AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

12.01.2016

Qeydiyyat nömrəsi

2

Adı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

“Azərbaycan” qəzeti ¹ 07

Qüvvəyə minmə tarixi

13.01.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201601120002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.01.2016

 

 

“Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6, maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə 807, ¹ 8, maddə 966, ¹ 10, maddələr 1226, 1229; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 dekabr tarixli 372 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 7-1 – 7-7-ci hissələr əlavə edilsin:

 

7-1. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

7-2. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı

7-3. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı

7-4. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı

7-5. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

7-6. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

7-7. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

 

2. 22-33-cü hissələr ləğv edilsin.

 

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə