AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

12.12.2017

Qeydiyyat nömrəsi

23-N

Adı

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.12.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.030.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201712120023

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.12.2017

 

 

Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 685-VQD nömrəli Qanununun tətbiqi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1515 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə ölkə Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA ALIR:

 

1.         Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

 

2.         Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3.                  Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

 

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 dekabr 2017-ci il tarixli 23-N nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda edilmiş dəyişikliklər:

 

 

1. 1.5-ci bənd çıxarılsın.

2. 4.1-ci bənddə “bir illik” sözləri “altı aylıq” sözləri ilə əvəz edilsin.

3. 4.3-cü bəndin birinci abzasında “altı” sözü “üç” sözü ilə əvəz edilsin.