AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 17.05.2011
Qeydiyyat nömrəsi: 114-IVQD
Adı: Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 585
Qüvvəyə minmə tarixi: 05.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 030.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12201105170114
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndinə əsasən, "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3,1 kitab, maddə 126; 2002-ci il, 12, maddə 702; 2004-cü il, 7, maddə 505; 2006-cı il, 2, maddə 66, 11, maddə 923, 12, maddələr 1005, 1006; 2007-ci il, 1, maddə 4, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1218; 2008-ci il 7, maddə 602; 2010-cu il, 2, maddə 70, 3, maddə 171; 7, maddə 578) 104.1-ci, 104.2-ci, 106.3-cü və 106.5-ci maddələrində ismin müvafiq hallarında "məhkəmə icraçısı" sözləri "icra məmuru" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti