AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 17.05.2011
Qeydiyyat nömrəsi: 121-IVQD
Adı: ״İnzibati icraat haqqında״ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 592
Qüvvəyə minmə tarixi: 05.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 420.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12201105170121
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


Azərbaycan Respublikasının Mİlli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən, Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında, Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 12, maddə 1084; 2006-cı il, 12, maddə 1031; 2008-ci il, 6, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:

1. 82.1-ci maddədə Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə icraçıları sözləri İcra haqqında Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları sözləri ilə əvəz edilsin.

2. 82.3.1-ci, 82.3.3-cü83.1-ci maddələrdə 5 rəqəmi 10 rəqəmi ilə əvəz edilsin.

3. 87-ci maddədə Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq məhkəmə icraçıları sözləri İcra haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti