AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 17.05.2011
Qeydiyyat nömrəsi: 110-IVQD
Adı: Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş ״Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında״ Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə״də dəyişiklik edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: ״Respublika״ qəzeti № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 581
Qüvvəyə minmə tarixi: 05.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 370.040.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12201105170110
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən, "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

 

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 493; 1998-ci il, 2, maddə 71; 2001-ci il, 11, maddələr 669, 674; 2002-ci il, 7, maddə 395; 2004-cü il, 4, maddə 199; 2006-ci il, 2, maddə 64, 11, maddə 933, 12, maddələr 1006, 1033; 2007-cı il, 1, maddə 4, 4, maddə 319; 2008-ci il, 8, maddə 698, 10, maddə 886; 2009-cu il, 4, maddə 211, 7, maddə 519) ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci bəndinin ikinci abzasına "tətbiq edilibsə" sözlərindən sonra ", məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti