AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Qəbul edildiyi tarix

05.07.2018

Qeydiyyat nömrəsi

161

Adı

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

“Xalq” qəzeti ¹147

Qüvvəyə minmə tarixi

06.07.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

150.130.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

13201807050161

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

09.07.2018

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12, maddə 2341) aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

“2.1-1. həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini 4.1.1 ― 4.1.4-cü maddələr üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 4.1.5-ci maddə üzrə ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin monitorinqinin keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılmasına münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.1-2. həmin Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti