AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 17.05.2011
Qeydiyyat nömrəsi: 118-IVQD
Adı: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: ״Respublika״ qəzeti № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 589
Qüvvəyə minmə tarixi: 05.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 400.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12201105170118
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (II kitab), maddə 585; 2001-ci il, 7, maddə 455; 2002-ci il, 1, maddə 9, 5, maddə 233, 8, maddə 463; 2003-cü il, 6, maddə 276; 2004-cü il, 5, maddə 321, 7, maddə 505, 8, maddə 598, 10, maddə 761, 11, maddə 890; 2005-ci il, 1, maddə 4, 4, maddə 278, 6, maddə 462, 8, maddə 686, 10, maddə 874, 12, maddə 1079; 2006-cı il, 1, maddə 3, 2, maddə 64, 5, maddə 390, 10, maddə 847, 11, maddə 929, 12, maddə 1032; 2007-ci il, 2, maddələr 65, 68, 6, maddə 560, 7, maddə 712, 8, maddə 756, 11, maddə 1049, 12, maddə 1221; 2008-ci il, 6, maddə 462, 7, maddələr 606, 607, 12, maddələr 1045, 1049; 2009-cu il, 5, maddə 315, 7, maddə 517, 12, maddə 966; 2010-cu il, 3, maddələr 171, 173, 178; 7, maddə 593) aşağıdakı dəyişikliklər edilsin:

1. 251-ci və 252-ci maddələrdə ismin müvafiq hallarında "məhkəmə icraçısı" sözləri "icra məmuru" sözləri ilə əvəz edilsin.

2. 310-cu maddədə ismin müvafiq hallarında "məhkəmə nəzarətçisi" sözləri "icra məmuru" sözləri ilə əvəz edilsin.

3. 322.1.3-cü maddədə "məhkəmə nəzarətçilərinə" sözləri "icra məmurlarına" sözləri ilə əvəz edilsin.

4. 510.3-cü maddədə "və ya" sözlərindən sonra "müddəti göstərilməklə" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti