AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

19.06.2017

Qeydiyyat nömrəsi

8

Adı

“Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.07.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

220.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201706190008

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.07.2017

 

 

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını və “Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

 

q ə r a r a a l ı r:

 

1.        Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təklif olunan “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).

2.        Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın (hissə 81) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 noyabr 2004-cü il tarixli 22 nömrəli kollegiya qərarının 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4.        Ümumi şöbəyə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

5.        Bu Qərarın icrasına nəzarət nazir müavini İ.İsayevə həvalə edilsin.

 

Nazir                                                                                      Səlim Müslümov

 


 

 

Azərbaycan Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Kollegiyasının 19 iyun 2017-ci il

tarixli 8 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

 

Giriş

 

Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (bundan sonra “Kitabça”) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça səhiyyə sahəsinə aid edilən qulluqçu vəzifələrində və fəhlə peşələrində çalışan işçilərin əmək funksiyalarının və əməyinin ödəniş dərəcələrinin müəyyən edilməsində, onların hüquq və vəzifələrini əks etdirən vəzifə təlimatlarının işlənilməsində, peşəkarlıq səviyyəsindən asılı olaraq onların işə qəbulu və vəzifədə irəli çəkilməsi və məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq səhiyyə və digər müəssisələrdə səhiyyə sahəsinə aid edilən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adları və əməyinin ödəniş dərəcələri bu Kitabçaya uyğun olaraq həyata keçirilir.

Kitabçada hər bir vəzifənin (peşənin) tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

-“Əmək funksiyası” bölməsində bu vəzifəni (peşəni) tutan işçinin yerinə yetirməli olduğu işlərin məzmunu;

-“Bilməlidir” bölməsində işçinin səhiyyə sahəsinə aid qanunvericilik aktlarını, o cümlədən ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydasını bilməsi kimi tələblər;

-“Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin təhsilinə, ixtisasına və əlavə təhsilinə (peşə hazırlığına) olan tələblər öz əksini tapmışdır.

Kitabçadakı rəhbər vəzifələrdə əməyinin ödəniş dərəcələri bu vəzifəni tutan işçinin təhsilindən, əmək stajından və işlədiyi müəssisənin rəhbər işçilərinin əməyinin ödəniş qrupundan asılı olaraq müəyyənləşdirilir.

Səhiyyə müəssisəsi rəhbərinin müavininin, eləcə də müəssisənin struktur bölmə (şöbə, bölmə, kabinet və s.) rəhbərlərinin müavinlərinin vəzifə maaşı müvafiq müəssisə, bölmə (şöbə, bölmə, kabinet və s.) rəhbərlərinin vəzifə maaşından 10 - 20 faiz aşağı müəyyənləşdirilir.

Səhiyyə müəssisələrində səhiyyə sahəsinə aid olmayan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan iqtisadiyyatın aidiyyəti sahələrinin qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarından istifadə edilir.

Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə bu Kitabçada müəyyən edilmiş ixtisas tələblərindəki təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda) və ya əlavə təhsilə (peşə hazırlığına) malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər müstəsna hallarda bu ixtisas tələblərinə malik işçilər kimi hər hansı bir vəzifəyə təyin edilə bilərlər.

 


Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu

 

Sıra

¹ -si

 

Vəzifə və peşələrin adları

Ödəniş dərəcələrinin diapazonu

Səhifə

1

2

3

4

 

I. RƏHBƏRLƏR

 

 

1.

Səhiyyə müəssisəsinin baş həkimi (direktoru, müdiri, rəisi, rəhbəri)

13-18

6

2.

Təchizat üzrə baş mütəxəssis

14-16

7

3.

Aptek müəssisəsinin müdiri; Aptek müdiri

11-16

8

4.

Baş tibb bacısı (qardaşı)

8-13

9

5.

Aptek məntəqəsinin müdiri

8-13

9

6.

Səhiyyə müəssisəsinin mətbəxinin müdiri

7-11

11

 

II. MÜTƏXƏSSİSLƏR

 

 

 

HƏKİM HEYƏTİ

 

 

7.

Həkim-mütəxəssis; Həkim (eləcə də, rezident)

9-15

12

8.

Klinik (tibbi) psixoloq[1]

9-13

 14

9.

Zooloq; entomoloq

9-13

 15

10.

Bioloq

9-13

 15

11.

İonlaşan və ionlaşmayan şüalanma mənbələrinə nəzarət üzrə ekspert-fizik

9-13

 16

12.

Təchizat üzrə mütəxəssis

7-13

17

 

ORTA TİBB HEYƏTİ

 

 

13.

Böyük: tibb bacısı (qardaşı), mama, feldşer, diş texniki

7-10

18

14.

Diş həkimi

7-12

19

15.

Diş texniki

6-9

20

16.

Mama

6-9

20

17.

Feldşer

6-9

21

18.

Feldşer-laborant

6-9

22

19.

Tibb bacısı (qardaşı)

5-9

22

20.

Masaj üzrə tibb bacısı (qardaşı)

5-9

23

21.

Həkim-epidemioloq köməkçisi; Həkim-parazitoloq köməkçisi

6-9

24

22.

Sanitar feldşer

6-9

 24

23.

Entomoloq köməkçisi

6-9

 25

24.

Laborant

5-8

 25

25.

Rentgen-texnik

5-8

 26

26.

Müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı

5-8

26

27.

Əmək terapiyası üzrə təlimatçı

5-8

 27

28.

Təlimatçı-dezinfektor

5-8

 28

29.

Tibb statistiki

5-8

 28

30.

Çağırış üzrə tibb bacısı

5-8

29

31.

Dezinfektor

5-6

29

32.

Tibb qeydiyyatçısı

5

30

 

APTEK İŞÇİLƏRİ

 

 

33.

Böyük provizor

10-13

 30

34.

Provizor

8-12

 31

35.

Əczaçı

6-11

 32

36.

Optika satıcısı

4-5

 33

 

III. DİGƏR QULLUQÇULAR

 

 

 

KİÇİK TİBB HEYƏTİ

 

 

37.

Xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı)

4

 34

38.

Təsərrüfat bacısı (qardaşı)

4

 34

 

IV. FƏHLƏLƏR

 

 

 

KİÇİK TİBB HEYƏTİ

 

 

39.

Səhiyyə müəssisəsinin şöbələrinin bufetçisi

3

35

40.

Sanitar qadın (sanitar)

3

 35

 

APTEK İŞÇİLƏRİ

 

 

41.

Qablaşdırıcı

3-4

 36

 


TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

I. RƏHBƏRLƏR

 

SƏHİYYƏ MÜƏSSİSƏSİNİN BAŞ HƏKİMİ

(DİREKTORU, MÜDİRİ, RƏİSİ, RƏHBƏRİ)

 

Əmək funksiyası. Səhiyyə müəssisəsinə rəhbərlik edir. Səhiyyə müəssisəsini dövlət orqanlarında, sığorta təşkilatlarında və məhkəmədə təmsil edir. Əhaliyə vaxtında və keyfiyyətli tibbi və dərman yardımı göstərilməsi üzrə kollektivin işini təşkil edir. Müəssisənin müalicəvi-profilaktik, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil edir. Müəssisənin fəaliyyət göstəricilərinin təhlili əsasında iş formalarının və metodlarının təkmilləşdirilməsi üçün lazımi tədbirlər həyata keçirir. Müəssisədaxili intizam qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə nəzarət edir.

Bilməlidir: səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; dövlət proqramlarında, strategiyalarda və inkişaf konsepsiyalarında səhiyyə və tibb fəaliyyəti ilə bağlı perspektivləri; ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydasını; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; əmək qanunvericiliyinin əsaslarını, əməyin təşkili və idarə olunmasını; səhiyyə müəssisələrinin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ hüquqi aktları; icbari tibbi sığorta sahəsi üzrə dövlət siyasətini və qanunvericiliyin ümumi əsaslarını; dövlət orqanlarının səhiyyə müəssisələrinin fəaliyyətinə dair aidiyyəti qərar, sərəncam və əmrlərini; səhiyyənin, sosial gigiyenanın, səhiyyə idarəetmə sisteminin təşkilinin nəzəri əsaslarını; səhiyyə müəssisəsinin iqtisadi və maliyyə fəaliyyətinin təşkilini; xarici və ölkədaxili səhiyyə müəssisələrinin qabaqcıl iş təcrübəsini; tibbi sığortanın əsaslarını; əhalinin sağlamlığı statistikasını, əhalinin sağlamlıq vəziyyətini xarakterizə edən meyar və göstəriciləri; müalicə-profilaktika müəssisələrində əmək qabiliyyətinin ekspertizasının təşkilini, xəstələrin sosial və tibbi reabilitasiyasının təşkilini; sanitar-epidemioloji xidmətin nəzəri və təşkilati əsaslarını; sanitariya maarifinin, əhalinin gigiyenik tərbiyəsinin və sağlam həyat tərzinin təbliğinin təşkilini; müəssisədaxili intizam qaydalarını; vətəndaşların müraciətlərinə baxılması qaydasını; kargüzarlığın aparılmasına dair təlimatı; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: rezidentura təhsilli olmaqla tibb ixtisası üzrə həkim-mütəxəssis və ya bu təhsil səviyyəsi tətbiq edilənədək tibb ixtisası üzrə ali təhsil və 10 ildən az olmayaraq səhiyyə müəssisəsində əmək stajı; əsas (baza ali) tibb təhsilli olmaqla 12 ildən az olmayaraq səhiyyə müəssisəsində əmək stajı. [2]

13-14-cü dərəcələr: V ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin rəhbərinin əmək funksiyasını yerinə yetirdikdə (həmin vəzifədə iş təcrübəsi nəzərə alınmaqla);

15-ci dərəcə: IV ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin rəhbərinin əmək funksiyasını yerinə yetirdikdə;

16-cı dərəcə: III ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin rəhbərinin əmək funksiyasını yerinə yetirdikdə;

17-ci dərəcə: II ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin rəhbərinin əmək funksiyasını yerinə yetirdikdə;

18-ci dərəcə: I ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin rəhbərinin əmək funksiyasını yerinə yetirdikdə.

 

TƏCHİZAT ÜZRƏ BAŞ MÜTƏXƏSSIS

 

Əmək funksiyası. Səhiyyə sahəsi üçün tələb olunan dərman vasitələrinə, digər mal və materiallara olan ümumi tələbatı müəyyənləşdirir, onların təminatının plan layihələrini tərtib edir, qəbul olunmasında və yerinə yetirilməsində iştirak edir. Alınan dərman vasitələrinin, mal və materialların keyfiyyətinin standartlara, texniki normativ hüquqi aktlardakı tələblərə və müqavilə üzrə öhdəliklərə uyğunluğunu müəyyən edir. Dərman vasitələri, mal və materiallarüzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, onların qəbul olunmasına, səhiyyə müəssisələrinə tələbat üzrə paylanmasına, dərman vasitələrinin tələb olunan ehtiyatının anbarlarda istehsalçılarının tövsiyə etdiyi temperatur və rütubət rejiminə riayət olunaraq saxlanmasına nəzarət edir.

Təchizat cədvəlinə uyğun olaraq dərman vasitələrinin, mal və materiallarınanbarlardan vaxtında yüklənməsi üçün sənədləşdirilməsinə nəzarət edir. Dərman vasitələrinin, mal və materiallarıninventarlaşmasını təşkil edir, əskik gələn malların axtarışını aparır. Hər günün sonuna anbarda qalığın çıxarılmasına nəzarət edir. Anbarlarda normadan artıq ehtiyat dərman vasitələrinin, mal və materialların yığılması səbəblərini öyrənir və tədbirlər görür. Qəbul olunmuş hesabat forması üzrə hesabatı tərtib edir.

Bilməlidir: səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; dövlət proqramlarında, strategiyalarda və inkişaf konsepsiyalarında dərman vasitələrinin, mal və materialların təchizatı ilə bağlı perspektivləri; dövlət orqanlarının səhiyyə müəssisələrinin fəaliyyətinə dair aidiyyəti qərar, sərəncam və əmrlərini; dərman vasitələri üzrə standartları və onlara olan tələbləri; dərman vasitələrinin, mal və materialların təchizatı üzrə normativ hüquqi aktları; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; dərman vasitələrinin əsas xassəsini və keyfiyyət xüsusiyyətlərini; təminat planlarının və müqavilələrin tərtib olunmasını; dərman vasitələrinə, mal və materiallara olan tələbatın hesabatını; dərman vasitələrinin, mal və materialların səhiyyə müəssisələrinə tələbat üzrə paylanması işinin təşkilini; dərman vasitələrinin, mal və materialların anbarlarda saxlanılması qaydalarını və normativlərini; dərman vasitələrinin istehsalçılarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsil.

14-cü dərəcə: təchizat üzrə mütəxəssis vəzifəsində və ya dərman vasitələrinin, mal və materialların təchizatı üzrə digər vəzifələrdə 4 ildən az olmayaraq əmək stajı;

15-ci dərəcə: təchizat üzrə baş mütəxəssis vəzifəsində 3 ildən və ya təchizat üzrə mütəxəssis vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

16-ci dərəcə: təchizat üzrə baş mütəxəssis vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.

 

APTEK MÜƏSSİSƏSİNİN MÜDİRİ; APTEK MÜDİRİ

 

Əmək funksiyası. Aptek müəssisəsinə (aptekə) rəhbərlik edir. Əhaliyə vaxtında və keyfiyyətlə dərman yardımının göstərilməsi, başqa səhiyyə müəssisələri ilə peşəkar səviyyədə qarşılıqlı əlaqə yaradılması üçün kollektivin işini səmərəli təşkil edir. Tabeçiliyində olan işçilər tərəfindən əmr və sərəncamların icra olunmasına nəzarət edir. Aptek müəssisəsinin (aptekin) fəaliyyətini təhlil edir və fəaliyyət göstəricilərinə əsasən əhaliyə göstərilən dərman yardımının yaxşılaşdırılması üçün tədbirlər görür. İdarəetmənin yeni iqtisadi forma və üsullarından istifadə etməklə aptek müəssisəsinin (aptekin) səmərəli maliyyə-təsərrüfat fəaliyyətini təmin edir. Əhalinin və səhiyyə müəssisələrinin dərmanla təchizatı sahəsində aptek müəssisəsinin (aptekin) fəaliyyətində qarşıya çıxan məsələləri sərbəst həll edir.

Bilməlidir: səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını, dövlət proqramlarında, strategiyalarda və inkişaf konsepsiyalarında əczaçılıq fəaliyyəti ilə bağlı perspektivləri; aptek müəssisələrinin (apteklərin) fəaliyyət istiqamətlərini müəyyən edən normativ hüquqi aktları; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; dövlət orqanlarının aptek müəssisələrinin (apteklərin) fəaliyyətinə dair aidiyyəti qərar, sərəncam və əmrlərini; əczaçılıq işinin nəzəri və təşkilati əsaslarını; ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartlarını; xarici və ölkədaxili aptek müəssisələrinin (apteklərin) qabaqcıl iş təcrübəsini; əhaliyə dərman yardımının vəziyyətini xarakterizə edən meyar və göstəriciləri; müəssisənin iqtisadi və maliyyə fəaliyyətinin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; vətəndaşların müraciətlərinə baxılması qaydasını; kargüzarlığın aparılmasına dair təlimatı; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: əczaçılıq ixtisas qrupuna daxil olan ixtisaslar üzrə magistratura təhsili və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili və 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;

11-12-ci dərəcələr: V ödəniş qrupuna aid edilən aptek müəssisəsinin müdirinin (aptek müdirinin) əmək funksiyasını yerinə yetirdikdə (həmin vəzifədə iş təcrübəsi nəzərə alınmaqla);

13-cü dərəcə: IV ödəniş qrupuna aid edilən aptek müəssisəsinin müdirinin (aptek müdirinin) əmək funksiyasını yerinə yetirdikdə;

14-cü dərəcə: III ödəniş qrupuna aid edilən aptek müəssisəsinin müdirinin (aptek müdirinin) əmək funksiyasını yerinə yetirdikdə;

15-ci dərəcə: II ödəniş qrupuna aid edilən aptek müəssisəsinin müdirinin (aptek müdirinin) əmək funksiyasını yerinə yetirdikdə;

16-cı dərəcə: I ödəniş qrupuna aid edilən aptek müəssisəsinin müdirinin (aptek müdirinin) əmək funksiyasını yerinə yetirdikdə.

 

BAŞ TİBB BACISI (QARDAŞI)

 

Əmək funksiyası. Orta tibb heyətinin işinin səmərəli təşkili və onların ixtisasının artırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir. Dərman vasitələrinin və sarğı materiallarının, o cümlədən tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman maddələrinin vaxtında yazılaraq alınması, uçotu, bölgüsü, işlənilməsi, saxlanılması, xəstələrin qəbulu və evə yazılması işlərini təşkil edir. Orta və kiçik tibb heyəti tərəfindən mövcud qaydalara əməl olunmasına nəzarət edir. Xəstələrin şöbə daxilində düzgün nəql edilməsi, orta tibb heyəti tərəfindən həkim təyinatlarının vaxtında və dəqiq yerinə yetirilməsi, xəstəxana şöbələrinin, xəstələrin paltar və dəyişəklərinin saxlanılmasında sanitar-gigiyenik qaydalara əməl olunması, yoluxucu xəstəliyə tutulmuş xəstələr yerləşdirilən otaqların dezinfeksiya olunması işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir.

Bilməlidir: səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydasını; dövlət orqanlarının səhiyyə müəssisələrinin fəaliyyətinə dair aidiyyəti qərar, sərəncam və əmrlərini; dərman vasitələri üzrə standartları və onlara olan tələbləri; əməyin təşkilində orta və kiçik tibb heyətinin düzgün yerləşdirilməsi və iş qrafikinin səmərəli tərtib edilməsi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; epidemiya əleyhinə tədbirlərin aparılması prinsiplərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: əmək stajına tələb qoyulmadan həkim yardımçısı ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək tibb ixtisası üzrə ali tibb təhsili və ya III-V ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsində tibb ixtisasları üzrə orta ixtisas təhsili və 5 ildən az olmayaraq orta tibb heyəti vəzifələrində əmək stajı.

8-9-cu dərəcələr: V ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin baş tibb bacısının (qardaşının) əmək funksiyasını yerinə yetirdikdə (həmin vəzifədə iş təcrübəsi nəzərə alınmaqla);

10-cu dərəcə: IV ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin baş tibb bacısının (qardaşının) əmək funksiyasını yerinə yetirdikdə;

11-ci dərəcə: III ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin baş tibb bacısının (qardaşının) əmək funksiyasını yerinə yetirdikdə;

12-ci dərəcə: II ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin baş tibb bacısının (qardaşının) əmək funksiyasını yerinə yetirdikdə;

13-cü dərəcə: I ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin baş tibb bacısının (qardaşının) əmək funksiyasını yerinə yetirdikdə.

 

APTEK MƏNTƏQƏSİNİN MÜDİRİ

 

Əmək funksiyası. Aptek məntəqəsinə rəhbərlik edir. Həkimlərin reseptlərini və müalicə-profilaktika müəssisələrinin tələbnamələrini qəbul edir və onlara uyğun olaraq dərmanların və tibb təyinatlı məmulatların buraxılmasını təmin edir. Dərmanların keyfiyyətini ən sadə nəzarət metodları ilə yoxlayır. Əhaliyə vaxtında və keyfiyyətlə dərman yardımının göstərilməsi üçün məntəqənin işini səmərəli təşkil edir. Dərman maddələrinin və tibb təyinatlı məmulatların mövcud qaydalara və onların fiziki-kimyəvi xassələrinə uyğun olaraq saxlanılmasını təmin edir. Göstərdiyi xidmətin və yerinə yetirdiyi işin keyfiyyətinə görə məsuliyyət daşıyır. Həkimlərə və əhaliyə dərman preparatları barədə məlumat verir. Ev şəraitində dərman maddələrindən istifadə edilməsi üzrə sanitariya maarifi işini aparır. Tabeçiliyində olan işçilər tərəfindən aidiyyəti əmr və sərəncamların icra olunmasına nəzarət edir. Aptek məntəqəsinin fəaliyyətini təhlil edir və fəaliyyət göstəricilərinə əsasən əhaliyə pulsuz və güzəştli dərman yardımının göstərilməsi üçün tədbirlər görür. Əhalinin dərmanla təchizatı sahəsində aptek məntəqəsinin fəaliyyətində qarşıya çıxan məsələləri həll edir.

Bilməlidir: səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartlarını; dövlət orqanlarının aptek məntəqələrinin fəaliyyətinə dair aidiyyəti qərar, sərəncam və əmrlərini; əczaçılıq işinin əsaslarını; dərman vasitələri üzrə standartları və onlara olan tələbləri; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; əczaçılıq üzrə normativ sənədləri; dərman maddələrinin hazırlanma texnologiyasını, keyfiyyətinə nəzarəti; dərman maddələrinin və tibb təyinatlı məmulatların nomenklaturasını; əhaliyə göstərilən dərman yardımının vəziyyətini xarakterizə edən meyar və göstəriciləri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya orta ixtisas təhsili və ya bakalavriat təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb və ya orta ixtisas təhsili və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

8-9-cu dərəcələr: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, V ödəniş qrupuna aid edilən aptek məntəqəsinin müdirinin əmək funksiyasını yerinə yetirdikdə (həmin vəzifədə iş təcrübəsi nəzərə alınmaqla);

10-cü dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, IV ödəniş qrupuna aid edilən aptek məntəqəsinin müdirinin əmək funksiyasını yerinə yetirdikdə;

11-ci dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, III ödəniş qrupuna aid edilən aptek məntəqəsinin müdirinin əmək funksiyasını yerinə yetirdikdə;

12-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, II ödəniş qrupuna aid edilən aptek məntəqəsinin müdirinin əmək funksiyasını yerinə yetirdikdə;

13-cü dərəcə: 5 ildən çox ixtisası üzrə əmək stajı, I ödəniş qrupuna aid edilən aptek məntəqəsinin müdirinin əmək funksiyasını yerinə yetirdikdə.

