “Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri” - sətrində “Listinq olunan səhmlər”, “Digər qiymətli kağızlar” və “Törəmə maliyyə alətləri”nın cəmi qeyd edilir;

5.7.4.       “Pul vəsaitləri” sətrində - “Hesablardakı nağd pul” ilə “Digər pul vəsaitlər”in cəmi qeyd edilir;

5.7.5.       “Hesablardakı nağd pul” sətrində - hesablarda saxlanılan nağd pul vəsaitləri qeyd edilir;

5.7.6.       “Digər pul vəsaitləri” sətrində - yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları və pul vəsaitlərinin ekvivalentlərinin cəmi qeyd olunur;

5.7.7.       “İdarəedilən müştəri aktivləri” sətrində - “Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri” ilə “Pul vəsaitləri”nin cəmi qeyd edilir.

5.8.            “Marja ticarəti barədə hesabat”da (Əlavə ¹ 8) investisiya şirkəti tərəfindən aşağıdakı mövqelər qeyd edilir:

5.8.1.      1-ci sütunda “Müştərinin adı” qeyd edilir;

5.8.2.      2-ci sütunda “Hesab ¹-si” qeyd edilir;

5.8.3.      3-cü sütunda “Müştəri kodu” qeyd edilir;

5.8.4.      1-ci cədvəlin 2-ci hissəsində aşağıdakı mövqelər qeyd edilir:

5.8.4.1.            1-ci sütunda “Baza aktivinin adı” qeyd edilir;

5.8.4.2.            2-ci sütunda “İSİN” qeyd edilir;

5.8.4.3.            3-cü sütunda “Baza aktivinin dəyəri” qeyd edilir;

5.8.4.4.         4-cü sütunda “Təmin edilmiş məbləğ (AZN və investisiya şirkəti tərəfindən maliyyələşdirilmiş investisiyanın % -i)” qeyd edilir;

5.8.5.      2-ci cədvəldə aşağıdakı mövqelər qeyd edilir:

5.8.5.1.            1-ci sətirdə “Günün əvvəlinə cari marja ticarəti maliyyələşməsi” qeyd edilir;

5.8.5.2.            2-ci sətirdə “Gün ərzində yeni marja ticarəti maliyyələşməsi” qeyd edilir;

5.8.5.3.            3-cü sətirdə “Gün ərzində tamamlanmış marja ticarəti” qeyd edilir;

5.8.5.4.                        4-cü sətirdə “Günün sonuna qalan xalis məbləğ” üzrə məbləğdə “Günün əvvəlinə cari marja ticarəti maliyyələşməsi” ilə “Gün ərzində yeni marja ticarəti maliyyələşməsi”nin cəmindən “Gün ərzində tamamlanmış marja ticarəti”nin fərqi qeyd edilir;

5.8.6.      “Maliyyə mənbələri” hissəsində aşağıdakı mövqelər qeyd edilir:

5.8.6.1.            1-ci sətirdə “Şəxsi vəsaitlər” qeyd edilir;

5.8.6.2.            2-ci sətirdə “Borc alınmış vəsaitlər” qeyd edilir;

5.8.6.3.                        3-cü sətirdə “Vəsaitlər borc alınmışdırsa, borc verənin adı və borc məbləği” qeyd edilir.

 

6.        Öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatlar və onların təqdim edilmə qaydası

 

6.1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul edilməsi və icra edilməsi üzrə xidmət göstərən investisiya şirkəti aşağıdakı hesabatları Komitəyə təqdim edir:

6.1.1. “Müştəri sifarişləri haqqında hesabat” (Əlavə ¹ 9);

6.1.2. “İnvestisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat” (Əlavə ¹ 10);

6.1.3. “Törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında hesabat”

(Əlavə ¹ 11).

6.2. İnvestisiya şirkəti mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqd bağladıqda bu Qaydaların 6.1.2-ci və 6.1.3-cü yarımbəndlərində göstərilən hesabatları Komitəyə təqdim edir.

6.3. Bu Qaydaların 6.1-ci bəndi ilə müəyyən edilən hesabatlar aşağıdakı qaydada elektron formada Komitəyə təqdim edilir:

6.3.1. “Müştəri sifarişləri haqqında hesabat” (Əlavə ¹ 9) qiymətli kağızların alğı-satqısı üzrə müştəri tərəfindən investisiya şirkətinə verilən sifariş qəbul edildiyi gündən sonra 1 (bir) iş günü ərzində təqdim edilir;

6.3.2. “İnvestisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat” (Əlavə ¹ 10) investisiya qiymətli kağızları ilə alğı-satqı əqdi (bundan sonra - əqd) bağlandığı gündən sonra 1 (bir) iş günü ərzində təqdim edilir;

6.3.3. “Törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında hesabat” (Əlavə ¹ 11) və törəmə maliyyə alətləri ilə alğı-satqı əqdi bağlandığı gündən sonra 1 (bir) iş günü ərzində təqdim edilir.

6.4. Bu Qaydaların 6-cı bəndi ilə müəyyən edilən hesabatlar investisiya şirkəti tərəfindən Komitənin rəsmi internet səhifəsinin müvafiq bölməsinə daxil edilməklə təqdim olunur.

6.5. İnvestisiya şirkətləri təqdim etdikləri hesabatların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyırlar.

6.6. İnvestisiya şirkətləri təqdim etdikləri hesabatda qeyri-dürüst məlumatların əks etdirildiyini aşkar etdikdə, 1 (bir) iş günü ərzində dəqiqləşdirilmiş hesabatı Komitəyə təqdim edirlər.

6.7. Müştəri tərəfindən investisiya şirkətinə verilən sifariş ləğv edildikdə, sifariş ləğv edildiyi gündən sonra 1 (bir) iş günü ərzində investisiya şirkəti “Müştəri sifarişləri haqqında hesabat”ı (Əlavə ¹ 9) bu Qaydaların 7.1.15-ci yarımbəndində göstərilən qeydin aparılması ilə Komitəyə təqdim edir.

6.8. İnvestisiya şirkətləri qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılmış əməliyyatlara dair məlumatların 5 (beş) il müddətində saxlanılmasını təmin etməlidirlər.

6.9. Texniki problemlərə görə hesabatların elektron formada təqdim edilməsi mümkün olmadıqda, həmin hesabatlar 1 (bir) iş günü ərzində kağız formasında, texniki problemlər aradan qaldırıldıqdan sonra isə bu Qaydaların 6.3-cü bəndinə uyğun olaraq Komitəyə təqdim edilir.

 

 

7. Öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatların tərtib edilməsi

 

7.1. “Müştəri sifarişləri haqqında hesabat” (Əlavə ¹ 9) investisiya şirkəti tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.1.1. “İnvestisiya şirkəti” sətrində - hesabatı təqdim edən investisiya şirkətinin tam adı qeyd edilir;

7.1.2. “Sifarişin nömrəsi” sütununda - müştərinin tapşırıqlarının uçot jurnalında qeyd olunmuş tapşırığın nömrəsi qeyd edilir;

7.1.3. “Sifarişin qəbul edilmə tarixi” sütununda - müştəri tərəfindən verilən tapşırığın investisiya şirkəti tərəfindən qəbul edilmə tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;

7.1.4. “Sifarişin qəbul edilmə vaxtı” sütununda - müştəri tərəfindən verilən tapşırığın investisiya şirkəti tərəfindən qəbul edilmə vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.1.5. “Sifarişin müddəti” sütununda - müştəri tərəfindən verilən tapşırığın qüvvədə olma müddəti qeyd edilir;

7.1.6. “Fərdin eyniləşdirmə nömrəsi” sütununda - sifarişi təqdim edən müştərinin mərkəzi depozitarda olan “depo” hesabının nömrəsi qeyd edilir;

7.1.7. “Emitent” sütununda - əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı qeyd edilir;

7.1.8. “Qiymətli kağızların növü” sütununda - əqdin predmeti olan qiymətli kağızların növü qeyd edilir;

7.1.9. “İdentifikasiya kodu” sütununda - əqdin predmeti Azərbaycan Respublikasının ərazisində buraxılmış qiymətli kağızlar olduqda, onların buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüdudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq, qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.1.10. “Sifarişin istiqaməti” sütununda - sifarişin istiqaməti alış olduqda “B”, satış olduqda isə  “S” hərfi qeyd edilir;

7.1.11. “Sifarişin növü” sütununda - sifariş limitli qiymətlə olduqda “LO”, bazar qiyməti ilə olduqda isə “MO” hərf birləşmələri qeyd edilir;

7.1.12. “Say” sütununda - əqdin predmeti olan qiymətli kağızların sayı qeyd edilir;

7.1.13. “Qiymət” sütununda - sifariş limitli qiymətlə olduqda, əqdin predmeti olan bir qiymətli kağızın müştəri tərəfindən təyin edilmiş qiyməti qeyd edilir;

7.1.14. “Valyuta” sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;

7.1.15. “Ləğv barədə qeyd” sütununda - tapşırıq ləğv edildikdə “C” hərfi qeyd edilir.

7.2. “İnvestisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat”               (Əlavə ¹ 10) investisiya şirkəti tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.2.1. “İnvestisiya şirkəti” sətrində - hesabatı təqdim edən investisiya şirkətinin tam adı qeyd edilir;

7.2.2. “Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında  qeyd edilir;

7.2.3. “Əqdin bağlanma vaxtı” sütununda - əqdin bağlanma vaxtı                                   saat: dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.2.4. “Əqdin nömrəsi” sütununda - investisiya şirkəti tərəfindən əqdlərin uçotu jurnalında əks olunmuş əməliyyatın nömrəsi qeyd edilir;

7.2.5. “Əqdin növü” sütununda - əqd ilkin bazarda bağlandıqda “PM”, təkrar bazarda bağlandıqda isə  “SM”  hərf  birləşmələri qeyd edilir;

7.2.6. “Əqdin istiqaməti” sütununda - əqdin istiqaməti alğı olduqda “B”, satqı olduqda isə  “S” hərfi qeyd edilir;

7.2.7. “Əqdin bağlanma yeri” sütununda - əqd fond birjasında bağlandıqda, həmin birjanın tam adı, birjadankənar  bağlandıqda  isə  “XOFF” hərf  birləşməsi qeyd edilir;

7.2.8. “Əqd üzrə investisiya şirkətinin vəzifəsi” sütununda - əqd investisiya şirkəti tərəfindən öz hesabına bağlandıqda “P” hərfi, müştərinin hesabına bağlandıqda isə - “A”  hərfi qeyd edilir;

7.2.9. “Kontragent” sütununda - birjadankənar əqd üzrə kontragent investisiya şirkəti olduqda, onun tam adı, müştəri olduqda isə - “C” hərfi qeyd edilir;

7.2.10. “Fərdin eyniləşdirmə nömrəsi” sütununda - əqdin istiqamətinə müvafiq olaraq, əqdin predmeti olan qiymətli kağızların mülkiyyətçisinin və ya alıcının depozitarda olan “depo” hesabının nömrəsi qeyd edilir;

7.2.11. “Emitent” sütununda - əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı qeyd edilir;

7.2.12. “Qiymətli kağızların növü” sütununda - əqdin predmeti olan qiymətli kağızların növü qeyd edilir;

7.2.13. “İdentifikasiya kodu” sütununda - əqdin predmeti Azərbaycan Respublikasının ərazisində buraxılmış qiymətli kağızlar olduqda, onların  buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüdudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq, qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.2.14. “Ödəmə tarixi” sütununda - əqdin predmeti olan istiqrazın emitent tərəfindən ödənilməsi tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında  qeyd edilir;

7.2.15. “Nominal” sütununda - əqdin predmeti olan bir qiymətli kağızın nominal dəyəri qeyd edilir;

7.2.16. “Qiymət” sütununda - əqdin predmeti olan bir qiymətli kağızın alğı-satqı  qiyməti qeyd edilir;

7.2.17. “Valyuta” sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;

7.2.18. “Say” sütununda - əqdin predmeti olan qiymətli kağızların sayı qeyd edilir;

7.2.19. “Məbləğ” sütununda - əqdin predmeti olan qiymətli kağızların sayının bir qiymətli kağızın alğı-satqı qiyməti ilə hasili qeyd edilir.

7.3. “Törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında hesabat” (Əlavə ¹ 11) investisiya şirkəti tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.3.1. “İnvestisiya şirkəti” sətrində - hesabatı təqdim edən investisiya şirkətinin tam adı qeyd edilir;

7.3.2. “Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında  qeyd edilir;

7.3.3. “Əqdin bağlanma vaxtı” sütununda - əqdin bağlanma vaxtı  saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.3.4. “Əqdin nömrəsi” sütununda - investisiya şirkəti tərəfindən əqdlərin uçotu jurnalında əks olunmuş əməliyyatın nömrəsi qeyd edilir;

7.3.5. “Əqdin istiqaməti” sütununda - əqdin istiqaməti alış olduqda “B”, satış olduqda isə  “S” hərfi qeyd edilir;

7.3.6. “Əqdin bağlanma yeri” sütununda - əqdin bağlandığı fond birjasının tam adı qeyd edilir;

7.3.7. “Əqd üzrə investisiya şirkətinin vəzifəsi” sütununda - əqd investisiya şirkəti tərəfindən öz hesabına bağlandıqda “P” hərfi, müştərinin hesabına bağlandıqda isə - “A”  hərfi qeyd edilir;

7.3.8. “Fərdin eyniləşdirmə nömrəsi” sütununda - əqdin istiqamətinə müvafiq olaraq, əqdin predmeti olan törəmə maliyyə alətinin mülkiyyətçinin və ya alıcının depozitarda olan “depo” hesabının nömrəsi qeyd edilir;

7.3.9. “Törəmə maliyyə alətinin növü” sütununda - əqdin predmeti olan törəmə maliyyə alətinin növü qeyd edilir;

7.3.10. “Törəmə maliyyə alətinin identifikasiya kodu” sütununda - İSO 6166 beynəlxalq standartına uyğun olaraq törəmə maliyyə alətlərinin beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə törəmə maliyyə alətinin identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.3.11. “Baza aktivinin növü” sütununda - törəmə maliyyə alətinin baza aktivinin növü qeyd edilir;

7.3.12. “Baza aktivinin idektifikasiya kodu” sütununda - törəmə maliyyə alətinin baza aktivi qiymətli kağız olduqda, həmin qiymətli kağızın buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüdudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq, qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.3.13. “Put/Call” sütununda - opsionun növü “Put” olduqda  “P”, “Call” olduqda “C” qeyd edilir;

7.3.14. “Ödəmə tarixi” sütununda - əqdin predmeti olan törəmə maliyyə alətinin ödənilməsi tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında  qeyd edilir;

7.3.15. “Qiymət” sütununda - əqdin predmeti olan bir törəmə maliyyə alətinin alğı-satqı  qiyməti qeyd edilir;

7.3.16. “Valyuta” sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;

7.3.17. “Say” sütununda - əqdin predmeti törəmə maliyyə alətinin sayı qeyd edilir;

7.3.18. “Məbləğ” sütununda - əqdin predmeti olan törəmə maliyyə alətlərinin sayının bir törəmə maliyyə alətlərinin alğı-satqı qiyməti ilə hasili qeyd edilir;

7.3.19. “Qiymət multiplikatoru” sütununda - bir müqavilədə olan qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı qeyd edilir.

 


 İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 1

 

İnvestisiya şirkətinin ticarət kitabına dair hesabat

 

 

Sıra

Qiymətli kağızların növü

Qiymətli kağızın sayı

Emitent

Qiymətli kağızın dövlət qeydiyyatı nömrəsi

Qiymətli kağızın nominal dəyəri

Uzun mövqe (AZN)

Qısa mövqe (AZN)

Qalıq ödəniş müddəti (borc alətləri üzrə)

 

Kupon sayı (borc alətləri üzrə)

 

1

2

3

4

5

6

9

10

11

 

Mövqelər

 

 

 

 

 

 

 

 

1

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

 

 

 

 


İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 2

 

 

Kapital adekvatlığına dair hesabat

 

 

I Hissə. Məcmu kapital

 

Məbləğ

Məcmu kapital (21-22)

1

 

Birinci dərəcəli kapital (3+4+5+6)

2

 

1. Ödənilmiş adi səhmlər

3

 

2. Kapital artıqlığı

4

 

3. Bölüşdürülməmiş mənfəət (zərər)

5

 

4. Kapital ehtiyatları

6

 

Birinci dərəcəli kapitaldan tutulmalar (8+9+10)

7

 

1. Geri alınmış adi səhmlər

8

 

2. Qeyri maddi aktivlər

9

 

3. Cari maliyyə ili zərəri və ya aralıq zərər

10

 

İkinci dərəcəli kapital (12+13+14+18)

11

 

1. Cari maliyyə ilinin mənfəəti

12

 

2. Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri

13

 

3. Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar (15+16+17)

14

 

3.1 ədalətli dəyərlə qiymətləndirilmiş satıla bilən səhmlər ilə bağlı yenidən qiymətləndirmə ehtiyatlarının realizə olunmamış 80%-i

15

 

