AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

28.11.2016

Qeydiyyat nömrəsi

45/1

Adı

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının təsdiq edilməsi barədə[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

08.12.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201611280451

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

07.12.2016

 

 

Ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və 22.0.17-ci maddələrinə əsasən

 

Q Ə R A R A  A L I R:

 

1.    Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2.     Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27.05.2002-ci il tarixli qərarı ilə (12 nömrəli protokol) təsdiq edilmiş (13.06.2002-ci il tarixli 2859 nömrəli şəhadətnamə) “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar” və bu Qaydalara 28 iyun 2004-cü il tarixli (11 nömrəli protokol) dəyişikliklər (14 iyul 2004-cü il tarixli 3062 nömrəli şəhadətnamə), 03 noyabr 2004-cü il tarixli (19 nömrəli protokol) dəyişikliklər (29 noyabr 2004-cü il tarixli 3097 nömrəli şəhadətnamə), 21 iyun 2007-ci il tarixli (22 nömrəli protokol) dəyişikliklər (29 iyun 2007-ci il tarixli 3340 nömrəli şəhadətnamə), 27 sentyabr 2008-ci il tarixli (26 nömrəli protokol) dəyişikliklər (16 oktyabr 2008-ci il tarixli 3410 nömrəli şəhadətnamə), 20 noyabr 2009-cu il tarixli (33 nömrəli protokol) dəyişikliklər (01 dekabr 2009-cu il tarixli 3485 nömrəli şəhadətnamə), 15 aprel 2010-cu il tarixli (9 nömrəli protokol) dəyişikliklər (23 aprel 2010-cu il tarixli 3738 nömrəli şəhadətnamə) ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri                                                                    Elman Rüstəmov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 45/1

 

“28” noyabr 2016-cı il

 

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları[2]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (bundan sonra - banklar) istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir. Bu Qaydalar həmçinin maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) istisna olmaqla digər rezidentlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir.[3]

1.2. Rezident və qeyri-rezidentlərin bu Qaydalarda nəzərdə tutulmuş valyuta  əməliyyatları “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

1.3. Ələt azad iqtisadi zonasında valyuta əməliyyatları “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[4]

 

2. Anlayışlar

 

2.1.           Bu Qaydaların məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.     bank hesabı – bankın balansında müştərilər üçün açılan cari, ssuda, əmanət və ya digər hesab;

2.1.2.     idxal olunan xidmətlər qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisində göstərilən xidmətlər və görülən işlər, həmçinin rezidentlərin və qeyri-rezidentlərin xeyrinə ölkə xaricində göstərilən xidmətlər və görülən işlər.[5]

2.2.           Bu Qaydalarda istifadə olunan “xarici valyuta”, “rezidentlər”, “qeyri-rezidentlər”, “valyuta əməliyyatları” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “poçt rabitəsinin milli operatoru” anlayışı “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda, “kommersiya bildirişi” anlayışı “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda verilən mənaları ifadə edir.

 

3. Bank hesabı açılmadan aparılan valyuta əməliyyatları

 

3.1. Bank hesabı açılmadan Azərbaycan Respublikasının daxilində və Azərbaycan Respublikasından kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən  bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.

3.2. Rezident və qeyri-rezident fiziki şəxsin xeyrinə bank hesabı açılmadan pul köçürməsi əməliyyatları üzrə daxil olan vəsait bank tərəfindən məhdudiyyət olmadan qəbul edilir və ödənilir. Köçürülmüş xarici vàlyutà vəsaitləri vəsaiti alana nağd şəkildə verilir və ya onun tapşırığı ilə bànk håsàbınà köçürülür.

3.3. Råzidånt və qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasından kənara bank håsàbı àçmàdàn õàrici vàlyutà vəsàitlərini bir əməliyyàt günü ərzində 1000 (bir min) ÀBŞ dîllàrı, təqvim ayı ərzində isə 10000 (on min) ÀBŞ dîllàrı åkvivàlentinədək məbləğdə köçürə bilər.[6]

 

4. Bank hesabları üzrə aparılan valyuta əməliyyatları

 

4.1. Rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir.

4.2. Azərbaycan Respublikasının daxilində rezidentlərin və qeyri-rezidentlərin bank hesablarından xarici valyutada köçürmələr Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələblərinə əməl edilməklə məhdudiyyət olmadan həyata keçirilir.

4.3. Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır:

4.3.1. Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar:

4.3.1.1. ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir);[7]

4.3.1.2. ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir;[8]

4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir;[9]

4.3.1.4. idxal müqaviləsi üzrə malın (xidmətin) dəyəri yalnız mal (xidmət) alan şəxs  tərəfindən ödənilə bilər; 

4.3.1.5. idxal müqaviləsi üçüncü şəxsin xeyrinə bağlandıqda, malın (xidmətin) dəyəri idxal müqaviləsinin şərtlərinə uyğun olaraq malı (xidməti) alan üçüncü şəxs və/və ya müqaviləni bağlayan şəxs tərəfindən ödənilə bilər. Belə ödənişlər müvafiq müqavilə və malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətin göstərilməsini təsdiq edən sənəd) bu Qaydaların 4.3.1.1-ci və 4.3.1.2-ci yarımbəndinə müvafiq qaydada təqdim edilməklə icra olunur. Belə əməliyyatların həyata keçirilməsi zamanı qabaqcadan ödənişin həyata keçirilməsi nəzərdə tutulduqda, bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur;

4.3.2. təkrar ixrac əməliyyatları üzrə rezidentlərin və qeyri-rezidentlərin köçürmələri. Belə köçürmələr xarici ölkədən mallar idxal edilənədək icra edildikdə, bu Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş qabaqcadan ödəniş rejimi tətbiq olunur;[10]

4.3.2-1. malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir;[11]

4.3.3. qabaqcadan ödənilmiş, lakin icra olunmayan ixrac müqavilələri üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitlərin geri qaytarılması. Belə köçürmələr ixrac müqaviləsi üzrə ödənişin həmin şəxslərin hesablarına qabaqcadan daxil olmasını təsdiq edən bank sənədi təqdim olunmaqla həyata keçirilir;

4.3.4. rezident hüquqi şəxslərin xaricdə yerləşən filial və nümayəndəliklərinə, həmçinin törəmə və tabeliyində olan qurumlarına məqsədi bəyan edilməklə köçürmələr;

4.3.4-1. rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir;[12]

4.3.5. xaricdən cəlb edilmiş kreditlər və digər borc öhdəlikləri, həmin borc öhdəlikləri  üzrə faiz, komisyon haqlar və cərimələrin ödənilməsinə yönəldilmiş köçürmələr. Belə ödənişlər rezidentlər və qeyri-rezidentlər tərəfindən kreditin alınmasını təsdiq edən müqavilə və ya digər borc öhdəliyinin yaranmasını təsdiq edən sənəd banka təqdim edilməklə həyata keçirilir. Borc vəsaiti rezidentlərin və qeyri-rezidentlərin xaricdəki bank hesablarına mədaxil edildikdə, belə köçürmələr əlavə olaraq borc vəsaitinin bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulan məqsədlərlə istifadə edildiyini təsdiq edən sənədlər və istifadə edilmiş vəsaitin həcmini göstərən bank hesabından çıxarış təqdim edilməklə, borc vəsaitindən istifadə edilmiş miqdarda həyata keçirilir (rezident və ya qeyri-rezidentin xaricdəki bank hesabına köçürülmüş borc vəsaiti Azərbaycan Respublikasına malların və ya xidmətlərin idxal edilməsi üçün avans ödənişin edilməsi məqsədilə istifadə edildikdə həmin rezident və ya qeyri-rezidentin müvəkkil bankdakı hesabından borcun ödənilməsi məqsədilə vəsait köçürüldüyü gündən bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur);[13]

4.3.6. rezidentlərin və qeyri-rezidentlərin məhkəmə, arbitraj, notariat xərcləri, dövlət rüsumları, digər icbari ödənişləri, təqaüd, pensiya, aliment və oxşar ödənişlərin aparılması ilə bağlı köçürmələr, habelə qeyri-rezidentin miras üzrə məbləğlərinin (miras üzrə qəbul etdiyi və ya miras əmlakının satışından əldə etdiyi pul vəsaiti) köçürülməsi. Belə köçürmələr ödənişin əsasını və təyinatını əks etdirən sənədlər əsasında həyata keçirilir;

4.3.6-1. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qrant almaq hüququ olan resipiyentin sərəncamında maliyyə vəsaiti formasında qalan qrant məbləğinin köçürülməsi. Belə köçürmələr qrant müqaviləsi (qərar) ilə birlikdə qrant haqqında qanunvericiliyə müvafiq olaraq qrant müqaviləsinin (qərarın) qeydə alınması barədə sənəd və vəsaitin resipiyentin hesabına xaricdən daxil olmasını təsdiq edən bank sənədi təqdim edilməklə həyata keçirilir, bu şərtlə ki, müqavilədə (qərarda) qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra resipiyentin sərəncamında qalan maliyyə vəsaitinin geri qaytarılması nəzərdə tutulmuşdur;[14]

4.3.6-2. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan dövləti adından, habelə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri (Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi) tərəfindən xarici resipiyentlərə verilən qrant məbləğinin, həmçinin, qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə qrant müqaviləsinin (qərarın) icrası məqsədilə xarici resipiyentə verilən sub-qrant məbləğinin köçürülməsi. Belə köçürmələr qrant (sub-qrant) müqaviləsi (qərar) ilə birlikdə qrant haqqında qanunvericiliyə müvafiq olaraq qrant (sub-qrant) müqaviləsinin (qərarın) qeydə alınması (Azərbaycan dövləti adından verilən qrantlar istisna olmaqla) barədə sənəd təqdim edilməklə həyata keçirilir;

4.3.6-3. qeyri-rezidentlərə sığortaçılar tərəfindən sığorta ödənişlərinin köçürülməsi. Belə köçürmələr sığorta müqaviləsi (şəhadətnaməsi) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933-cü maddəsinin tələblərinə müvafiq olaraq sığorta ödənişinin verilməsinə əsas verən sənədlər təqdim edilməklə həyata keçirilir;[15]

4.3.7. aşağıdakı məqsədlərlə rezidentlər və qeyri-rezidentlər tərəfindən aparılan köçürmələr (bu halda təsdiqedici sənəd kimi tərəflər arasında bağlanmış müqavilə, ödənişin təyinatını və məbləğini təsdiqləyən hesab-faktura və ya elektron kommersiya bildirişi təqdim edilir):

4.3.7.1. beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə və digər tədbirlərdə iştirak haqlarının ödənilməsi;

4.3.7.2. xarici nəşr məhsullarına, kitabxana, məlumat bazalarına və bülletenlərə (o cümlədən, elektron formada) abunə haqlarının və ya elanların yerləşdirilməsi haqlarının ödənilməsi;

4.3.7.3. rezidentlər və qeyri-rezidentlər tərəfindən özlərinin və ya digər fiziki şəxsin (şəxslərin) təhsil və müalicə haqlarının ödənilməsi (təhsil haqlarının ödənilməsi zamanı təhsil müəssisəsinin ödənişin təyinatını, məbləğini və bank hesabının nömrəsini təsdiqləyən məktubu hesab-fakturanı əvəz edə bilər);[16]

4.3.7.4. müəlliflik hüququndan, patentdən istifadə haqlarının və françayzinqin ödənilməsi;

4.3.7.5. turizm fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən turistlərin səyahət xərclərinin ödənilməsi;

4.3.7.6. fiziki şəxslər tərəfindən xaricə səfərlə bağlı özlərinin nəqliyyat və otel (gecələmə) xərclərinin ödənilməsi;[17]

4.3.8. şəxsi məqsədlər üçün köçürmələr:

4.3.8.1. rezident fiziki şəxsin yaxın qohumlarına (ər (arvad), valideynlər, o cümlədən ərin (arvadın) valideynləri, baba, nənə, nəvə, övlad, övladlığa götürülən (götürən), qardaş və bacı) və ya öz hesabına köçürmələr. Belə köçürmələr müvafiq olaraq qohumluğu və ya hesabın həmin şəxsə məxsus olmasını təsdiq edən sənədlər əsasında təqvim ayı ərzində 10 000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə həyata keçirilə bilər;[18]

4.3.8.2. rezident və qeyri-rezident fiziki şəxsin əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş və ya həmin fiziki şəxsin əvvəllər xaricdən bank hesabına köçürülmüş, o cümlədən bank hesabı açılmadan pul köçürməsi sistemi vasitəsi ilə həmin şəxsin adına xaricdən daxil olmuş xarici valyutanın köçürülməsi. Belə köçürmələr müvafiq mədaxil sənədləri (nağd vəsaitlər üçün gömrük bəyannaməsinin əsli (sənəd elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir), yaxud xaricdən bank hesabına və ya pul köçürməsi sistemi vasitəsi ilə daxilolmanı təsdiq edən bank sənədi) banka təqdim edilməklə aparılır;

4.3.8.3. bu Qaydaların 4.3.8.1-ci və 4.3.8.2-ci yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda məqsədi bəyan edilməklə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək, təqvim ayı ərzində isə cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə olan köçürmələri;

4.3.9. rezidentlər tərəfindən qeyri-rezidentlərə dividendlərin ödənilməsi ilə bağlı köçürmələr. Belə köçürmələr aparıldıqda qeyri-rezidentin rezident hüquqi şəxsin kapitalında (əmlakında) iştirakını (paylı investisiya fondunda əmlak toplusunda payını) təsdiq edən sənəd, habelə dividendlərin ödənilməsi şərtləri və məbləğlərini əks etdirən sənədlər banka təqdim olunur;

4.3.9-1. qeyri-rezident hüquqi şəxs tərəfindən əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş və ya həmin hüquqi şəxsin əvvəllər xaricdən bank hesabına köçürülmüş xarici valyutanın köçürülməsi. Belə köçürmələr müvafiq mədaxil sənədləri (nağd vəsaitlər üçün gömrük bəyannaməsinin əsli (sənəd elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir), yaxud xaricdən bank hesabına daxilolmanı təsdiq edən bank sənədi) banka təqdim edilməklə aparılır;

4.3.9-2. qeyri-rezidentin Azərbaycan Respublikasındakı filialının (nümayəndəliyinin) hesabına təsisçi tərəfindən səhvən köçürülmüş vəsaitin və ya məqsədli şəkildə köçürülmüş vəsaitin tam və ya istifadədən artıq qalan hissəsinin geri qaytarılması ilə bağlı köçürmələr (belə köçürmələrin aparılması üçün həmin vəsaitin filialın (nümayəndəliyin) hesabına köçürülməsini təsdiq edən bank sənədi ilə birlikdə həmin filialın (nümayəndəliyin) vergi borcunun olmaması barədə vergi orqanının arayışı və təsisçinin müvafiq yazılı müraciəti banka təqdim edilir);[19]

4.3.10. Azərbaycan Respublikasının iqtisadiyyatına qoyulmuş xarici investisiyaların repatriasiyası məqsədi ilə qeyri-rezidentlər tərəfindən aparılan köçürmələr. Belə köçürmələr xarici investisiyaları təsdiq edən sənədlər banka təqdim edilməklə (vəsaitlər nağd şəkildə Azərbaycan Respublikasına gətirildikdə onların gətirilməsini təsdiq edən gömrük bəyannaməsi və ya vəsaitlərin Azərbaycan Respublikasına köçürülməsini təsdiq edən bank hesabından çıxarış və həmin vəsaitlərin investisiya olunması barədə təsdiqedici sənəd) aparılır;

4.3.11. qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı investisiyaları ilə bağlı əldə etdikləri gəlirlər və başqa məbləğlər, o cümlədən kompensasiyalar və zərərin ödənilməsi məbləğləri ilə bağlı köçürmələr. Belə köçürmələr vergi orqanları və ya vergi agentlərinin müvafiq vergilərin ödənilməsini təsdiq edən arayışı, yaxud vergilərin ödənilməsindən azad olunma barədə müvafiq təsdiqedici sənəd banka təqdim edilməklə həyata keçirilir;

4.3.12. rezidentlər və qeyri-rezidentlər tərəfindən əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş qeyri-rezidentlərə əmək haqqının ödənilməsi, eləcə də bu əsaslar üzrə qeyri-rezidentlərin müvəkkil bankdakı hesabına köçürülmüş vəsaitin həmin qeyri-rezidentlər tərəfindən xaricə göndərilməsi ilə bağlı köçürmələr. Belə köçürmələr əmək haqqının ödənilməsi şərtləri və məbləğini əks etdirən müqavilə və ya işəgötürən tərəfindən həmin vəsaitin qeyri-rezidentin hesabına mədaxil edilməsini təsdiq edən bank sənədi, yaxud ödəniş günü üçün Elektron Hökumət Portalından onun iş yeri və əmək haqqısı barədə arayış əsasında aparılır;[20]

4.3.12-1. idman yarışlarının nəticələrinə görə qeyri-rezidentlərə ödənilən mükafat və digər haqlarla bağlı köçürmələr. Belə köçürmələr müvafiq məbləğlərin ödənilməsini təsdiq edən sənəd banka təqdim edilməklə aparılır;[21]

4.3.13. rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin müvafiq təsdiqedici sənədlər əsasında kapitalın hərəkəti ilə bağlı aparılan aşağıdakı valyuta əməliyyatları:

4.3.13.1. Azərbaycan Respublikasından kənarda təsis edilmiş hüquqi şəxsin nizamnamə kapitalına qoyulan investisiyalar üzrə köçürmələr;

4.3.13.2. qiymətli kağızların əldə edilməsi məqsədi ilə köçürmələr (bu məqsədlə vəsaitin xarici maliyyə institutunda açılmış xüsusi hesaba köçürülməsi tələb olunduqda, həmin hesabdan vəsaitlərin yalnız qiymətli kağızlar bazarında əməliyyatların həyata keçirilməsi üçün istifadə olunacağını əks etdirən sənəd banka təqdim olunur);[22]

4.3.13.3. torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququ, habelə daşınmaz əmlak üzərində başqa hüquqlarla bağlı ödənişlər üzrə köçürmələr.

4.4. Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılır.

 

5. Valyuta əməliyyatları üzrə təsdiqedici sənədlər

 

5.1. Rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları bu Qaydalarda nəzərdə tutulan sənədlər banka təqdim edilməklə həyata keçirilir.

5.2. İdxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Malların idxalını, habelə xarici valyutanın nağd şəkildə ölkəyə gətirilməsini təsdiq edən gömrük bəyannaməsində bankın qeydi sənədin üz tərəfində aparılır. Əgər gömrük bəyannaməsi üzrə ödəniş tam və və ya son qalıq həcmində həyata keçirilərsə, sənədin əsli sonuncu ödənişi icra edən bankda saxlanılır.

5.3. Valyuta əməliyyatını təsdiq edən gömrük bəyannaməsi elektron formada tərtib edildikdə, sənədə ödənişin tam və ya qismən həyata keçirilməsi barədə qeyd bankın məsul işçisi tərəfindən elektron formada daxil edilir.

 

6. Qeyri-rezidentlərin milli valyutada əməliyyatlarının aparılması[23]

 

Qeyri-rezidentlər müvəkkil banklarda milli valyutada açdıqları hesablardan rezidentlərin milli valyutada olan bank hesabları üzrə əməliyyatların aparılması qaydalarına uyğun olaraq istifadə edə bilərlər.

 

7. Rezidentlərin Azərbaycan Respublikasından kənarda xarici valyuta hesablarının açılması

 

7.1. Rezidentlər Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarını sərbəst şəkildə aça bilərlər.

7.2. Rezidentlər sahibkarlıq fəaliyyəti məqsədləri üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyutada hesab açarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanlarından şəhadətnamə-dublikat almalı və hesab üzrə əməliyyatlar aparıldığı tarixədək müvafiq qeydlər etməklə bildiriş hissəsini vergi orqanına təqdim etməlidirlər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il)

2.       15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə qərarın adında və 1-ci hissəsindərezident və qeyri-rezidentlərinin xarici valyuta” sözləri “rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın adında “rezident və qeyri-rezidentlərinin xarici valyuta” sözləri “rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada” sözləri ilə əvəz edilmişdir.

 

[3] 15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmış və rezidentlərin, qeyri-rezidentlərin (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (bundan sonra - banklar) istisna olmaqla) banklar vasitəsi ilə xarici valyuta əməliyyatlarının aparılması qaydalarını müəyyən edir.

 

[4] 15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 1.3-cü bənd əlavə edilmişdir.

