AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN FƏRMANI
Qəbul edildiyi tarix: 22.07.2011
Qeydiyyat nömrəsi: 473
Adı: Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu №7, maddə 635
Qüvvəyə minmə tarixi:
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 120.120.160
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 13201107220473
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 03.11.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 12, maddə 720; 2003, 2, maddə 81; 2005, 3, maddə 160; 2010, 2, maddə 80) 2.1.5-ci yarımbəndində gəlirlər sözündən sonra (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) sözləri əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti