AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 18.07.2011
Qeydiyyat nömrəsi: 119
Adı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş ״Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları״nda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 746
Qüvvəyə minmə tarixi: 01.01.1900
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.020.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107180119
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 19.07.2011


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, 4, maddə 389) ilə təsdiq edilmiş "Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən "xarici valyutada" sözləri çıxarılsın;

1.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya idarəetməyə verilərək yerləşdirilməsi istiqamətlərinin müəyyən olunması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyası tərəfindən həyata keçirilir.

Bu zaman idarəetməyə veriləcək sərbəst qalıq vəsaitlərinin (investisiya portfeli) proqnozlaşdırılan həcmi, likvidlik və kredit riskləri üzrə tələblər, habelə proqnozlaşdırılan sərbəst qalıq vəsaitlərinin gəlirlilik dərəcəsi nəzərdən keçirilməlidir.";

1.3. 3.2-ci bənd çıxarılsın;

1.4. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

"3.3-1. Sərbəst qalıq vəsaitləri həmçinin Azərbaycan Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə və ya bu kredit təşkilatları tərəfindən buraxılmış borc kağızlarına yerləşdirilir.";

1.5. 3.4-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Sərbəst qalıq vəsaitlərinin idarə olunması məqsədi ilə bu sahəyə ixtisaslaşdırılmış yerli və xarici təsisatlar (menecerlər) cəlb edilir.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