AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

Qəbul edildiyi tarix

03.06.2016

Qeydiyyat nömrəsi

8/32

Adı

“Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair

Rəsmi dərc edildiyi mənbə

"Azərbaycan" qəzeti ¹ 119

Qüvvəyə minmə tarixi

15.06.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

22201606030832

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

14.06.2016

 

 

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 2-ci hissəsinin icrası ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının “Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında Təlimat”ının 3.1-ci bəndinin “Qeyd” hissəsində müvafiq dəyişiklik edilməlidir.

Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliyin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a  a l ı r :

 

1. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-1 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişiklik edilsin:

1.1. 3.1-ci bəndin “Qeyd” hissəsinin 7-ci abzasında  “327.1rəqəmi “563.1rəqəmi ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov