AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN FƏRMANI
Qəbul edildiyi tarix: 22.07.2011
Qeydiyyat nömrəsi: 474
Adı: Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu №7, maddə 636
Qüvvəyə minmə tarixi:
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 120.120.160
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 13201107220474
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 03.11.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 12, maddə 846; 2003, 2, maddə 81; 2005, 3, maddə 160; 2008, 7, maddə 615) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 3.1.1.5-ci yarımbəndində gəlirlər sözündən sonra (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) sözləri əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti