AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

20.04.2017

Qeydiyyat nömrəsi

Q18-001-17

Adı

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tarixli Q23-001-16 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nda dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

02.05.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

370.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201704200018

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

01.05.2017

 

 

“2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 oktyabr tarixli 2379 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq, Kollegiya

 

Q Ə R A R A   A L I R:

 

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tarixli Q23-001-16 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nın 3.12-ci bəndində “milliyyətinə” sözü “etnik mənsubiyyətinə” sözləri ilə əvəz edilsin.

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan olunsun.

 

 

Kollegiyanın sədri

general-polkovnik

 

Ramil Usubov