3.2. ədalətli dəyərlə qiymətləndirilmiş öz istifadəsində olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsindən realizə olunmamış kumulyativ gəlirin 80%-i

16

 

3.3. ədalətli dəyərlə qiymətləndirilmiş investisiyanın (daşınmaz əmlak və satıla bilən səhmlər xaric olmaqla) realizə olunmamış kumulyativ gəlirinin 80%-i

17

 

4. Xüsusi ehtiyatlar (19+20)

18

 

4.1. uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn

19

 

4.2. uzunmüddətli maliyyə aktivlərindən irəli gələn

20

 

Birinci və ikinci dərəcəli kapitalın cəmi (2+11)

21

 

Birinci və ikinci dərəcəli kapitaldan tutulmaların cəmi (7+23+24+25)

22

 

1.Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)

23

 

2. İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)

24

 

3. Sığorta və təkrar sığorta öhdəliklərində, pensiya fondlarında olan və sığorta holdinqlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyalar.

25

 

II hissə. Cəmi kapital tələbi

 

Məbləğ

Cəmi kapital tələbi (27+28+37+38+39)

26

 

1. Kredit riski

27

 

2. Bazar riski (29+32+33+34+35+36)

28

 

2.1. Səhm qiymət riski (30+31)

29

 

2.1.1. spesifik risklər

30

 

2.1.2. ümumi risklər

31

 

2.2. Spesifik borc aləti qiymət riski

32

 

2.3. Ümumi faiz dərəcəsi riski

33

 

2.4. Əmtəə qiymət riski

34

 

2.5. Xarici valyuta riski

35

 

2.6. Kollektiv investisiyalara dair qiymət riski

36

 

3. Əməliyyat riski

37

 

4. Hesablaşma və kontragentin riski

38

 

5. Konsentrasiya riski

39

 

III Hissə. Kapital adekvatlığı

 

Məbləğ

Kapital adekvatlığı (1-26)

40

 

IV hissə. Likvidlik əmsalları

 

Məbləğ

1. Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)

41

 

2. Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)

42

 

3. I kateqoriya likvidlik əmsalı (41/42)

43

 

4. Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)

44

 

5. Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)

45

 

6. II kateqoriya likvidlik əmsalı (44/45)

46

 


İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 3

 

Kredit riskinə dair hesabat

 

Maliyyə riskinə məruz qalma/ Kontragent sinifi

 

Əqdin məbləği

 

 

Kontragentin ölkəsi

 

Riskin qalıq ödəniş müddəti

 

Maliyyə riskinə məruz qalmanın/kontragentin/emitentin kənar kredit qiymətləndirilməsi

 

Kənar kredit qiymətləndirməsi aparan və reytinq verən təşkilat

 

 

Risk çəkisi

 

Mərkəzi hökumətin kənar kredit qiymətləndirilməsi

 

Kənar kredit qiymətləndir-məsi aparan və reytinq verən təşkilat

 

 

Risk çəkisi

 

Kredit riski üzrə kapital tələbi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 4

 

Bazar riski: Xarici valyuta riskinə dair hesabat

 

Sıra sayı

Maliyyə
riskinə məruz
qalma

Mövqe
(uzun/qısa)

Ədalətli
dəyər (xarici
valyutada)

Valyuta

Valyuta
məzənnəsi

AZN ilə
ədalətli dəyər

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

Xüsusi valyutalarda xalis mövqelər

Sıra sayı

Valyuta

Xalis
mövqe
(uzun/qısa)

Xalis mövqe üzrə ədalətli
dəyər (xarici valyutada)

AZN-də xalis
mövqe üzrə ədalətli
dəyər

1

 

 

 

 

2

 

 

 

 

...

 

 

 

 

Ümumi xalis mövqe

 

 


 “İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 5

 

Əməliyyat riskinə dair hesabat

 

Mənfəət və zərər maddələri

_____il

_____il

_____il

1

Əsas əməliyyat gəliri

 

 

 

2

Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)

 

 

 

3

Sair əməliyyat gəlirləri

 

 

 

4

Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər

 

 

 

5

Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri

 

 

 

6

Maliyyə mənfəəti

 

 

 

7

Maliyyə xərcləri (-)

 

 

 

Ümumi mənfəət (1-2+3+4+5+6-7)

 

 

 

Əməliyyat riski üzrə kapital tələbi

 

 

 

 

 


 

İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 6

 

 

 

 

Konsentrasiya riskinə dair hesabat

 

Maliyyə riksinə məruz qalma

Dəyəri

Kredit riski kateqoriyası

Qrup riski

Konsentrasiya risk limitindən artıq olan hissə

Kapital tələbi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 7

 

 

Müştəri hesablarına dair hesabat

 

Maddələr

 

Məbləğ

Müştəri hesablarının sayı (2+3)

1

 

Qiymətli kağız hesablarının sayı

2

 

Törəmə maliyyə alətləri hesablarının sayı

3

 

Müştəri hesablarında olan aktivlər (5+9)

4

 

Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri (6+7+8)

5

 

Listinq olunan səhmlər

6

 

Digər qiymətli kağızlar

7

 

Törəmə maliyyə alətləri

8

 

Pul vəsaitləri (10+11)

9

 

Hesablardakı nağd pul

10

 

Digər pul vəsaitləri

11

 

İdarəedilən müştəri aktivləri (13+16)

12

 

Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri (14+15)

13

 

Qiymətli kağızlar

14

 

Törəmə maliyyə alətləri

15

 

Pul vəsaitləri

16

 

 


 

İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 8

 

 

Marja ticarəti barədə hesabat

 

İnvestisiya şirkətinin adı: ___________________________

Fond Birjası / Mərkəzi Depozitar kodu: __________/___________

 

Cədvəl 1

Müştərinin adı

Hesab ¹-si

Müştəri Kodu

 

 

 

 

 

Baza aktivinin adı

İSİN

Baza aktivinin  dəyəri

Təmin edilmiş məbləğ (AZN və investisiya şirkəti tərəfindən maliyyələşdirilmiş investisiyanın % -i)

AZN

Faizlə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəl 2.

 

No.

Maddələr

Məbləğ (AZN)

1.

Günün əvvəlinə cəmi ödənilməmiş marja ticarəti maliyyələşməsi

 

2.

Gün ərzində yeni marja ticarəti maliyyələşməsi

 

3.

Gün ərzində həyata keçirilmiş marja ticarəti

 

4.

Günün sonuna qalan xalis məbləğ (1+2-3)

 

 

 

 

 

 

 

MALİYYƏ MƏNBƏLƏRİ

(Cədvəl 3)

1.

Şəxsi vəsaitlər

 

2.

Borc alınmış vəsaitlər

 

3.

Vəsaitlər borc alınmışdırsa, borc verənin adı və borc məbləği

 

 


 

İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydaları”na

Əlavə ¹ 9

 

“Müştəri sifarişləri haqqında hesabat”

İnvestisiya şirkəti

Sifarişin ¹

Sifarişin qəbul edilmə tarixi

Sifarişin qəbul edilmə  vaxtı

Sifarişin müddəti

Fərdin eynilləşdirmə nömrəsi

Emitent

Qiymətli kağızların növü

İdentifikasiya kodu

Sifarişin istiqaməti

Sifarişin növü

 

Say

 

Qiymət

Valyuta

Ləğv barədə qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydalarına

Əlavə ¹ 10

 

 

 

“İnvestisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat”

İnvestisiya şirkəti

Əqdin bağlanma tarixi

Əqdin bağlanma vaxtı

Əqdin  nömrəsi

Əqdin

növü

Əqdin

istiqaməti

Əqdin bağlanma yeri

Əqd üzrə investisiya şirkətinin vəzifəsi

Kontragent

Fərdin eyniləşdirmə nömrəsi

Emitent

Qiymətli kağızların  növü

İdentifikasiya kodu

 

Ödəmə tarixi

Nominal

Qiymət

Valyuta

Say

Məbləğ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İnvestisiya şirkətinin hesabatlarının

tərtib və təqdim olunma Qaydalarına

Əlavə ¹ 11

 

 

 

“Törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında hesabat”

 

İnvestisiya şirkəti

Əqdin bağlanma tarixi

Əqdin bağlanma vaxtı

Əqdin  nömrəsi

Əqdin istiqaməti

Əqdin bağlanma yeri

Əqd üzrə investisiya şirkətinin vəzifəsi

Fərdin eyniləşdirmə nömrəsi

Törəmə maliyyə alətinin  növü

Törəmə maliyyə alətinin İdentifikasiya kodu

Baza
aktivinin növü

Baza aktivinin identifikasiya  kodu

Put/Call

Ödəmə tarixi

Qiymət

Valyuta

Say

Məbləğ

Qiymət multiplikatoru