AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 13.07.2011
Qeydiyyat nömrəsi: 113
Adı: “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 742
Qüvvəyə minmə tarixi: 13.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 080.050.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107130113
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 14.07.2011


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 596; 2000-ci il, № 10, maddə 764; 2001-ci il, № 3, maddə 214; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006-cı il, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007-ci il, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008-ci il, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853, № 10, maddə 857; 2010-cu il, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 may tarixli 76 nömrəli qərarı) ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Müavinətin məbləği və hesablanması bu Əsasnamənin II hissəsində, təyin edilməsi və ödənilməsi isə VII hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.";

1.2. 3-cü hissə üzrə:

1.2.1. ikinci abzasda "Xeyrinə" sözü "Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə" sözləri ilə əvəz edilsin;

1.2.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən, sosial sığorta stajı kimi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.";

1.3. 4-cü hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Əsasnamə ilə müəyyən edilən müavinətlərin hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin işçilərinə hesablanması, təyin edilməsi və verilməsi qaydası həmin şəxslərin xidmət etdiyi (və ya işlədiyi) müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilir. ";

1.4.  6-cı hissə aşağıdakı redaksiyada verilsin:

"Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.

Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.";

1.5. 9-cu hissənin misalının üçüncü cümləsində mötərizədə "3" rəqəmi "4" rəqəmi ilə əvəz edilsin;

1.6. 10-cu və 11-ci hissələr çıxarılsın;

1.7. 12-ci hissədə "bütün günlər " sözləri "iş günləri" sözləri ilə əvəz edilsin;

1.8. 14-cü hissədə "müddətinə" sözündən sonra "düşən iş günlərinə" sözləri əlavə edilsin;

1.9. 15-ci hissə və 17-20-ci hissələr çıxarılsın;

1.10.  25-ci hissə aşağıdakı redaksiyada verilsin:

"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;

- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;

- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;

- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.";

1.11. 26-cı hissə çıxarılsın;

1.12. 27-ci hissə aşağıdakı redaksiyada verilsin:

"Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.";

1.13. 28-ci hissə aşağıdakı redaksiyada verilsin:

"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.

Əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir.

Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;

- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;

- məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3-cü hissəsinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz.

Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik işçinin əməkhaqqına uyğun olaraq müəyyən edilir.

Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir.";

1.14. 29-cu, 32-38-ci, 42-ci, 47-59-cu, 61-ci hissələr çıxarılsın;

1.15. 62-ci hissə üzrə:

1.15.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir:";

1.15.2. ikinci və üçüncü abzaslar çıxarılsın;

1.15.3. beşinci abzasda "8" rəqəmi "12" rəqəmi ilə, on səkkizinci abzasda "5" və "8" rəqəmləri müvafiq olaraq "8" və "12" rəqəmləri ilə və iyirmi birinci abzasda "5" rəqəmi "8" rəqəmi ilə əvəz edilsin;

1.15.4. beşinci abzasda "ümumi iş stajına malik" sözləri "sosial sığorta stajı" sözləri ilə əvəz edilsin;

1.15.5. altıncı abzas aşağıdakı redaksiyada verilsin:

"istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;";

1.15.6. on ikinci abzasdan "fasiləsiz iş stajından asılı olmayaraq," sözləri çıxarılsın;

1.15.7. on üçüncü, on dördüncü, on beşinci və on altıncı abzaslardan "iş stajından asılı olmayaraq," sözləri çıxarılsın;

1.15.8. on altıncı abzasdan sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda, ona qanunvericiliklə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə;";

1.15.9. on səkkizinci, on doqquzuncu və iyirmi birinci abzaslarda "ümumi iş stajı" sözləri "sosial sığorta stajı" sözləri ilə əvəz edilsin;

1.15.10. iyirmi ikinci və iyirmi üçüncü abzaslar çıxarılsın;

1.16.  63-cü hissə çıxarılsın;

1.17.  64-cü hissə aşağıdakı redaksiyada verilsin:

"Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla hesablanır.";

1.18.  68-ci hissənin birinci abzasında "verilməsi" sözündən sonra "sığortaolunanın" sözü əlavə edilsin və ikinci abzasında "dövrü" sözü "dövrünə düşən iş günləri" sözləri ilə əvəz edilsin;

1.19. 69-cu hissə çıxarılsın;

1.20. 72-ci hissə aşağıdakı redaksiyada verilsin:

"Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.";

1.21. 73-cü hissənin ikinci abzası çıxarılsın və üçüncü abzasında "Ananın işləmədiyi hallarda və əgər" sözləri "Uşaq doğmuş ana işləmədiyi halda və ya" sözləri ilə əvəz edilsin;

1.22. 75-ci hissənin birinci abzasında "hər uşağa" sözləri "doğulan uşaqların sayına" sözləri ilə əvəz edilsin;

1.23. 78-ci hissə aşağıdakı redaksiyada verilsin:

"Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir." ;

1.24. 80-ci hissədə "doğuma" sözü "hamiləliyə və doğuşa" sözləri ilə əvəz edilsin;

1.25. 85-ci hissə çıxarılsın;

1.26. 90-cı hissə aşağıdakı redaksiyada verilsin:

"Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir.

Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir";

1.27. 91-ci hissə aşağıdakı redaksiyada verilsin:

"Əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət mərhumun yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.";

1.28. 92-95-ci hissələr çıxarılsın;

1.29. 99-cu hissə aşağıdakı redaksiyada verilsin:

"Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.";

1.30. 100-cü, 102-ci, 103-cü və 104-cü hissələr çıxarılsın;

1.31. 106-cı hissədə "İşçinin" sözü "Sığortaolunanın" sözü ilə əvəz edilsin;

1.32. 107-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

"Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.";

 1.33. 110-cu hissənin birinci abzasının ikinci cümləsi, ikinci və üçüncü abzasları çıxarılsın;

1.34. 111-ci hissə çıxarılsın;

1.35. 113-cü hissənin dördüncü abzasında "Uşağın öldüyü hallarda" sözləri "Uşaq öldüyü halda" sözləri ilə əvəz edilsin, "1" rəqəmindən sonra "(bir)" sözü əlavə edilsin;

1.36. 114-cü hissə üzrə:

1.36.1. birinci abzasda "İşçi və ya onun ailə üzvü" sözləri "Sığortaolunan" sözü ilə və "mənzil-istismar kontoru (binaların istismarı müdiriyyəti, evlər idarəsi, qəsəbə, kənd icra nümayəndəliyi və s.)" sözləri "müvafiq bələdiyyə" sözləri ilə əvəz edilsin, "ölənin onun himayəsində olduğunu təsdiq edən" sözləri çıxarılsın;

1.36.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır.";

1.37. 114-1-ci hissənin altıncı abzasında "5-dən sonra" sözləri "5-dək" sözü ilə əvəz edilsin;

1.38. 114-2-ci hissə üzrə:

1.38.1. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi barədə əmrindən (sərəncamından) çıxarış;";

1.38.2. beşinci abzasda "mənzil-istismar idarələri (binaların istismarı müdiriyyəti, evlər idarəsi, qəsəbə, kənd icra nümayəndəliyi və s.)" sözləri "müvafiq bələdiyyə" sözləri ilə və "ölənin onun himayəsində olduğunu təsdiq edən" sözləri "öləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə məlumatı əks etdirən" sözləri ilə əvəz edilsin;

1.38.3. altıncı abzasda "5" və "2" rəqəmlərindən sonra müvafiq olaraq "(beş)" və "(iki)" sözləri əlavə edilsin;

1.38.4. yeddinci abzasda "Əsasnaməyə əlavə olunmuş formada" sözləri "Əsasnamənin 1 - 5 nömrəli əlavələrinə uyğun formada müavinət növündən asılı olaraq, müvafiq" sözləri ilə əvəz edilsin;

1.39. 116-cı hissə üzrə:

1.39.1. birinci abzasdan "müavinət alan şəxsdən" sözləri çıxarılsın;

1.39.2. ikinci və üçüncü abzaslarda ismin müvafiq hallarında "işçi" sözü ismin müvafiq hallarında "sığortaolunan" sözü ilə əvəz edilsin;

1.40. 117-ci hissə üzrə:

1.40.1. birinci abzasda "işçinin" sözü "sığortaolunanın" sözü ilə, "ölən şəxslə" sözləri "mərhumla" sözü ilə əvəz edilsin;

1.40.2. ikinci abzasda "İşçinin" sözü "Sığortaolunanın" sözü ilə əvəz edilsin;

1.40.3. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

"Vəfat etmiş sığortaolunanın öldüyü günədək almadığı müavinəti onun vərəsələrinin almaq hüququ vardır.";

1.40.4. altıncı abzasda "öldüyünə görə" sözləri "vəfat etdikdə və" sözləri ilə əvəz edilsin;

1.41. 119-cu hissənin ikinci abzasında "ümumi iş" sözləri "sosial sığorta" sözləri ilə əvəz edilsin;

1.42. 120-ci hissədə "yoxlanılmaq" sözü "müavinətin təyin edilməsinin yoxlanılması" sözləri ilə əvəz edilsin;

1.43. 122-ci hissə çıxarılsın;

1.44. 134-cü hissənin dördüncü abzası çıxarılsın;

1.45. 137-ci hissədə "Sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə" sözləri "Sanatoriya-kurort müalicəsi üçün ayrılan" sözləri ilə əvəz edilsin;

1.46. 140-cı hissədə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun və" sözləri çıxarılsın;

1.47. 142-ci hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Azərbaycan Həmkarlar İttifaqları komitələri tələb olunan sənədləri, hesabatları, məlumatları Dövlət Sosial Müdafiə Fondunun yoxlama aparan vəzifəli və müvəkkil edilmiş şəxslərinə maneəsiz olaraq təqdim etməlidirlər.";

1.48. 143-cü hissə çıxarılsın.

2. Bu qərar imzalandığı gündən, 1.15.3-cü yarımbəndi isə 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə

 

 


Forma HH-1

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə

1 nömrəli əlavə

Dövlət Sosial Müdafiə Fondunun_______________________________________ rayon (şəhər) şöbəsinə/departamentinə

Haqq-hesab aparılan ay___________________________

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəli

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sıra

№-si

Haqq-hesab cədvəlinin növü (əsas/əlavə)

Müavinət alanlar haqqında məlumat

Xəstəlik vərəqəsi

Əmək qabiliyyətinin itirildiyi müddət

Təyin edilmiş müavinət

Müavinət alanların imzası

soyadı, adı, atasının adı

sosial sığorta şəhadətnaməsinin nömrəsi

bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı)

seriyası və nömrəsi

tarixi

başlanğıc tarixi

başa çatma tarixi

14 təqvim gününə düşən

14 təqvim günündən sonrakı dövrə düşən

iş günləri

hesablanmış məbləğ (manatla)

iş günləri

hesablanmış məbləğ (manatla)

o cümlədən

fiziki şəxslərdən gəlir vergisi məbləği

ödəniləcək müavinət (manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

Qeyd.

Haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə görə fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilat məsulİyyət daşıyır.

 

Sığortaedənin adı, DSMF-də uçot nömrəsi və VÖEN-i:

___________________________

__________

_____________

 

 

 

MY

Sığortaedənin rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Sığortaedən təşkilatın müavinət təyin edən komissiyasının rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Baş (böyük) mühasib:

__________________

 

____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

 

 

Forma HH-2

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə

2 nömrəli əlavə

Dövlət Sosial Müdafiə Fondunun_______________________________________ rayon (şəhər) şöbəsinə/departamentinə

Haqq-hesab aparılan ay___________________________

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sıra

№-si

Haqq-hesab cədvəlinin növü (əsas/əlavə)

Müavinət alanlar haqqında məlumat

Xəstəlik vərəqəsi

Hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi barədə əmr

Doğuşun ağırlıq dərəcəsi

Əsas xəstəlik vərəqəsinin nömrəsi

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti

Hamiləliyə və doğuşa görə müavinətin məbləği (manatla)

Müavinət alanların imzası

soyadı, adı, atasının adı

sosial sığorta şəhadətnaməsinin nömrəsi

bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı)

seriyası və nömrəsi

tarixi

nömrəsi

tarixi

cəmi

o cümlədən

başlanğıc tarixi

başa çatma tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

Qeyd.

Haqq-hesab cədvəlində göstərilən məlumatların dəqiqliyinə görə sığortaedən məsuliyyət daşıyır.

