AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

05.06.2017

Qeydiyyat nömrəsi

247

Adı

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

“Xalq” qəzeti ¹ 121

Qüvvəyə minmə tarixi

07.06.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201706050247

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

08.06.2017

 

 

“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹7, maddə 745, ¹10, maddə 969, ¹12, maddələr 1241, 1245; 2012, ¹3, maddə 257, ¹4, maddə 399, ¹6, maddələr 633, 634, ¹12, maddə 1346; 2013, ¹6, maddə 775, ¹9, maddə 1130; 2014, ¹1, maddə 72, ¹2, maddə 214, ¹6, maddə 751, ¹ 7, maddə 907, ¹9, maddə 1120; 2015, ¹3, maddə 336, ¹6, maddə 807, ¹8, maddə 966, ¹10, maddələr 1226, 1229, ¹12, maddə 1571; 2016, ¹1, maddə 176, ¹2 (II kitab), maddə 373, ¹3, maddə 622, ¹5, maddə 957, ¹6, maddə 1209, ¹10, maddə 1723, ¹11, maddə 1919; 2017, ¹2, maddələr 285, 302, 319) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinin 21-1-ci hissəsinə “Universiteti” sözündən sonra “publik hüquqi şəxsi” sözləri əlavə edilsin.

 

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə