AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 17.05.2011
Qeydiyyat nömrəsi: 111-IVQD
Adı: Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş ״Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə״də dəyişiklik edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: ״Respublika״ qəzeti № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 582
Qüvvəyə minmə tarixi: 05.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 340.120.050
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12201105170111
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən, "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

 

Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, 8, maddə 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 2, maddə 59; 2004-cü il, 3, maddə 133) ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə"nin 19-cu maddəsində "məhkəmə icraçısı" sözləri "icra məmuru" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti