AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 05.07.2011
Qeydiyyat nömrəsi: 108
Adı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş ״Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası״nda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 737
Qüvvəyə minmə tarixi: 01.01.1900
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 380.050.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107050108
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 06.07.2011


"Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, 10, maddə 627; 2005, 7, maddə 678; 2006, 2, maddə 185, 4, maddə 378, 5, maddə 470, 9, maddə 819, 10, maddə 902; 2007, 5, maddə 546, 10, maddə 1026; 2008, 2, maddə 114; 2010, 7, maddə 700) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.16-cı bənd çıxarılsın;

1.2. 1.17-ci bənddə "bir ay" sözləri ", doğumu Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün" sözləri ilə əvəz edilsin;

1.3. 2.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

"2.10. Uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.";

1.4. 2.11-ci və 2.25-ci bəndlər çıxarılsın;

1.5. 7.1-ci və 7.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"7.1. Adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.

7.2. Ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