 

SƏHİYYƏ MÜƏSSİSƏSİNİN MƏTBƏXİNİN MÜDİRİ

 

Əmək funksiyası. Səhiyyə müəssisəsinin mətbəxinə peşəkar səviyyədə rəhbərlik edir. Mətbəxdə pəhriz xörəklərinin lazımı çeşiddə olmasına nəzarət edir. Sanitar norma və qaydalarına riayət olunmaqla avadanlığın istismarını, sanitar-gigiyena və epidemiya əleyhinə rejimin tələblərinin yerinə yetirilməsini, istifadədə olan vəsaitlərdən səmərəli istifadə olunmasını, mətbəxinin vaxtında, keyfiyyətli və lazımi çeşiddə süd məhsulları ilə təchiz olunmasını təmin edir.

Bilməlidir: səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; səhiyyə müəssisələrinin fəaliyyət istiqamətlərini müəyyən edən normativ hüquqi aktları; dövlət orqanlarının səhiyyə müəssisələrinin fəaliyyətinə dair aidiyyəti qərar, sərəncam və əmrlərini; sağlam və xəstə uşaqların qidalanmasının təşkili məsələlərini; yaşından asılı olaraq sağlam və xəstə uşaqlar üçün yeməklərin hazırlanma texnologiyasının əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: tibb ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya tibb ixtisası üzrə orta ixtisas təhsili və ya bakalavriat təhsil səviyyəsi tətbiq edilənədək tibb ixtisası üzrə ali təhsil və ya tibb ixtisası üzrə orta ixtisas təhsili və 5 ildən az olmayaraq səhiyyə müəssisələrində ixtisası üzrə əmək stajı.

7-ci dərəcə: V ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin mətbəxi müdirinin əmək funksiyasını yerinə yetirdikdə;

8-ci dərəcə: IV ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin mətbəxi müdirinin əmək funksiyasını yerinə yetirdikdə;

9-cu dərəcə: III ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin mətbəxi müdirinin əmək funksiyasını yerinə yetirdikdə;

10-cu dərəcə: II ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin mətbəxi müdirinin əmək funksiyasını yerinə yetirdikdə;

11-ci dərəcə: I ödəniş qrupuna aid edilən səhiyyə müəssisəsinin mətbəxi müdirinin əmək funksiyasını yerinə yetirdikdə.

 


II. MÜTƏXƏSSİSLƏR

HƏKİM HEYƏTİ

 

 HƏKİM-MÜTƏXƏSSİS; HƏKİM (eləcə də, REZİDENT)

 

      Əmək funksiyası. Öz ixtisası üzrə müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə tibbi yardım göstərir. Öz işini planlaşdırır və təhlil edir. Təcili və təxirəsalınmaz tibbi yardım göstərir. Həkim etikası və deontologiyası prinsiplərinə riayət edir. Orta tibb heyətinin işinə rəhbərlik edir.

Bilməlidir: səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydasını; səhiyyə müəssisələrinin fəaliyyət istiqamətlərini və əhalinin sağlamlığının qorunmasını müəyyən edən normativ hüquqi aktları; əhaliyə göstərilən təcili tibbi yardımın, dərman yardımının və eləcə də seçdiyi profil üzrə (təşkilati diaqnostika, məsləhət, müalicə, profilaktika) peşəkar fəaliyyət prinsiplərini; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; xəstələrin müalicəsində, diaqnostikasında və dərman təchizatında tətbiq olunan yeni metodları; tibbi-sosial ekspertizanın əsaslarını; səhiyyə sisteminin strukturunu və əsas prinsiplərini, öz hüquq, vəzifə və məsuliyyətini; başqa mütəxəssislər və xidmətlərlə (sığorta şirkətləri, həkimlər assosiasiyaları və s.) əməkdaşlıq prinsiplərini, tibbi sığortanın və əhalinin sanitar-profilaktika və dərman yardımı ilə təminatının əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

a)        həkim-mütəxəssis vəzifəsi üzrə: rezidentura təhsilli olmaqla həkim-mütəxəssis ali peşə-iõtisas dərəcəsi;

10-cu dərəcə: 2 ildən az olmayaraq həkim (eləcə də, rezident) vəzifəsində əmək stajı;

11-ci dərəcə: 5 ildən 8 ilə qədər həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

12-ci dərəcə: 8 ildən 11 ilə qədər həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı; 5 ilə qədər ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər;

13-cü dərəcə: 11 ildən çox həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı; 5 ildən 8 ilə qədər ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər;

14-cü dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər;

15-ci dərəcə: 11 ildən çox ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər;

 

b)        həkim-mütəxəssis vəzifəsi üzrə: həkim-mütəxəssis ali peşə-iõtisas dərəcəsi tətbiq edilənədək müəyyən tibb ixtisası üzrə ali tibb təhsili; həkim (eləcə də, rezident) vəzifəsi üzrə: əsas (baza ali) tibb təhsilli olmaqla həkim ali peşə-iõtisas dərəcəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək müəyyən tibb ixtisası üzrə ali tibb təhsili. [3]

 

9-cu dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: 5 ildən 8 ilə qədər həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

11-ci dərəcə: 8 ildən 11 ilə qədər həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı; 5 ilə qədər ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər;

 12-ci dərəcə: 11 ildən 14 ilə qədər həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı; 5 ildən 8 ilə qədər ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər;

13-cü dərəcə: 14 il və daha çox həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı; 8 ildən 11 ilə qədər ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər;

14-cü dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər;

15-ci dərəcə: 14 il və daha çox ixtisası üzrə həkim (eləcə də, rezident) və ya həkim-mütəxəssis vəzifələrində əmək stajı olan, stasionarda cərrahiyyə əməliyyatı aparan bütün adlardan olan cərrahlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin) bütün adlardan olan həkim-mütəxəssisləri, sosial təminat müəssisələrində işləyən həkim-mütəxəssislər.

 

KLİNİK (TİBBİ) PSİXOLOQ[4]

 

Əmək funksiyası. Xəstələrin psixi sağlamlığının bərpası və şəxsiyyətinin inkişafında olan pozuntuların korreksiyası yönümündə iş aparır. Xəstənin şəxsiyyətinin harmonik inkişafına mane olan və yaxud onu çətinləşdirən cəhətləri aşkar edir. Xəstələrlə psixoprofilaktiki və psixokorreksiya işlərini aparır və psixoloji məsləhətlər verir, bununla da xəstələrə və onların qohumlarına şəxsi, peşə və məişət xarakterli psixoloji problemlərin həllində köməklik göstərir. Psixi pozuntuların baş verməsi riski olan şəxslərə xüsusi diqqət yetirərək onların üzərində psixodiaqnostiki tədqiqatlar və uzunmüddətli diaqnostiki müşahidələr aparır. Müalicə aparan həkimlə birlikdə xəstələrin fərdi, cinsi və yaş amillərini nəzərə alaraq onların psixokorreksiya və inkişaf proqramlarını hazırlayır. Xəstələrin arzu, bacarıq və imkanları nəzərə alınmaqla onların peşəyönümünün müəyyənləşdirilməsi üzrə iş aparır. Tibb heyəti ilə tibbi, sosial psixologiya və deontologiya məsələləri üzrə təlimlər keçirir. Xəstənin səhhətinə görə aparılmış psixoloji, müalicəvi və profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirir.

Psixoloji testlər vasitəsilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuları, psixoloji tələbatları və ya problemləri müəyyənləşdirir və qiymətləndirir. Psixi və ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət çəkən insanlara müxtəlif növ psixoloji yardım, o cümlədən psixoterapiya, ailə terapiyası və psixoloji reabilitasiya və psixoloji korreksiya yardımları göstərir, psixoloji yardım alan şəxsləri, onların ailə üzvlərini, onlara yardım göstərən tibb işçilərini psixoloji və psixi sağlamlıq məsələləri ilə bağlı maarifləndirir və tövsiyələr verir.[5]

Bilməlidir: səhiyyə müəssisələrinin fəaliyyət istiqamətlərini və əhalinin sağlamlığının qorunmasını müəyyən edən normativ hüquqi aktları; vətəndaşlara psixiatriya yardımı və hüquqlarının təminatı barədə aidiyyəti normativ hüquqi aktları; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; insan hüququ və azadlıqları barədə qanunvericiliyi; klinik (tibbi) psixologiyanı (neyropsixologiyanı, psixopatologiyanı), şəxsiyyət psixologiyasını, psixopatologiyanı, inkişaf psixologiyasını,  psixoloji yardım standartlarını, davranış psixologiyasının əsaslarını, ilkin psixoloji yardımın, klinik psixoloji yardımın göstərilməsini, sağlamlıq psixologiyası və psixoterapiyanı, ümumi və differensial psixologiyanı, yaş psixologiyasını, psixoterapiyanı, psixogigiyenanı, psixodiaqnostikanı, psixoprofilaktikanı, psixoloji məsləhətlərin verilməsini; aktiv təlim metodlarını; sosioloji-psixoloji ünsiyyət treninqini; şəxsin cəmiyyətə inteqrasiyasının diaqnostikasını, psixoprofilaktiki və psixokorreksiya metodlarını; əmək psixologiyasını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.[6]

Ödəniş dərəcələrinə ixtisas tələbləri: klinik (tibbi) psixologiya üzrə magistratura təhsili və ya bu təhsil səviyyəsi tətbiq edilənədək psixologiya üzrə ali təhsil və tibbi psixologiya üzrə əlavə təhsil.[7]

9-cu dərəcə: ixtisası üzrə ən azı 1 il  əmək stajı;

10-cu dərəcə: 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ilədək ixtisası üzrə əmək stajı;

11-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

12-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

13-cü dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.[8]

 

ZOOLOQ; ENTOMOLOQ

 

Əmək funksiyası. Ərazinin epizootoloji və zooloji-parazitoloji müayinəsini təşkil edir, profilaktik tədbirləri (deratizasiya, dezinseksiya) həyata keçirir. Epidemioloji tövsiyələr işləyib hazırlamaq üçün epizootoloji prosesin inkişaf dinamikasının təhlilinə dair məlumatlar təqdim edir. Təbii-ocaq mənbəli xəstəliklərin yayıcı və daşıyıcılarının ekspert müəyyənləşdirilməsini aparır.

Bilməlidir: səhiyyə və epidemiologiya məsələləri üzrə qanunvericiliyi; yoluxucu və parazitar xəstəliklərin epizootologiya və epidemiologiya əsaslarını; tibbi baxımdan maraq doğuran vəhşi və sinantrop heyvanların sistematika və ekologiyasını; təbii-ocaq infeksiya daşıyıcılarının və yayıcılarının əsas növlərini; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: biologiya ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya entomologiya ixtisası üzrə magistratura təhsili və ya bu təhsil səviyyələri tətbiq edilənədək biologiya ixtisası üzrə ali təhsil.

9-cu dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: 5 ildən 8 ilə qədər zooloq, entomoloq vəzifələrində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

11-ci dərəcə: 8 ildən 11 ilə qədər zooloq, entomoloq vəzifələrində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

12-ci dərəcə: 11 ildən 14 ilə qədər zooloq, entomoloq vəzifələrində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

13-cü dərəcə: 14 il və daha çox zooloq, entomoloq vəzifələrində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

BİOLOQ

 

Əmək funksiyası. Müasir texnologiyalardan, həmçinin ölçü və analitik aparatlardan istifadə edərək laboratoriyanın profilinə uyğun işin müəyyən bölməsi üzrə kliniki və sanitariya-gigiyena tədqiqatları aparır. Laboratoriya tədqiqatları aparmaq üçün iş yerini təşkil edir. Tədqiqat üçün reaktivləri və bioloji materialı hazırlayır. Analitik və diaqnostik etibarlılığı yüksək olan laboratoriya tədqiqatlarının yeni metodlarını mənimsəyir və tətbiq edir. Aparılmış tədqiqatların nəticələrini təhlil edir, onları qeydə alır, aidiyyəti uçot-hesabat sənədlərini hazırlayır. Tədqiqatların keyfiyyətinə laboratoriyadaxili və xarici nəzarəti həyata keçirir. Görülən işin nəticələrinə əsasən tədqiqatların səmərəliliyinin və keyfiyyətinin artırılması üzrə təkliflər verir. Tabeliyində olan tibb heyətinin işinə, eləcə də onların təhlükəsizlik texnikası qaydalarına və sanitar epidemioloji rejimə riayət etmələrinə nəzarət edir. Təxirə salınmaz hallarda xəstələrə yardım göstərir.

Bilməlidir: səhiyyənin inkişafını müəyyən edən, əhalinin sanitariya-epidemiologiya vəziyyətinə, səhiyyə orqanları və müəssisələrinin fəaliyyətinə, laboratoriya xidmətinin təşkilinə dair normativ hüquqi aktları; kliniki və sanitariya-gigiyena tədqiqatları üçün bioloji materialın alınma qaydaları və üsullarını; laboratoriya diaqnostikasının müasir metodlarını; ən geniş yayılmış xəstəliklərin laborator diaqnostikasını; ixtisaslaşdığı sahənin sanitariya-gigiyena tədqiqatlarının keçirilmə metodlarını; bioloji materialın konservləşdirilməsi, saxlanması və zərərsizləşdirilməsini; bioloji amillərin tədqiqatların nəticələrinə təsirini; laboratoriya tədqiqatlarının keyfiyyətinə nəzarətin təşkilini, onların keçirilmə qaydalarını və əsas tələbləri; təxirə salınmaz hallarda reanimasiya tədbirlərini; iş yerindəki texniki və tibb avadanlığının istismar qaydalarını; əmək qanunvericiliyinin əsasları; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: biologiya ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək biologiya ixtisası üzrə ali təhsil.

9-cu dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: 5 ildən 8 ilə qədər bioloq vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

11-ci dərəcə: 8 ildən 11 ilə qədər bioloq vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

12-ci dərəcə: 11 ildən 14 ilə qədər bioloq vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

13-cü dərəcə: 14 il və daha çox bioloq vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

İONLAŞAN VƏ İONLAŞMAYAN ŞÜALANMA MƏNBƏLƏRİNƏ

 NƏZARƏT ÜZRƏ EKSPERT-FİZİK

 

Əmək funksiyası. Radiometrik, dozimetrik və spektrometrik tədqiqatlarının müasir metodlarından istifadə edərək ionlaşan şüaların və digər elektromaqnit sahələrin tətbiqi, ətraf mühitin çirklənməsi üzərində nəzarəti həyata keçirir. İonlaşan şüalardan və digər elektromaqnit sahələrdən müxtəlif müdafiə üsullarını, riyazi statistika metodlarını öyrənir və onları tətbiq edir. Ətraf mühitin vəziyyətinə nəzarət edilən obyektlərdə radiasiya nəzarətinin bütün növlərinin dəqiq tətbiqini təmin edir. Müxtəlif istehsal və məişət obyektlərində işləyənlərin bütün növ elektromaqnit və radiasiya təsirli mənbələrdən effektiv ekvivalent şüalanma dozalarını qiymətləndirir. Xəbərdarlıq nəzarəti və cari nəzarət edilən müxtəlif obyektlərdə ionlaşan şüalanma mənbələrinin və digər elektromaqnit sahələrin tətbiqinin əsaslı və məqsədəuyğun olduğunu, zərərli şüalanmadan bioloji müdafiənin və məsafədən nəzarət üçün istifadə edilən texniki vasitələrin effektivliyini qiymətləndirir. Tabeliyində olan ərazidə radiasiya təhlükəsinin səviyyəsini qiymətləndirir.

Bilməlidir: əhalinin sağlamlığının qorunmasını müəyyən edən normativ hüquqi aktları; dövlət orqanlarının səhiyyə müəssisələrinin fəaliyyətinə dair aidiyyəti qərar, sərəncam və əmrlərini; radiometriya, dozimetriya və spektrometiyanın, ionlaşan və ionlaşmayan şüalanmadan müdafiənin fiziki əsaslarını; riyazi statistikanın metodlarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: fizika ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək fizika ixtisası üzrə ali təhsil.

9-cu dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: 5 ildən 8 ilə qədər ionlaşan və ionlaşmayan şüalanma mənbələrinə nəzarət üzrə ekspert-fizik vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

11-ci dərəcə: 8 ildən 11 ilə qədər ionlaşan və ionlaşmayan şüalanma mənbələrinə nəzarət üzrə ekspert-fizik vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

12-ci dərəcə: 11 ildən 14 ilə qədər ionlaşan və ionlaşmayan şüalanma mənbələrinə nəzarət üzrə ekspert-fizik vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

13-cü dərəcə: 14 il və daha çox ionlaşan və ionlaşmayan şüalanma mənbələrinə nəzarət üzrə ekspert-fizik vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

 

Əmək funksiyası. Dərman vasitələrinin, digər mal və materialların təminatının plan layihələrinin tərtib olunmasında, qəbul olunmasında, yerinə yetirilməsində iştirak edir. Dərman vasitələrinin, mal və materialların təchizat cədvəllərini tərtib edir. Qəbul olunmuş plana və tələbata uyğun olaraq müəyyən olunmuş dərman vasitələrinin, mal və materialların səhiyyə müəssisələrinə paylaşdırılmasını təmin edir. Dərman vasitələrinin, mal və materialların təchizat cədvəlinə uyğun olaraq onların anbarlardan vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Dərman vasitələrinin və digər malların anbarlarda saxlanılması şəraitinə və qaydalarına riayət edilməsi üçün mütəmadi olaraq daxili yoxlamalar təşkil edir. Dərman vasitələrinə, mal və materiallara olan tələb və təklifi öyrənir və müvafiq forma üzrə hesabat tərtib edir. İnventarizasiyanın aparılmasında iştirak edir.

Bilməlidir: dövlət orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; dərman vasitələri üzrə standartları və onlara olan tələbləri; dərman vasitələrinin əsas xassəsini və keyfiyyət xüsusiyyətlərini; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; dərman vasitələrinin, mal və materialların təminatının plan layihələrinin hazırlanmasını və təchizat cədvəlinin tərtib edilməsini; dərman vasitələrinə, mal və materiallara olan tələb və təklif üzrə hesabatın tərtib edilməsini, onların səhiyyə müəssisələrinə tələbat üzrə paylanması işinin təşkilini; dərman vasitələrinin, mal və materialların anbarlarda saxlanılması qaydalarını və normativlərini; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

8-cı dərəcə: orta ixtisas təhsili və təchizat üzrə mütəxəssis vəzifəsində və ya dərman vasitələrinin, mal və materialların təchizatı üzrə digər vəzifələrdə 1 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: orta ixtisas təhsili və təchizat üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsil;

11-ci dərəcə: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsiltəchizat üzrə mütəxəssis vəzifəsində və ya dərman vasitələrinin, mal və materialların təchizatı üzrə digər vəzifələrdə 1 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsil və təchizat üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsil və təchizat üzrə mütəxəssis vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.

 

 ORTA TİBB HEYƏTİ

 

BÖYÜK: TİBB BACISI (QARDAŞI), MAMA,

 FELDŞER, DİŞ TEXNİKİ

 

Əmək funksiyası. Öz ixtisası üzrə rəhbərlik etdiyi sahədə orta və kiçik tibb heyətinin işini təşkil edir və onlar tərəfindən əmək funksiyalarının yerinə yetirilməsinə nəzarət edir. Həkimlərin normal işləməsi üçün orta və kiçik tibb heyətindən tələb olunan şəraitin yaradılmasını və şöbədə (yarımstansiyada) ümumi intizam qaydalarına riayət olunmasını təmin edir. Şöbənin (yarımstansiyanın) müntəzəm olaraq tibbi alətlər, dərman və tibbi materiallarla təchiz olunmasına nəzarət edir. Şöbədə (yarımstansiyada) əmlakın və tibbi inventarın qorunması və avadanlığın vaxtında təmir olunması, xəstələrin qidalanması və yeməklərin şöbələrə daşınması işlərini təşkil edir. Güclü təsirli, tərkibində zəhərli maddələr olan dərmanların və materialların düzgün uçotunun aparılmasını və saxlanılmasını, şöbənin (yarımstansiyanın) heyəti tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına, aseptika və antiseptika qaydalarına düzgün riayət olunmasını təmin edir. Tələb olunan hesabat-qeydiyyat sənədlərini aparır.

Həkim təyinatlarının, müəyyən olunmuş iş normalarının və istehsalat tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə, yeni daxil olmuş xəstələrin sanitar işlənmələrinin keyfiyyətinə, epidemiyaya qarşı tədbirlərin görülməsinə, otaqların və görülmüş işlərin sanitar-gigiyenik vəziyyətinə nəzarət edir.

Bilməlidir: həkiməqədər ilk tibbi yardımın göstərilməsi qayda və üsullarını, tibbi cihazların tətbiqi və iş prinsiplərini; təsərrüfat-tibbi təchizatın təşkilini, şöbənin (yarımstansiyanın) uçot və hesabat sistemini; tibbi alət və avadanlıqlarla işləmə zamanı təhlükəsizlik texnikası qaydalarını; dərman maddələrinin və materialların saxlanılması qaydalarını; səhiyyə müəssisələrinin təşkilati strukturunu; səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, hərbi feldşer işi, mamalıq işi, tibbi profilaktika, ortopetik stomatologiya ixtisaslarından biri üzrə aidiyyəti orta ixtisas təhsili.

7-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı;

10-cu dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı.

 

DİŞ HƏKİMİ

 

Əmək funksiyası. Tutduğu vəzifənin profilinə uyğun olaraq diş, ağız boşluğu və üz-çənə nahiyəsi xəstəliklərinin və zədələnmələrinin diaqnostikası və müalicəsi üzrə işləri aparır. Böyüklər və uşaqlar arasında ağız boşluğunun profilaktikası və sağlamlaşdırılması üzrə işləri yerinə yetirir.

Bilməlidir: diş, ağız boşluğu və üz-çənə nahiyəsi xəstəliklərinin və zədələnmələrinin diaqnostikası və müalicəsinin müasir metodlarını; stomatoloji yardımın təşkilinin əsaslarını; stomatologiyada tətbiq olunan müasir aparatları, alət və materialları, xüsusi təhlükəli infeksiya, qazanılmış immunçatışmazlığı sindromuna və ya insanın immunçatışmazlığı virusuna şübhəli xəstə aşkar edildiyi zaman tibb heyətinin iş qaydasını; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; reanimasiya üsullarını; aseptika və antiseptikanın əsaslarını; alətlərin sterilizə olunma qaydalarını; qanaxma, kollaps, anafilaktik şok zamanı ilk yardım metodlarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: diş həkimi işləri ixtisası üzrə orta ixtisas təhsili.

7-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

10-cu dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı;

11-ci dərəcə: 14 ildən17 ilədək ixtisası üzrə əmək stajı;

12-ci dərəcə: 17 il və daha çox ixtisası üzrə əmək stajı.

 

DİŞ TEXNİKİ

 

Əmək funksiyası. Sərbəst olaraq diş protezlərini, ortodontik və üz-çənə konstruksiyalarını, süni diş qapaqlarının müxtəlif növlərini, ştiftli dişlərin sadə konstruksiyalarını, körpüvari protezlərin müxtəlif konstruksiyalarını, çıxan lövhəşəkilli və bügel protezləri düzəldir.

Bilməlidir: tibbi stomatoloji yardımın əsaslarını; diş texnikliyi laboratoriyasında istehsalatın təşkilini; diş protezləşdirmə texnikasında istifadə olunan əsas materialları; diş üz-çənə protezlərinin və ortopedik aparatların hazırlanması texnologiyasını; diş protezləşdirmə texnikasında farfor və metal-keramik materiallardan istifadə üsullarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ortopedik stomatologiya ixtisası üzrə orta ixtisas təhsili.

6-cı dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

8-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə:14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

MAMA

 

Əmək funksiyası. Hamiləliyin diaqnozunu və müddətini müəyyən edir, normal doğuşları qəbul edir. Hamilə qadınlara və ginekoloji xəstələrə həkiməqədər tibbi yardım göstərir. Hamilə və zahı qadınların dispanserizasiyasını və patronajını aparır. Hamilə və zahı qadınlara təcili mama və ginekoloji yardım edir, yeni doğulmuş uşaqlara təxirəsalınmaz həkiməqədər tibbi yardım göstərir. Uşaqların həyatının birinci ilində onların sağlamlığının vəziyyətini və inkişafını müşahidə edir. Kiçik mamalıq və ginekoloji cərrahlıq əməliyyatlarının gedişində assistentlik edir.

Bilməlidir: hamiləlik dövründə və doğuşdan sonra qadın gigiyenasının əsaslarını, normal doğuşların gedişini və onların variantlarını; ağırlaşmalar zamanı hamiləliyin aparılmasını; ağırlaşmaların profilaktikasını və onlarla mübarizənin əsas üsullarını; aseptika və antiseptika qaydalarını; doğuşa yardım göstərən müəssisələrin sanitar-epidemioloji rejimini; qadın xəstəliklərinin profilaktikası prinsiplərini, kontrasepsiyanın və sağlam həyat tərzinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: mamalıq işi ixtisası üzrə orta ixtisas təhsili.

6-cı dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

8-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

FELDŞER

 

Əmək funksiyası. Müalicə-profilaktika və sanitar-profilaktika, kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilk təxirəsalınmaz tibbi yardım göstərir. Laboratoriya tədqiqatları aparır. Daha çox rast gəlinən xəstəliklərin tipik hallarının diaqnostikasını aparır və müalicə təyin edir, resept yazır, xəstəliklərin terapiyası və profilaktikasının müasir metodlarını tətbiq edir. Həkiməqədər təcili yardım göstərir, həkimə cərrahlıq əməliyyatları və mürəkkəb proseduralar zamanı assistentlik edir, normal doğuşları qəbul edir. Cari sanitariya nəzarətini və epidemiya əleyhinə tədbirləri həyata keçirir. Əhali arasında sanitariya maarifinin, o cümlədən, gigiyenik tədris və tərbiyə işinin, sağlam həyat tərzinin təbliği işini aparır.

Bilməlidir: səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; müalicə-profilaktika, sanitar-profilaktika müəssisələrinin təşkilati strukturunu, onların fəaliyyətinin əsas aspektlərini; xəstəliklərin terapiyası və profilaktikasının müasir metodlarını; xidmət göstərdiyi əhalinin sağlamlıq vəziyyətinin göstəricilərini; tibbi alət və avadanlıqlarla iş zamanı təhlükəsizlik texnikası qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müalicə işi və ya hərbi feldşer işi ixtisası üzrə orta ixtisas təhsili.

6-cı dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

8-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

FELDŞER-LABORANT

 

Əmək funksiyası. Bioloji materialın- qanın, mədə möhtəviyatının, onurğa beyin mayesinin, ekssudatın kimyəvi makro və mikroskopik tədqiqatını, eləcə də ifrazatın tədqiqatını sərbəst aparır. Helmint-ovoskopik tədqiqat aparır. Tədqiqatlarda hemorragik sindrom metodundan, bakterioloji və seroloji tədqiqat texnikasından istifadə edir.

Bilməlidir: bioloji materialın-helmintlərin əsas növlərinin yumurtalarının və parazitlərinin, hemositoblastlardan yetkin formalara qədər bütün inkişaf mərhələlərində qan elementlərinin, qan parazitlərinin, əsas hüceyrə elementlərinin-leykositlərin, mezotem və makrofaqların, qonokokkların, solğun spiroxetlərin, streptobasillərin və trixomonadların götürülmə üsullarını və morfologiyasını; öz profili üzrə yoluxucu xəstəliklərin törədiciləri, eləcə də karantin xəstəlikləri üzrə iş rejimini; tədqiqatların aparılması üçün reaktivlərin və məhlulların hazırlanması üsullarını; işlənmiş materialların dezinfeksiya qaydalarını, laboratoriya cihazlarını və onların istismar qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: laboratoriya diaqnostikası və ya laboratoriya işi ixtisası üzrə orta ixtisas təhsili.

6-cı dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

8-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

TİBB BACISI (QARDAŞI)

 

Əmək funksiyası. Xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluq göstərir. Xəstəyə həkiməqədər tibbi yardım göstərir. Sanitariya maarifi işini aparır. Laboratoriya tədqiqatları üçün materialları götürür və ən sadə analizləri aparır. Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edir. Şöbədə dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşıyır, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin edir.

Bilməlidir: müalicə-diaqnostika, xəstəliklərin profilaktikası prosesində, sağlam həyat tərzinin təbliğində tibb bacısının (qardaşının) rolunu və vəzifələrini; səhiyyə müəssisələrinin təşkilati strukturunu; tibb alətləri və avadanlıqları ilə iş zamanı təhlükəsizlik texnikası qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsili.

5-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə; 8 ilə qədər ixtisası üzrə əmək stajına malik, stasionarların bütün adlardan olan tibb bacıları, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin), ambulator-poliklinika müəssisələrinin və şöbələrinin sahə, cərrahiyyə, prosedura, sarğı, masaj üzrə tibb bacısı (qardaşı);

7-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı; 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajına malik, stasionarların bütün adlardan olan tibb bacıları, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin), ambulator-poliklinika müəssisələrinin və şöbələrinin sahə, cərrahiyyə, prosedura, sarğı, masaj üzrə tibb bacısı (qardaşı);

8-ci dərəcə: 14 ildən 17 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı; 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajına malik, stasionarların bütün adlardan olan tibb bacıları, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin), ambulator-poliklinika müəssisələrinin və şöbələrinin sahə, cərrahiyyə, prosedura, sarğı, masaj üzrə tibb bacısı (qardaşı);

9-cu dərəcə: 17 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 14 il və daha çox ixtisası üzrə əmək stajı; 14 il və daha çox ixtisası üzrə əmək stajına malik, stasionarların bütün adlardan olan tibb bacıları, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbələrinin), ambulator-poliklinika müəssisələrinin və şöbələrinin sahə, cərrahiyyə, prosedura, sarğı, masaj üzrə tibb bacısı (qardaşı).

 

MASAJ ÜZRƏ TİBB BACISI (QARDAŞI)

 

Əmək funksiyası. Xəstələrə müalicə-profilaktika müəssisələrində masaj üzrə tibbi qulluq göstərir. Sanitariya maarifi işini aparır. Həkim təyinatlarının düzgün yerinə yetirilməsini təmin edir.

Bilməlidir: müalicə-diaqnostika, xəstəliklərin profilaktikası prosesində, sağlam həyat tərzinin təbliğində masaj üzrə tibb bacısının (qardaşının) rolunu və vəzifələrini; səhiyyə müəssisələrinin təşkilati strukturunu; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: səhiyyə ixtisas qrupuna daxil olan idman və müalicə masajı ixtisası üzrə orta ixtisas təhsili.

5-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

7-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

8-ci dərəcə: 14 ildən 17 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 17 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 14 il və daha çox ixtisası üzrə əmək stajı.

 

HƏKİM-EPİDEMİOLOQ KÖMƏKÇİSİ;

HƏKİM-PARAZİTOLOQ KÖMƏKÇİSİ

 

      Əmək funksiyası. Orta tibb heyətinin sanitar-epidemioloji iş rejimini təşkil edir və bu iş rejiminə riayət olunmasına nəzarət edir. Yoluxucu xəstəliklərə tutulma hallarının epidemioloji araşdırılmasını aparır, epidemiya əleyhinə tədbirlər həyata keçirir, dezinfeksiya işlərini aparan briqadanın işinə, səhiyyə müəssisələrinin şöbə və bölmələrinin sanitar vəziyyətinə nəzarət edir.

Bilməlidir: müxtəlif yoluxucu xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi üzrə qanunvericiliyin əsaslarını; müalicə-profilaktika müəssisələrində epidemiyaya qarşı sanitar rejimini müəyyən edən metodiki sənədləri; dezinfeksiyanın aparılması qaydalarını; yoluxucu xəstələnmələr üzrə hesabat-qeydiyyat sənədlərinin formalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: qida sənayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi ixtisası üzrə orta ixtisas təhsili və ya tibb ixtisası üzrə orta ixtisas təhsilli olmaqla sanitar gigiyena üzrə əlavə təhsil.

6-cı dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

8-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

SANİTAR FELDŞER

 

Əmək funksiyası. İqtisadiyyat sahələrinin obyektlərində xəbərdarlıqedici və cari sanitar rejimini təşkil edir və bu rejimə riayət olunmasına nəzarət edir. Laboratoriya tədqiqatları üçün nümunələrin seçilib götürülməsini müəyyənləşdirir və laboratoriya tədqiqatlarının nəticələrinin uçotunu aparır.

Bilməlidir: sanitariya qanunvericiliyinin əsaslarını, sanitar norma və qaydaları, iqtisadiyyat sahələrinin sanitariyası üzrə normativ sənədləri, sanitariya üzrə hesabat-qeydiyyat sənədlərinin formalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: qida sənayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi ixtisası üzrə orta ixtisas təhsili və ya tibb ixtisası üzrə orta ixtisas təhsilli olmaqla sanitar gigiyena üzrə əlavə təhsil.

6-cı dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

8-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

ENTOMOLOQ KÖMƏKÇİSİ

 

Əmək funksiyası. Zirzəmilərin bataqlıqlaşmasını müəyyən edir və pasportizasiyasını aparır. Parazitoloji və dezinfeksiya bölmələri, eləcə də kommunal gigiyena şöbəsi ilə əlaqəli fəaliyyət göstərir. Həşəratların sürfələrinin təbiətini öyrənir və onların məhvi üçün tədbirlər görür.

Bilməlidir: həşəratlar vasitəsilə yayılan müxtəlif yoluxucu xəstəliklər zamanı epidemioloji prosesi və metodiki sənədləri; dezinfeksiyanın aparılma qaydalarını; müvafiq hesabat-qeydiyyat sənədlərinin formalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: tibb ixtisası üzrə orta ixtisas təhsilli və entomologiya üzrə əlavə təhsil.

6-cı dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

8-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

LABORANT

 

      Əmək funksiyası. Həkimin rəhbərliyi altında laboratoriya tədqiqatları aparır. Tədqiqatın aparılması üçün sərbəst olaraq laboratoriya cihazlarını, reaktivləri, kimyəvi qab-qacağı, bəsləyici mühitləri, dezinfeksiyaedici məhlulları və s. hazırlayır. Tədqiqat üçün daxil olmuş materialı qəbul edir və qeydiyyatını aparır, onun düzgün qablaşdırılmasını və vaxtında çatdırılma müddətini yoxlayır. Laboratoriya alətlərinin, qablarının və materiallarının sterilizasiyasını aparır. Təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına riayət edir. Tədqiqatların nəticələrini həkimə təqdim edir.

Bilməlidir: əsas yoluxucu xəstəliklərin mikrobioloji diaqnostikasını, sanitar-mikrobioloji tədqiqatları; ümumkliniki, biokimyəvi, hematoloji və sitoloji laboratoriya tədqiqat üsullarını; xarici mühit obyektlərinin sanitar-gigiyenik tədqiqat metodlarını; laboratoriyanın sanitar-gigiyenik normalarını və iş rejimini; cihazlardan istifadə etməklə laboratoriya tədqiqatlarının aparılma texnikasını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: laboratoriya diaqnostikası və ya laboratoriya işi ixtisası üzrə orta ixtisas təhsili.

5-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

7-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

8-ci dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

RENTGEN-TEXNİK

 

Əmək funksiyası. Özünün və həkimin iş yerini hazırlayır. Rentgenoqramlar, tomoqramlar çəkir, foto-işlənməsini aparır, rentgenoskopiyada iştirak edir. Rentgen şüalanmasının dozasına, aparatların sazlığına, rentgen kabinetində nizam-intizama nəzarət edir. Xəstələrlə hazırlıq işi aparır. Sənədləri və kontrast maddələri hazırlayır. Rentgen plyonkalarından səmərəli istifadə edir. Elektrik cərəyanından zərər çəkənlərə ilk tibbi yardım göstərir. Tərkibində gümüş olan tullantıların yığılması və təhvil verilməsi işini təmin edir.

Bilməlidir: ilk tibbi yardımın göstərilməsi qaydalarını; diaqnostika aparatları ilə iş prinsiplərini, rentgen plyonkalarından istifadə və onların işlənilməsi qaydalarını, foto-kimyəvi məhlulların, kontrast maddələrinin hazırlanması üsullarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: tibb ixtisası üzrə orta ixtisas təhsilli və rentgen üzrə əlavə təhsil.

5-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

7-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

8-ci dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

MÜALİCƏVİ BƏDƏN TƏRBİYƏSİ ÜZRƏ TƏLİMATÇI

 

Əmək funksiyası. Müalicəvi bədən tərbiyəsi məşğələlərinin aparılması üçün otağı, gimnastika əşyalarını və vasitələrini hazırlayır. Xəstələrin əhval-ruhiyyəsinə məşğələdən əvvəl və sonra nəzarət edir. Hovuzda və terapevtik mexaniki aparatlarda xəstələrlə məşğələlər aparır. Həkimin göstərişinə əsasən müalicəvi masajın ayrı-ayrı növlərini tətbiq edir. Müalicəvi bədən tərbiyəsi üzrə həkimlə birlikdə müasir elmi səviyyəyə uyğun müalicəvi gimnastika sxemlərini və fiziki hərəkətlər kompleksini işləyib hazırlayır. Qeydiyyat-hesabat sənədlərini aparır.

Bilməlidir: insan orqanizminin fiziologiyasının və patofiziologiyasının əsaslarını; müxtəlif xəstəlikləri olan xəstələrlə müalicəvi bədən tərbiyəsinin aparılması metodikasını; müalicəvi bədən tərbiyəsinin aparılmasına dair göstəriş və əks göstərişləri; müalicəvi masajın aparılmasının əsaslarını; şəxsi gigiyena qaydalarını; məşğələlərin aparılmasında sanitar-gigiyenik normaları; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: tibb ixtisası üzrə orta ixtisas təhsilli və ya bədən tərbiyəsi və idman üzrə orta ixtisas təhsili.

5-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

7-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

8-ci dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

ƏMƏK TERAPİYASI ÜZRƏTƏLİMATÇI

 

Əmək funksiyası. Əmək terapiyası üzrə həkimin təyinatına uyğun olaraq xəstələrlə əmək terapiyası üzrə iş aparır. İş yerlərini hazırlayır və onların xammal, material, saz alət və avadanlıqlarla təmin edir. Xəstələr tərəfindən əmək üsullarının və fəndlərinin düzgün yerinə yetirilməsinə, eləcə də təhlükəsizlik texnikası norma və qaydalarına riayət olunmasına nəzarət edir. Xəstələri tədricən sadə əmək proseslərindən daha mürəkkəb əmək proseslərinə cəlb edir. Müəyyən olunmuş formalar üzrə xammalın, materialların, hazır məhsulların uçotunu, eləcə də alət və avadanlıqlardan istifadənin qeydiyyatını aparır. Hazır məhsulun, alət və avadanlıqların saxlanılmasını təmin edir.

Bilməlidir: insan orqanizminin fiziologiyasının və patofiziologiyasının əsaslarını; əmək terapiyasının əsaslarını və onun xəstələrin tibbi reabilitasiyasında rolunu; əmək terapiyası üzrə işin təşkilini; səmərəli əmək üsulları və fəndlərinin seçilməsi prinsiplərini; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: tibb ixtisası üzrə orta ixtisas təhsilli və əmək terapiyası üzrə əlavə təhsil.

5-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

7-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

8-ci dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

TƏLİMATÇI-DEZİNFEKTOR

 

Əmək funksiyası. Dezinfeksiya tədbirlərinin aparılması üzrə işləri təşkil edir, onların həcmini, ayrı-ayrı obyektlərin dezinfeksiyasının metodikasını və vasitələrini müəyyən edir. Dezinfeksiya məhlullarının hazırlanmasına və istifadə olunmasına, cihazların və avadanlığın düzgün tətbiqinə, dezinfeksiyanın keyfiyyətlə aparılmasına, dezinfektorlar tərəfindən dezinfeksiya işləri aparılan zaman şəxsi və ictimai təhlükəsizlik və əməyin mühafizəsi norma və qaydalarına əməl olunmasına nəzarət edir. Dezinfeksiya işlərinin yerinə yetirilməsinə dair sənədləşməni aparır.

Bilməlidir: dezinfeksiya işlərinin aparılma qaydalarını müəyyən edən metodiki və normativ sənədləri; istifadəsinə icazə verilmiş dezinfeksiya və sterilizasiyaedici maddələri, onların tətbiqi üzrə təlimatları; dezinfeksiya avadanlığının istismar şərtlərini; fərdi mühafizə vasitələrindən istifadə qaydalarını; zəhərlənmələr zamanı ilk tibbi yardımın göstərilməsini; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: tibb ixtisası üzrə orta ixtisas təhsilli və dezinfeksiya üzrə əlavə təhsil.

5-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

7-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

8-ci dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

TİBB STATİSTİKİ

 

Əmək funksiyası. Uçot-hesabat göstəricilərini sistemləşdirir və onların statistik işlənməsini təmin edir. Səhiyyə müəssisəsinin fəaliyyət göstəricilərini hesablayır, uçot formalarının aparılması və statistika hesabatlarının tərtib edilməsi qaydaları barədə işçiləri təlimatlandırır. Müəssisə üzrə illik statistika hesabatını tərtib edir. Statistika üzrə uçot-hesabat formaları blanklarının alınması üçün vaxtında tələbnamə verir. Statistika uçotunun göstəriciləri əsasında müxtəlif arayışlar hazırlayır.

Bilməlidir: statistika uçotunun əsaslarını; müəssisədə statistika uçotunun təşkilini; statistika göstəricilərinin təhlili üsullarını; statistika uçotu və hesabatı üzrə ilkin sənəd formalarını, onların doldurulmasına dair əsasnamə və təlimatları; beynəlxalq xəstəliklər təsnifatını; hesablama texnikasından istifadə qaydalarını; əməyin elmi təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: tibb ixtisası üzrə orta ixtisas təhsilli.

5-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

7-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

8-ci dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

ÇAĞIRIŞ ÜZRƏ TİBB BACISI

 

Əmək funksiyası. Təcili və təxirəsalınmaz yardımla bağlı telefon zəngləri üzrə çağırışları qəbul edir və onları təxirəsalınmaz və təcili tibbi yardım stansiyalarının və şöbələrinin səyyar briqadalarına çatdırır. Ərazi bölgüsünə əsasən bütün səyyar briqadalara çağırışlar üzrə operativ rəhbərlik edir, onların olduqları yeri nəzarətdə saxlayır. Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət edir, rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırır.

Bilməlidir: tibb bacısı işinin nəzəri əsaslarını; çağırışların qəbul edilməsi qaydalarını; təcili və təxirəsalınmaz yardım göstərilən ərazinin xəritəsini; səhiyyə müəssisələrinin və stansiyalarının dislokasiyasını; fövqəladə hallarda hərəkətlərin ardıcıllığını; istifadədə olan texniki vasitələrlə informasiyanın ötürülməsi üsullarını; tibbi etikanı və ünsiyyət qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: ümumi orta təhsil səviyyəsi və çağırışların qəbulu üzrə əlavə təhsil (hazırlıq kursu);

6-ci dərəcə: əmək stajına tələb qoyulmadan tibb ixtisası üzrə orta ixtisas təhsili;

7-cı dərəcə: tibb ixtisası üzrə orta ixtisas təhsilli olmaqla çağırış üzrə tibb bacısı vəzifəsində 3 ildən az olmayaraq və ya ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: tibb ixtisası üzrə orta ixtisas təhsilli olmaqla çağırış üzrə tibb bacısı vəzifəsində 5 ildən az olmayaraq və ya ixtisası üzrə 7 ildən az olmayaraq əmək stajı.

 

DEZİNFEKTOR

 

Əmək funksiyası. Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi üzrə işləri təşkil edir. Dezinfeksiya və deratizasiya üzrə işlərin aparılması üçün dezinfeksiya məhlullarını, preparatlarını, tələ yemini, aparatları və s. hazırlayır. Dezinfeksiyanın və deratizasiyanın keyfiyyətli aparılmasına nəzarət edir. Zərərli maddələrlə dezinfeksiya və deratizasiya işlərini apararkən təhlükəsizlik qaydalarına əməl edir. Epidemiya mənbəyindən əşyalar aparıldıqdan sonra sanitar nəqliyyatını dezinfeksiya etməklə təmizləyir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də şəxsi gigiyena norma və qaydalarının yerinə yetirilməsinə nəzarət edir. Müəssisədaxili intizam qaydalarının tələblərinə riayət edir.

Bilməlidir: fəaliyyət sahəsi üzrə normativ sənədləri və dezinfeksiya, deratizasiya, dezinseksiya işlərinin normativ sənədlərə uyğun olaraq aparılma qaydalarını; fəaliyyət sahəsi üzrə hesabat-qeydiyyat sənədlərinin formalarını, onların aparılma qaydasını; dezpreparatların nomenklaturasını və işlədilmə qaydasını, onların saxlanılma şəraitini və nəql edilmə qaydasını; sanitar-gigiyena qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil səviyyəsi və dezinfeksiya üzrə əlavə təhsil (hazırlıq kursu) və ya 3 aydan az olmayaraq fərdi təcrübə;

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: 2 ildən az olmayaraq dezinfektor vəzifəsində əmək stajı.

 

TİBB QEYDİYYATÇISI

 

Əmək funksiyası. Müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatını aparır. Xəstələrin tibb kartoçkalarının saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin edir.

Bilməlidir: ilkin sənədlərlə iş qaydasını, müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: tibb ixtisası üzrə orta ixtisas təhsili və ya ümumi orta təhsil səviyyəsi olmaqla əlavə təhsil (hazırlıq kursu).

 

 APTEK İŞÇİLƏRİ

 

BÖYÜK PROVİZOR

 

Əmək funksiyası. Aptek müəssisələrinin fəaliyyətinə əczaçılıq nəzarətini həyata keçirir. Aptek müəssisələrinin və onların struktur bölmələrinin dərman təchizatı ilə əlaqədar funksiyalarının yerinə yetirilməsi üzrə təşkilati-metodiki fəaliyyəti təmin edir. Aptek müəssisələrində müxtəlif çeşidli dərman maddələrinin və tibb təyinatlı məmulatların olmasına, satış qiymətlərinə, imtiyazlı şəxslərin və ayrı-ayrı kateqoriyadan olan xəstələrin dərman preparatları və tibb təyinatlı məmulatlarla güzəştli təminatına nəzarət edir. Yerli səhiyyə orqanları ilə qarşılıqlı və əlaqəli iş aparır. Həkimlərə dərman maddələri barədə müntəzəm məlumat verir. Əczaçılıq fəaliyyəti, əhalinin və səhiyyə müəssisələrinin dərman təchizatı məsələlərinə dair məsləhətlər verir.

Bilməlidir: əczaçılıq işinin əsaslarını; əhalinin sağlamlığının mühafizəsi haqqında qanunvericiliyin əsaslarını; aptek müəssisələrinin fəaliyyətini müəyyən edən normativ sənədləri, iqtisadi fəaliyyət və marketinqin, mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.[9]

Ödəniş dərəcələrinə ixtisas tələbləri: əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili.

10-cu dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

12-ci dərəcə: 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı;

13-cü dərəcə: 14 il və daha çox ixtisası üzrə əmək stajı.

 

PROVİZOR

 

Əmək funksiyası. Reseptləri, müalicə-profilaktika müəssisələrinin tələbnamələrini qəbul edir. Mövcud qaydalara uyğun olaraq dərman maddələrinin və tibb təyinatlı məmulatların təyinatı üzrə buraxılmasına nəzarət edir. Dərman maddələrinin və tibb təyinatlı məmulatların mövcud qaydalara və onların fiziki-kimyəvi xassələrinə uyğun olaraq saxlanılması işini yerinə yetirir. Dərmanları hazırlayır, aptek müəssisələrində (bölmələrində) hazırlanan və daxil olan dərman maddələrinə nəzarət edir. Aptek müəssisələri (bölmələri) üçün mövcud olan aptekdaxili nəzarətin bütün növlərini, əczaçılıq fəaliyyətinin təhlili metodlarını tətbiq edir. Həkimlərə və əhaliyə dərman preparatları barədə məlumat verir. Ev şəraitində dərman maddələrindən istifadə edilməsi üzrə sanitariya maarifi işini aparır. Dərman maddələrinin və tibb təyinatlı məmulatların təchizatı işlərində və onların qəbulu və bölüşdürülməsində iştirak edir. Göstərdiyi xidmətin və gördüyü işin keyfiyyətinə görə məsuliyyət daşıyır. Əmək funksiyalarının icrası ilə əlaqədar aidiyyəti istehsalat məsələlərini həll edir.

Bilməlidir: əczaçılıq işinin əsaslarını, əczaçılıq xidmətinin təşkilini və iqtisadi fəaliyyət prinsiplərini; əczaçılıq üzrə normativ sənədləri; dərman maddələrinin hazırlanma texnologiyasını, keyfiyyətinə nəzarəti; dərman maddələrinin və tibb təyinatlı məmulatların nomenklaturasını; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; aptek müəssisələrinin (bölmələrinin) sanitariya rejimini; dərman maddələrinin marketinqi üzrə normativ və metodiki sənədləri; hesablama texnikasının tətbiqi əsaslarını, elmi-texniki məlumatın alınması, işlənməsi və istifadə metodlarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili;

9-cu dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan əczaçılıq ixtisası üzrə magistratura təhsili; 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili və ya ixtisası üzrə əmək stajına tələb qoyulmadan ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

10-cu dərəcə: 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə magistratura təhsili; 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

11-ci dərəcə: 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə magistratura təhsili; 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

12-ci dərəcə: 11 il və daha çox ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə magistratura təhsili; 14 il və daha çox ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

ƏCZAÇI

 

      Əmək funksiyası. Həkimlərin reseptlərini və müalicə profilaktika müəssisələrinin tələbnamələrini qəbul edir və onlara uyğun olaraq dərmanların və tibb təyinatlı məmulatların buraxılışını təmin edir. Dərmanları hazırlayır və onların keyfiyyətini ən sadə aptekdaxili nəzarət metodları ilə yoxlayır. Malların qəbulunda, onların saxlanılma yerlərinə bölüşdürülməsində iştirak edir. Dərman maddələrinin və tibb təyinatlı məmulatların mövcud qaydalara və onların fiziki-kimyəvi xassələrinə uyğun olaraq saxlanılmasını təmin edir, onların tətbiqi və ev şəraitində saxlanılması barədə əhali arasında sanitariya maarifi işini aparır. Göstərdiyi xidmətin və yerinə yetirdiyi işin keyfiyyətinə görə məsuliyyət daşıyır. Əmək funksiyalarının icrası ilə əlaqədar aidiyyəti istehsalat məsələlərini həll edir. Avadanlıqdan, mexanizasiya vasitələrindən səmərəli istifadə edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edir.

Bilməlidir: əczaçılıq işinin əsaslarını; əczaçılıq xidmətinin təşkilini və iqtisadi fəaliyyət prinsiplərini; əczaçılıq üzrə normativ sənədləri; dərman maddələrinin və tibb təyinatlı məmulatların nomenklaturasını, həkiməqədər ilk tibbi yardımın göstərilmə qaydalarını; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: əczaçılıq ixtisası üzrə orta ixtisas təhsili və ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: əczaçılıq ixtisası üzrə orta ixtisas təhsili və 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və ya əczaçılıq üzrə orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

8-ci dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili; əczaçılıq ixtisası üzrə orta ixtisas təhsili və 11 ildən 14 ilə qədər ixtisası üzrə əmək stajı və ya əczaçılıq üzrə orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

9-cu dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan əczaçılıq ixtisası üzrə magistratura təhsili;5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili və yaxud ixtisası üzrə əmək stajına tələb qoyulmadan ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə; əczaçılıq ixtisası üzrə orta ixtisas təhsili və 14 il və daha çox ixtisası üzrə əmək stajı və ya əczaçılıq üzrə orta ixtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 il və daha çox ixtisası üzrə əmək stajı;

10-cu dərəcə: 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə magistratura təhsili; 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili və yaxud ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

11-ci dərəcə: 8 il və daha çox ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə magistratura təhsili; 11 il və daha çox ixtisası üzrə əmək stajı və əczaçılıq ixtisası üzrə bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək əczaçılıq üzrə ali tibb təhsili və yaxud ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 il və daha çox ixtisası üzrə əmək stajı.

 

OPTİKA SATICISI

 

Əmək funksiyası. Əhaliyə və müalicə-profilaktika müəssisələrinə eynək optikası əşyalarını buraxır. Eynəklərin hazırlanması və təmiri üçün sifarişlər tərtib edir. Eynəklərin xırda təmir işlərini görür. Optik cihazların köməyi ilə optika əşyalarının vəziyyətinə nəzarət edir. Aidiyyəti uçot və hesabat işlərini yerinə yetirir. Sanitariya maarifi işini aparır. Əmək funksiyasının icrası ilə əlaqədar aidiyyəti məsələləri peşəkar səviyyədə həll edir.

Bilməlidir: əczaçılıq işinin əsaslarını; əczaçılıq xidmətinin təşkili və iqtisadi fəaliyyət prinsiplərini; işdə istifadə olunan optik cihazların, eynək optikasının quruluşunu, xüsusiyyətlərini, saxlanılması və onlardan istifadə qaydalarını; əhalinin eynək optikası ilə təminatı sahəsində aptek müəssisəsinin funksiyalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: əczaçılıq ixtisası üzrə orta ixtisas təhsili.

4-cü dərəcə: əmək stajına tələb qoyulmadan;

5-ci dərəcə: eynək optikası üzrə işlərdə 3 ildən az olmayaraq əmək stajı.

 


III. DİGƏR QULLUQÇULAR

 

KİÇİK TİBB HEYƏTİ

 

XƏSTƏLƏRƏ QULLUQ EDƏN KİÇİK TİBB BACISI (QARDAŞI)

 

Əmək funksiyası. Tibb bacısının (qardaşının) rəhbərliyi altında xəstələrə qulluq edir. Xəstələrin paltarlarının təmiz və səliqəli olmasını təmin edir. Otaqların təmizliyinə, xəstələrə qulluq göstərilərkən istifadə edilən əşyaların təmizliyinə, düzgün saxlanılmasına və istifadə olunmasına nəzarət edir. Yataq dəstlərinin vaxtında dəyişdirilməsini təmin edir. Yataq xəstələrinin nəql edilməsi işinə köməklik göstərir. Xəstələrin və onların yanına gələn şəxslərin diqqətini müəssisədaxili intizam qaydalarına riayət olunmasına yönəldir.

Bilməlidir: sadə tibbi manipulyasiyaların (bankaların, xardal yaxmasının və kompreslərin qoyulması və s.) yerinə yetirilmə qaydasını; xəstələrə qulluq qaydalarını; sanitar-gigiyena qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə: ümumi orta təhsil səviyyəsi və əlavə təhsil (kiçik tibb bacısının (qardaşının) xəstələrə qulluq üzrə hazırlıq kursu).

 

TƏSƏRRÜFAT BACISI (QARDAŞI)

 

Əmək funksiyası. Müəssisənin (bölmənin) təmiz və səliqəli saxlanılması üçün sanitar qadınların (sanitarların) və kiçik tibb heyətinə aid edilən digər işçilərin işinə rəhbərlik edir. Şöbəni (bölməni) təsərrüfat malları, yumşaq və bərk inventar, xüsusi geyim, dəftərxana və gigiyena ləvazimatı, yuyucu vasitələr, yataq dəstləri ilə təmin edir. Tibb heyətinin xələtlərini və əl-üz dəsmallarını vaxtaşırı dəyişdirir. Otaqların, avadanlığın və inventarın təmiri üçün tələbnamələr hazırlayır və onların təmirinin aparılmasına nəzarət edir. Yeməkxana bloklarını (bufet, yeməkxana və s.) avadanlıq, qab-qacaqla təmin edir. Onların düzgün nişanlanmasına və istifadəsinə diqqət yetirir. Uçot-hesabat sənədlərini aparır.

Bilməlidir: müəssisədə (bölmədə) işlədilən dəyişək dəstlərinin və yumşaq inventarın yararlılıq müddətlərini; inventarın sanitar işlənilməsi müddətini və üsullarını; inventarın istismarı və saxlanılma şərtlərini; uçot-hesabat sənədlərinin formalarını və onların düzgün doldurulma qaydasını; müəssisədə (bölmədə) sanitar-gigiyenik rejimə riayət olunma qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə: ümumi orta təhsil səviyyəsi və əlavə təhsil (hazırlıq kursu).

 


IV. FƏHLƏLƏR

 

KİÇİK TİBB HEYƏTİ

 

SƏHİYYƏ MÜƏSSİSƏSİNİN ŞÖBƏLƏRİNİN BUFETÇİSİ

 

           Əmək funksiyası. Mətbəxdən hazır yeməyi qəbul edir, onun çəkisini və sayını yoxlayır. Menyuya və təyin olunmuş pəhrizə əsasən yeməyi xəstələrə paylayır. Soyuducuların təmiz saxlanılmasına mütəmadi nəzarət edir. Pəhriz mətbəxi üçün lazım olan inventar və qabları təsərrüfat bacısından vaxtlı-vaxtında alır, onların saxlanılmasına cavabdehlik daşıyır. İnventar və avadanlığın təmirə ehtiyacı olduğu halda bilavasitə tabe olduğu rəhbər işçiyə bu barədə məlumat verir. Tələb olunan şəxsi gigiyena qaydalarına riayət edir. Bufet və yeməkxananın sanitar-gigiyena təmizliyini təmin edir. Sanitar-gigiyena normalara riayət edilməklə bufet və yeməkxananı yığışdırır və qabları yuyur.

Bilməlidir: yeməklərin saxlanılması qaydasını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

3-cü dərəcə: ümumi orta təhsil səviyyəsi və ya əlavə təhsil (hazırlıq kursu).

 

SANİTAR QADIN (SANİTAR)

 

Əmək funksiyası. Müəssisənin sanitar-gigiyena rejiminə uyğun olaraq otaqlarda və dəhlizlərdə təmizlik işlərini yerinə yetirir. Dərman, alət və avadanlıq alınarkən onların şöbəyə daşınması üçün böyük tibb bacısına (qardaşına) köməklik göstərir. Təsərrüfat bacısından yataq dəstlərini, təsərrüfat inventarını və yuyucu vasitələri alır və onların düzgün saxlanılmasını və istifadə olunmasını təmin edir. Hər yemək qəbulundan sonra yataq xəstələrinin çarpayıyanı stollarını yığışdırır. Palata tibb bacısının (qardaşının) göstərişi ilə xəstələri müalicə-diaqnostika kabinetlərinə müşayiət edir. Kuryer funksiyasını yerinə yetirir, səhiyyə müəssisələrində əczaçılıqda istifadə olunan qabları yuyur. Qızdırıcı, su təchizatı, kanalizasiya sistemlərində və elektrik cihazlarında olan nasazlıqlar barədə təsərrüfat bacısına (qardaşına) xəbər verir.

Bilməlidir: sanitariya və gigiyena qaydalarını; yuyucu vasitələrin təyinatını və onlardan istifadə qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

3-cü dərəcə: ümumi orta təhsil səviyyəsi və ya ibtidai təhsil səviyyəsi və əlavə təhsil (hazırlıq kursu).

 

APTEK İŞÇİLƏRİ

 

QABLAŞDIRICI

 

Əmək funksiyası. Dərman maddələrinin və digər tibb məmulatlarının qablaşdırılması və dozalaşdırılması üzrə işləri yerinə yetirir. Malların qəbulu və aptek müəssisələri (bölmələri) arasında bölüşdürülməsi işlərində iştirak etməklə köməklik göstərir. Avadanlıq və mexanizasiya vasitələrindən səmərəli istifadə edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına riayət edir. Yerinə yetirdiyi işin keyfiyyətinə görə məsuliyyət daşıyır. İş yerinin sanitar vəziyyətinə riayət edir.

Bilməlidir: dərman maddələrinin və tibb avadanlığının qablaşdırılma qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

3-cü dərəcə: ümumi orta təhsil səviyyəsi və əlavə təhsil (hazırlıq kursu);

4-cü dərəcə: əmək stajına tələb qoyulmadan əczaçılıq ixtisası üzrə orta ixtisas təhsili və ya ümumi orta təhsil səviyyəsi olmaqla qablaşdırıcı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 dekabr 2018-ci il tarixli 11-8 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2019-cu il)

2.       16 iyul 2019-cu il tarixli 1905000038 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il)

3.       17 sentyabr 2019-cu il tarixli 1905000050 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 oktyabr 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 iyul 2019-cu il tarixli 1905000038 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu” cədvəlində “Vəzifə və peşələrin adları” sütununda “Kliniki psixoloq” sözləri “Klinik (tibbi) psixoloq” sözləri ilə əvəz edilmişdir.

 

[2] 18 dekabr 2018-ci il tarixli 11-8 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2019-cu il) ilə “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “I. RƏHBƏRLƏR” bölməsinin “Səhiyyə müəssisəsinin baş həkimi (direktoru, müdiri, rəisi, rəhbəri) vəzifəsinin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”ndə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 dekabr 2018-ci il tarixli 11-8 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2019-cu il) ilə “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “II. MÜTƏXƏSSİSLƏR” bölməsinin “Həkim heyəti həkim-mütəxəssis; həkim (eləcə də rezident)” vəzifəsinin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”nin “b)” bəndində “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 iyul 2019-cu il tarixli 1905000038 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “II. MÜTƏXƏSSİSLƏR” bölməsinin “KLİNİKİ PSİXOLOQ” hissəsinin adında “KLİNİKİ” sözü “KLİNİK (TİBBİ)” sözləri ilə  əvəz edilmişdir.

 

[5] 16 iyul 2019-cu il tarixli 1905000038 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “II. MÜTƏXƏSSİSLƏR” bölməsinin “KLİNİKİ PSİXOLOQ” hissəsinin ikinci abzas üçüncü abzas hesab edilsin və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[6] 16 iyul 2019-cu il tarixli 1905000038 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “II. MÜTƏXƏSSİSLƏR” bölməsinin “KLİNİKİ PSİXOLOQ” hissəsinin üçüncü abzasda ”tibbi psixologiyanı (neyropsixologiyanı, patopsixologiyanı)” sözləri “klinik (tibbi) psixologiyanı (neyropsixologiyanı, psixopatologiyanı)” sözləri ilə əvəz edilmişdir, “şəxsiyyət psixologiyasını” sözlərindən sonra  psixopatologiyanı, inkişaf psixologiyasını,  psixoloji yardım standartlarını, davranış psixologiyasının əsaslarını, ilkin psixoloji yardımın, klinik psixoloji yardımın göstərilməsini, sağlamlıq psixologiyası və psixoterapiyanı,” sözləri əlavə edilmişdir.

 

[7] 16 iyul 2019-cu il tarixli 1905000038 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “II. MÜTƏXƏSSİSLƏR” bölməsinin “KLİNİKİ PSİXOLOQ” hissəsinin dördüncü abzasa  “klinik” sözündən sonra “(tibbi)” sözü əlavə edilmişdir.

 

[8] 16 iyul 2019-cu il tarixli 1905000038 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “II. MÜTƏXƏSSİSLƏR” bölməsinin “KLİNİKİ PSİXOLOQ” hissəsinin beşinci-doqquzuncu abzaslar yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9-cu dərəcə: ixtisası üzrə əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: 5 ildən 8 ilə qədər tibb psixoloqu vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə;

11-ci dərəcə: 8 ildən 11 ilə qədər tibb psixoloqu vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 5 ildən 8 ilə qədər ixtisası üzrə əmək stajı;

12-ci dərəcə: 11 ildən 14 ilə qədər tibb psixoloqu vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 8 ildən 11 ilə qədər ixtisası üzrə əmək stajı;

13-cü dərəcə: 14 il və daha çox tibb psixoloqu vəzifəsində əmək stajı və ya ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdikdə 11 il və daha çox ixtisası üzrə əmək stajı.

 

[9] 17 sentyabr 2019-cu il tarixli 1905000050 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 oktyabr 2019-cu il) ilə “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “II.MÜTƏXƏSSİSLƏR” “APTEK İŞÇİLƏRİ” bölməsinin “BÖYÜK PROVİZOR” hissəsinin ikinci abzasında “hesabatının” sözləri “maliyyə, vergi və digər hesabatların” sözləri ilə əvəz edilmişdir.