 

Sığortaedənin adı, DSMF-də uçot nömrəsi və VÖEN-i:

___________________________

__________

_____________

 

 

 

MY

Sığortaedənin rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Sığortaedən təşkilatın müavinət təyin edən komissiyasının rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Baş (böyük) mühasib:

__________________

 

____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

 

 

Forma HH-2

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə

3 nömrəli əlavə

Dövlət Sosial Müdafiə Fondunun_______________________________________ rayon (şəhər) şöbəsinə/departamentinə

Haqq-hesab aparılan ay___________________________

 

Uşağın anadan olmasına görə birdəfəlik müavinətlə bağlı haqq-hesab cədvəli

 

 

Sıra

№-si

Müavinət alanlar haqqında məlumat

Doğum haqqında şəhadətnamə

Anadan olmuş uşaq haqqında məlumat

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği (manatla)

Müavinət alanların imzası

soyadı, adı, atasının adı

sosial sığorta şəhadətnaməsinin nömrəsi

bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı)

seriyası və nömrəsi

tarixi

soyadı, adı, atasının adı

doğum tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

Qeyd.

Haqq-hesab cədvəlində göstərilən məlumatların dəqiqliyinə görə sığortaedən məsuliyyət daşıyır.

 

Sığortaedənin adı, DSMF-də uçot nömrəsi və VÖEN-i:

___________________________

__________

_____________

 

 

 

MY

Sığortaedənin rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Sığortaedən təşkilatın müavinət təyin edən komissiyasının rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Baş (böyük) mühasib:

__________________

 

____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

 

 

 

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə

4 nömrəli əlavə

Dövlət Sosial Müdafiə Fondunun_______________________________________ rayon (şəhər) şöbəsinə/departamentinə

Haqq-hesab aparılan ay___________________________

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəli

 

 

 

 

 

Sıra

№-si

Müavinət alanlar haqqında məlumat

Doğum haqqında şəhadətnamə

Uşağın doğum tarixi

Uşağa qulluqla əlaqədar məzuniyyətin verilməsi barədə

əmr

Məzuniyyətin müddəti

Hesablanmış müavinətin aid edildiyi dövr

Müavinətin məbləği (manatla)

Müavinət alanların imzası

soyadı, adı, atasının adı

sosial sığorta şəhadətnaməsinin nömrəsi

bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı)

seriyası və nömrəsi

tarixi

nömrəsi

tarixi

başlanğıc tarixi

başa çatma tarixi

başlanğıc tarixi

başa çatma tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

Qeyd.

Haqq-hesab cədvəlində göstərilən məlumatların dəqiqliyinə görə sığortaedən məsuliyyət daşıyır.

 

Sığortaedənin adı, DSMF-də uçot nömrəsi və VÖEN-i:

___________________________

__________

_____________

 

 

 

MY

Sığortaedənin rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Sığortaedən təşkilatın müavinət təyin edən komissiyasının rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Baş (böyük) mühasib:

__________________

 

____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

 

 

 

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə

5 nömrəli əlavə

Dövlət Sosial Müdafiə Fondunun_______________________________________ rayon (şəhər) şöbəsinə/departamentinə

Haqq-hesab aparılan ay___________________________

 

Dəfn üçün müavinətlə bağlı haqq-hesab cədvəli

 

 

 

 

Sıra

№-si

Müavinət alanlar haqqında məlumat

Mərhum haqqında məlumat

Ölüm haqqında şəhadətnamə

Müavinətin məbləği (manatla)

Müavinət alanın imzası

soyadı, adı, atasının adı

bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı)

soyadı, adı, atasının adı

sosial sığorta şəhadətnaməsinin nömrəsi

ölüm tarixi

seriyası və nömrəsi

tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

Qeyd.

Haqq-hesab cədvəlində göstərilən məlumatların dəqiqliyinə görə sığortaedən məsuliyyət daşıyır.

 

Sığortaedənin adı, DSMF-də uçot nömrəsi və VÖEN-i:

___________________________

__________

_____________

 

 

 

MY

Sığortaedənin rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Sığortaedən təşkilatın müavinət təyin edən komissiyasının rəhbəri:

__________________

 

_____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası

 

Baş (böyük) mühasib:

__________________

 

____________

 

 

soyadı ,adı, atasının adı

 

imzası