AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

07.07.2017

Qeydiyyat nömrəsi

17/1

Adı

Azərbaycan Respublikası Mərkəzi Bankının bəzi normativ xarakterli aktlarının ləğv edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

20.07.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201707070171

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.07.2017

 

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 23 may 2017-ci il tarixli, 03/10-3297 nömrəli və 20 iyun 2017-ci il tarixli, 04/10-4123 nömrəli müraciətlərini nəzərə alaraq “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının 1.6-cı və 1.7-ci bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı normativ xarakterli aktları ləğv edilsin:

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2001-ci il 31 yanvar tarixli qərarı (03 nömrəli protokol) ilə təsdiq edilmiş və 2001-ci il 8 fevral tarixli 2657 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2007-ci il 7 fevral tarixli 3284 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2007-ci il 23 yanvar tarixli (04 nömrəli protokol) və 2008-ci il 27 dekabr tarixli 3428 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2008-ci il 17 dekabr tarixli (37 nömrəli protokol) qərarları ilə edilmiş dəyişikliklər);

1.2. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2004-cü il 3 noyabr tarixli  qərarı ilə (19 nömrəli protokol) təsdiq edilmiş və 2004-cü il 16 noyabr tarixli 3092 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2005-ci il 30 dekabr tarixli 3211 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2005-ci il 23 dekabr tarixli (38 nömrəli protokol) və 2010-cu il 6 may tarixli 3790 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2010-cu il 15 aprel tarixli (09 nömrəli protokol) qərarları ilə edilmiş dəyişikliklər);

1.3. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2004-cü il 3 noyabr tarixli  qərarı ilə (19 nömrəli protokol) təsdiq edilmiş və 2004-cü il 16 noyabr tarixli 3095 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış "Bank inzibatçılarının Mərkəzi Bankda attestasiyadan keçməsi Qaydaları" (Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2010-cu il 6 may tarixli 3791 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2010-cu il 15 aprel tarixli (09 nömrəli protokol) qərarı ilə edilmiş dəyişikliklər);

1.4. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2009-cu il 18 dekabr tarixli (38 nömrəli protokol) qərarı ilə təsdiq edilmiş və 2009-cu il 30 dekabr tarixli 3491 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna xüsusi razılıq (lisenziya) verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları”;

1.5. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2012-ci il 25 iyul tarixli 20/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2012-ci il 3 dekabr tarixli 29/1 nömrəli, 2013-cü il 14 noyabr tarixli 22 nömrəli, 2014-cü il 10 dekabr tarixli 26/3 nömrəli, 2015-ci il 6 iyul tarixli 25/4 nömrəli və 21 dekabr tarixli 43/2 nömrəli qərarları ilə edilmiş dəyişikliklər);

1.6 Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2013-cü il 11 mart tarixli 06/02 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzləşdirilmiş Kredit Reyestrinin aparılması və istifadəsi Qaydaları";

1.7. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2013-cü il 3 iyun tarixli 12/04 nömrəli qərarı ilə təsdiq edilmiş "Banklarda korporativ idarəetmə Standartları" (Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli 43/4 nömrəli qərarı ilə edilmiş dəyişikliklər);

1.8. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2013-cü il 17 sentyabr tarixli 19/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat";

1.9. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2013-cü il 17 sentyabr tarixli 19/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat";

1.10. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2013-cü il 18 dekabr tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 10 dekabr tarixli 26/2 nömrəli, 2015-ci il 26 fevral tarixli 11/4 nömrəli, 28 sentyabr tarixli 37/1 nömrəli və 29 dekabr tarixli 44/2 nömrəli qərarları ilə edilmiş dəyişikliklər);

1.11. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 10 fevral tarixli 04/01 nömrəli qərarı ilə təsdiq edilmiş "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar";

1.12. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 19 avqust tarixli 19/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Bankların yenidən təşkili Qaydaları”;

1.13. "Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyinə dair Göstəriş"in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 28 oktyabr tarixli 24/1 nömrəli qərarı;

1.14. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 10 dekabr tarixli 26/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları";

1.15. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 21 yanvar tarixli 01/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları";

1.16. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 6 iyul tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları";

1.17. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2016-cı il 22 yanvar tarixli 05/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”.

2. Bu Qərarın 1-ci hissəsində göstərilən hüquqi aktlar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş hallarda qəbul etdiyi eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) ləğv olunmuş hesab edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Sədr

Elman  Rüstəmov