 

[5] 15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 2.1.2-ci yarımbəndindərezidentlərin” sözündən sonra “və qeyri-rezidentlərin” sözləri əlavə edilmişdir.

 

[6] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 3.3-cü bəndində, 4.3.8.1-ci və 4.3.8.3-cü yarımbəndlərindəay ərzində” sözləri “təqvim ayı ərzində” sözləri ilə əvəz edilmişdir.

 

[7] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.1-ci yarımbəndindəgömrük bəyannaməsinin əsli” sözlərindən sonra “(və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd)” sözləri əlavə edilmişdir.

 

[8] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.2-ci yarımbəndindəakt” sözündən sonra “(nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər)” sözləri əlavə edilmişdir.

 

[9] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində180 (yüz səksən)” sözləri “270 (iki yüz yetmiş)” sözləri ilə əvəz edilmişdir.

15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndindəgeri qaytarılmadıqda” sözlərindən sonra “(xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən)” sözləri əlavə edilmişdir, “2 (iki) iş günü” sözləri “5 (beş) iş günü” sözləri ilə əvəz edilmişdir.

 

[10] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.3.2. təkrar ixrac əməliyyatları üzrə rezidentlərin və qeyri-rezidentlərin köçürmələri. Belə köçürmələr alınmış mallar, göstərilmiş xidmətlər və ya görülmüş işlər müqabilində xarici ölkədən vəsaitlər daxil olunanadək icra edildikdə, bu Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş qabaqcadan ödəniş rejimi tətbiq olunur;

 

[11] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 4.3.2-1-ci yarımbənd əlavə edilmişdir.

15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndindəüçüncü ölkəyə göndərilməsi” sözləri “üçüncü tərəfə təqdim edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[12] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 4.3.4-1-ci yarımbənd əlavə edilmişdir.

 

[13] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.5-ci yarımbəndində nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və həmin yarımbəndə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

[14] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 4.3.6-1-ci yarımbənd əlavə edilmişdir.

 

[15] 15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 4.3.6-2-ci və 4.3.6-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[16] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.7.3-cü yarımbəndindəödənilməsi” sözündən sonra “(təhsil haqlarının ödənilməsi zamanı təhsil müəssisəsinin ödənişin təyinatını, məbləğini və bank hesabının nömrəsini təsdiqləyən məktubu hesab-fakturanı əvəz edə bilər)” sözləri əlavə edilmişdir.

 

[17] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 4.3.7.5-ci və 4.3.7.6-cı yarımbəndlər əlavə edilmişdir.

 

[18] 15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.8.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.3.8.1. rezident fiziki şəxsin yaxın qohumlarının (ər (arvad), valideynlər, o cümlədən ərin (arvadın) valideynləri, baba, nənə, nəvə, övlad, övladlığa götürülən (götürən), qardaş və bacı) köçürmələr; Belə köçürmələr qohumluğu təsdiq edən sənədlər əsasında təqvim ayı ərzində 10000 (om min) ABŞ dolları åkvivàlentinədək məbləğdə həyata keçirilə bilər;

 

[19] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 4.3.9-1-ci və 4.3.9-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

[20] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.12-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.3.12. rezidentlər və qeyri-rezidentlər tərəfindən əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş qeyri-rezident olan işçilərinə əmək haqqının ödənilməsi ilə bağlı köçürmələr. Belə köçürmələr əmək haqqının ödənilməsi şərtləri və məbləğini əks etdirən müqavilə əsasında aparılır;

 

[21] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 4.3.12-1-ci yarımbənd əlavə edilmişdir.

 

[22] 26 fevral 2018-ci il tarixli 4/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201802260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.13.2-ci yarımbəndindəköçürmələr” sözündən sonra “(bu məqsədlə vəsaitin xarici maliyyə institutunda açılmış xüsusi hesaba köçürülməsi tələb olunduqda, həmin hesabdan vəsaitlərin yalnız qiymətli kağızlar bazarında əməliyyatların həyata keçirilməsi üçün istifadə olunacağını əks etdirən sənəd banka təqdim olunur)” sözləri əlavə edilmişdir.

 

[23] 15 mart 2019-cu il tarixli 6/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na yeni məzmunda 6-cı və 7-ci hissələr əlavə edilmişdir.