AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 08.07.2011
Qeydiyyat nömrəsi: 110
Adı: ״Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında״ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə״ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 dekabr tarixli 231 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 739
Qüvvəyə minmə tarixi: 08.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.030.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107080110
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 09.07.2011


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəylərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 dekabr tarixli 231 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 12, maddə 1113) 2-ci hissəsində "avqustun 1-dək" sözləri "iyulun 10-dək" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