AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Qəbul edildiyi tarix

20.04.2016

Qeydiyyat nömrəsi

866

Adı

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə

Rəsmi dərc edildiyi mənbə

"Azərbaycan" qəzeti ¹ 86

Qüvvəyə minmə tarixi

23.04.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

110.020.040

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

13201604200866

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

22.04.2016

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (həmin Qanunun 13-cü maddəsində göstərilmiş prinsip nəzərə alınmaqla) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun 21.1-ci maddəsinə uyğun olaraq, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2 və 3 nömrəli əlavələrdə müəyyən edilən dövlət rüsumunun məbləğləri nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna (onun 13-cü maddəsində göstərilmiş prinsip nəzərə alınmaqla) uyğunlaşdırılmasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;

1.1.5. həmin Qanunun 5.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, beynəlxalq təşkilatların və beynəlxalq səviyyədə tanınmış təşkilatların verdikləri və Azərbaycan Respublikasında tanınan icazələrin siyahısını və onların Azərbaycan Respublikasında tanınması qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. həmin Qanunun 6.3.3-cü maddəsinə uyğun olaraq, verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 7.0.8-ci maddəsinə uyğun olaraq, lisenziya blanklarının və əlavələrinin formasını, habelə lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 8.4-cü maddəsinə uyğun olaraq, lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, tənzimləyici təsirin təhlili qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 3 nömrəli əlavəsinin 41-ci, 53-cü və 57-ci maddələrinə uyğun olaraq, müvafiq radioelektron vasitələrini və güc hədlərini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinin ikinci cümləsində, 6.1-ci və 9.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4.3-cü maddəsinin ikinci cümləsində, 4.4-cü maddəsində, 5.2-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 6.3.3-cü maddəsində (birinci halda), 7.0.8-ci maddəsində (hər iki halda), 8.4-cü, 16.3-cü və 31.2-ci maddələrində, həmin Qanunun 3 nömrəli əlavəsinin 41-ci, 53-cü və 57-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 1.0.2-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanının səlahiyyətlərini:[1]

2.3.1. həmin Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

2.3.2. həmin Qanunun 2 nömrəli əlavəsinin 1-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etməsi ilə bağlı) və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (digər hallarda);

2.3.3. həmin Qanunun 2 nömrəli əlavəsinin 2-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2.3.4. həmin Qanunun 2 nömrəli əlavəsinin 3-cü, 4-cü və 4-1-ci maddələrində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;  [2]

2.3.5. həmin Qanunun 2 nömrəli əlavəsinin 5-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Milli Televiziya və Radio Şurası həyata keçirir;[3]

2.4. həmin Qanunun 1.0.12-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həyata keçirir;

2.6. həmin Qanunun 6.3.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.7. həmin Qanunun 19.8-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. [4]

3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr” portalının əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 7 dekabr 2016-cı il tarixli 1146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201612071146, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2016-cı il)

2.       5 aprel 2017-ci il tarixli 1318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201704051318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2017-ci il)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 dekabr 2016-cı il tarixli 1146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201612071146, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2016-cı il) ilə 2.3-cü bənddə “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilmişdir.

 

[2] 7 dekabr 2016-cı il tarixli 1146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201612071146, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2016-cı il) ilə 2.3.4-cü yarımbənddən “həyata keçirir” sözləri çıxarılmışdır.

 

5 aprel 2017-ci il tarixli 1318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201704051318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2017-ci il) ilə 2.3.4-cü yarımbənddə “və 4-cü” sözləri “, 4-cü və 4-1-ci” sözləri ilə əvəz edilmişdir, “Respublikasının” sözündən sonra “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

[3] 7 dekabr 2016-cı il tarixli 1146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201612071146, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2016-cı il) ilə yeni məzmunda 2.3.5-ci yarımbənd əlavə edilmişdir.

 

[4] 5 aprel 2017-ci il tarixli 1318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201704051318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2017-ci il) ilə 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.7-ci bənd əlavə edilmişdir.