AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 14.07.2011
Qeydiyyat nömrəsi: 115
Adı: Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin xidmət heyətinin ştatında dəyişiklik edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 01.01.1900
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 330.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107140115
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.09.2011


Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin inzibati bina komendantı sektorunun ştatında mövcud olan 1 (bir) vahid məsləhətçi vəzifəsinin ixtisarı hesabına, həmin İdarənin inzibati bina komendantı sektorunun ştatına əlavə olaraq 1 (bir) vahid baş məsləhətçi vəzifəsi daxil edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il üçün ştat cədvəlində müvafiq dəyişikliklər etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