AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN FƏRMANI
Qəbul edildiyi tarix: 05.07.2011
Qeydiyyat nömrəsi: 468
Adı: ״Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında״ Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 161-IVQD nömrəli Qanununun tətbiqi və ״Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında״ Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə״ Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: ״Respublika״ qəzeti № 138
Qüvvəyə minmə tarixi: 06.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.030.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 13201107050468
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 161-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 161-IVQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 161-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün.

3. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, III kitab, maddə 616; 2005, 12, maddə 1099; 2006, 5, maddə 400, 12, maddə 1034; 2007, 4, maddə 323, 12, maddə 1225; 2008, 11, maddə 972; 2009, 3, maddə 163, 4, maddə 226; 2010, 7, maddə 610) 1.1-ci bəndində "və 102.1.17-ci" sözləri ", 102.1.17-ci, 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti