AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

02.03.2018

Qeydiyyat nömrəsi

03/1

Adı

“Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə”Milli Televiziya və Radio Şurasının 2015-ci il 10 aprel tarixli 04/3 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

08.03.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

180.150.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

25201803020031

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

07.03.2018

 

 

Milli Televiziya və Radio Şurası “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə” Milli Televiziya və Radio Şurasının 2015-ci il 10 aprel tarixli 04/3 nömrəli qərarının “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 15 dekabr tarixli 943-VQD saylı Qanununa uyğunlaşdırılması məqsədilə QƏRARA ALIR:

1. “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə” Milli Televiziya və Radio Şurasının 2015-ci il 10 aprel tarixli 04/3 nömrəli qərarının adında və 1-ci hissəsində “Uşaqların və yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın adında və mətnində  “Uşaqların və yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin.

3. Milli Televiziya və Radio Şurası Aparatı (T.Məmmədov) “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ı bu dəyişikliklə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

 

Sədr                                                                                Nuşirəvan Məhərrəmov