AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Qəbul edildiyi tarix

30.11.2016

Qeydiyyat nömrəsi

1134

Adı

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan” qəzeti ¹ 272

Qüvvəyə minmə tarixi

08.12.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

180.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

13201611301134

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

01.12.2016

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə”ni “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 634; 2016, ¹ 6, maddə 1067) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.17-ci bənddən “təminatlı” sözü çıxarılsın və həmin bəndə “stansiyalarının” sözündən sonra “(sahələrinin)” sözü, “yaxud” sözündən sonra “təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə” sözləri əlavə edilsin.

2. 9.18-ci bənddən “təminatlı” sözü çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti