AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

01.11.2016

Qeydiyyat nömrəsi

431

Adı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri ilə bağlı bəzi məsələlər və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

“Xalq” qəzeti ¹ 243

Qüvvəyə minmə tarixi

03.11.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201611010431

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.11.2016

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılsın.

2. Respublika Texniki Yaradıcılıq Mərkəzi “Respublika Uşaq Yaradıcılıq Mərkəzi”, “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi”, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi “Uşaq Yaradıcılıq Mərkəzi” adlandırılsın.

3. Bu qərarın 1-ci və 2-ci hissələrində qeyd edilən müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6, maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə 807, ¹ 8, maddə 966, ¹ 10, maddələr 1226, 1229, ¹ 12, maddə 1571; 2016, ¹ 1, maddə 176, ¹ 2, (II kitab), maddə 373, ¹ 3, maddə 622, ¹ 5, maddə 957, ¹ 6, maddə 1209; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Məktəbdənkənar təhsil müəssisələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci və 17-ci hissələr ləğv edilsin;

4.2. 2-ci, 5-ci, 15-ci və 16-cı hissələr aşağıdakı redaksiyada verilsin:

“2. Respublika Uşaq Yaradıcılıq Mərkəzi

5. “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi

15. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi

16. Uşaq Yaradıcılıq Mərkəzi”;

4.3. aşağıdakı məzmunda 21-ci hissə əlavə edilsin:

“21. 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”.

 

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə