AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

07.02.2017

Qeydiyyat nömrəsi

1

Adı

Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

02.03.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

24201702070001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

01.03.2017

 

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.1-ci və 12.0.13-cü maddələrini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 377-VQD nömrəli Qanununun tətbiqi məqsədi ilə Məhkəmə-Hüquq Şurası

 

Q Ə R A R A  A L I R:

 

1. Məhkəmə-Hüquq Şurasının 11.03.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nın 1.2-ci və 3.2-ci bəndlərində “93-cü maddəsinin ikinci hissəsinin” sözlərindən sonra “və 93-3-cü maddəsinin səkkizinci hissəsinin” sözləri əlavə edilsin.

2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nı bu dəyişikliklərlə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

 

 

Sədr                                                                                                                 Fikrət Məmmədov