AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

27.12.2016

Qeydiyyat nömrəsi

Q-26

Adı

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  2011-ci il 6 dekabr tarixli Q-02 nömrəli Qərarının ləğv edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

11.01.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

420.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201612270026

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

10.01.2017

 

 

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 16 dekabr tarixdə 15201112060002 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş 2011-ci il 6 dekabr tarixli Q-02 nömrəli Qərarı 4-cü hissə istisna olmaqla ləğv edilsin.

2. Nazirliyin aparatının Hüquq şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov