AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

08.07.2016

Qeydiyyat nömrəsi

32/1

Adı

“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

21.07.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201607080321

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

20.07.2016

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış Banklararası Kart Mərkəzinin istismara verilməsi ilə əlaqədar olaraq ölkədə emissiya olunan ödəniş kartları ilə xidmət mərkəzləri arasında aparılan əməliyyatlar üzrə məlumat mübadiləsinin və bu əməliyyatlar üzrə yekun hesablaşmaların tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 44.3-cü maddələrinə əsasən

 

QƏRARA ALIR:

 

1. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr                                                                                                        Elman Rüstəmov

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

              Qərar ¹ 32/1

“08” iyul 2016-cı il

 

 

“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/3 ¹-li Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.18-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.18. kart təşkilatı - kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən xidmət mərkəzi (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatı;

2. 5.12-ci bənddə “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə” sözləri “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilsin;

3. aşağıdakı məzmunda 6.8-ci və 6.9-cu bəndlər əlavə edilsin:

“6.8. Kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi xidmət mərkəzi tərəfindən həyata keçirilir.

6.9. Kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında xidmət mərkəzləri arasında məlumatların ötürülməsi, emalı və klirinqi, həmçinin bu əməliyyatlar üzrə banklar arasında yekun hesablaşmaların aparılması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir”.

4. 7.7-ci bənddə “(və ya yerli kart təşkilatı)” sözləri “və ya xidmət mərkəzi” sözləri ilə, “(və ya yerli kart təşkilatının)” sözləri isə “(xidmət mərkəzinin)” sözləri ilə əvəz edilsin.

5. 7.9-cu bənd ləğv edilsin.