AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 14.07.2011
Qeydiyyat nömrəsi: 114
Adı: ״Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı״nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 743
Qüvvəyə minmə tarixi: 14.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.180.030
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107140114
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


"Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nmrəli Sərəncamının 14.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası Dvlət Torpaq və Xəritəəkmə Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gndən qvvəyə minir.

 

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 14 iyul tarixli 114 nmrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Dvlət Torpaq və Xəritəəkmə Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI

 

1. Dvlət Yerquruluşu Layihə İnstitutu

2. Dvlət Aerogeodeziya Məssisəsi

3. Dvlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi

4. Bakı Kartoqrafiya Fabriki