AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

18.07.2011

Qeydiyyat nömrəsi

120

Adı

Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, Ή 7, maddə 747

Qüvvəyə minmə tarixi

18.07.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.020.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201107180120

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.07.2011

 

 

Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları" təsdiq edilsin (1 nömrəli əlavə). [1]

2. "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti,  hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)" təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı üçün xidməti minik avtomobillərinin say həddi (limiti) 13 ədəd, rayon (şəhər) icra hakimiyyəti başçısı, onun müavinləri, şəhər üzrə nümayəndəsi, qəsəbə və kənd nümayəndələri (əhalisinin sayı 10 min nəfərdən artıq olan), Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan dövlət orqanlarının rəhbərləri, rayon (şəhər) məhkəmələrinin hər biri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) bir ədəd, Bakı, Gəncə və Sumqayıt şəhər məhkəmələrinin hər biri üçün isə iki ədəd olmaqla müəyyən edilsin.[2]

4. Müəyyən edilsin ki:

4.1. dövlət orqanlarında xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin icarəyə götürülməsinə (beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin həyata keçirilməsi vaxtı istisna olmaqla) yol verilmir;

4.2. Azərbaycan Respublikasının dağlıq və dağətəyi rayonlarında rayon icra hakimiyyəti başçısına təhkim olunmuş xidməti minik avtomobili bu qərarın 4-cü bəndinin tələbləri gözlənilməklə, yüksəkkeçidli avtomobil kateqoriyasından ola bilər.

5. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, şəhər və rayon icra hakimiyyətlərinin başçılarına tapşırılsın və məhkəmə hakimiyyəti orqanlarının rəhbərlərinə (bu bəndin 5.3-cü və 5.4-cü yarımbəndlərinə münasibətdə) tövsiyə edilsin ki:

5.1. rəhbərlik etdikləri orqanların strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) xidməti minik avtomobillərinin say həddinin (limitinin) müəyyən edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

5.2. rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunması üzərində nəzarəti təmin etsinlər;

5.3. xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılması sahəsində nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar;

5.4. 2 ay müddətində bu qərarın 2-ci və 3-cü bəndlərinin tətbiq edilməsi ilə əlaqədar müəyyən olunmuş say həddindən (limitdən) artıq olan xidməti minik avtomobillərinin mövcud qanunvericiliyə uyğun olaraq satılması üçün zəruri olan sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etsinlər.

6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri ölkələrin yerli şəraiti nəzərə alınmaqla, xidməti minik və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddinin və istismar xərclərinin normaları, xidməti minik avtomobillərinin say həddi (limiti) barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 3 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

7. "Büdcədən maliyyələşdirilən təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün yürüş və neft məhsullarının aylıq normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 8 dekabr tarixli 190 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

8. "Ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının ştat və xidməti minik avtomobillərinin sayının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 14 yanvar tarixli 12 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

9. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Muxtar Respublikanın büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə müvafiq qərar qəbul etsin.

10. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 NÖMRƏLİ ƏLAVƏ

 

Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin[3]

 

NORMALARI

 

1. Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi aşağıdakı kimi müəyyən edilir:

 

Sıra

Ή-si

Avtomobillərin növləri

Aylıq yürüş həddi (km)

1.

Xidməti minik avtomobilləri

2000

2.

Yük avtomobilləri

1500

3.

Avtobuslar

1500

4.

Xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və yanğınsöndürən avtomobillərdən başqa)

1500

5.

Motosiklet və motorollerlər

500

6.

Qonaqlara xidmət edən minik avtomobilləri

1000

 

2. Bu Normalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı üçün nəzərdə tutulur.

3. Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin sayı mövcud sürücü ştatlarının sayından çox olduqda, avtonəqliyyat vasitələri onun təhkim olunduğu vəzifəli şəxs tərəfindən müvafiq qaydada idarə oluna bilər. Bu zaman həmin avtonəqliyyat vasitəsinə yanacaq xərci ayrılmış vəsaitlər dairəsində bu Normalara uyğun olaraq ödənilir.

4. İşin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması Azərbaycan Respublikasının I-VI kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılır.

Fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilir.

5. Avtomobillərin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.

6. Yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfi) aşağıdakı hallarda:

6.1. artırılır:

a) qış vaxtında işlədikdə vaxt: - 5 faizə qədər

b) kondisioner istifadə olunduğu hallarda yanacaq sərfi nəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən müəyyən edilir;

c) dəniz səviyyəsinə görə yüksəklikdə işlədiyi vaxt:

1000-dən 1500 metrə qədər - 5 faiz

1501-dən 2000 metrə qədər - 10 faiz

2001-dən yuxarı - 15 faiz

ç) yüklərin daşınması üçün avtomobilin aşağı sürətlə hərəkəti tələb olunduğu şəraitdə - 10 faizə qədər

d) əsaslı təmirdən çıxmış və təzə avtomobillərin istismarı zamanı birinci 1000 km yürüşə görə - 5 faizə qədər

e) meşə materiallarının daşınması üçün meşə sahələrindən əsas magistrala qədər hərəkət zamanı - 20 faizə qədər

ə) tez-tez dayanmaq tələb olunan şəhər ərazisində işlədiyi şəraitdə (ümumi gediş üzrə orta hesabla 1 km yola 1 dayanacaqdan artıq olduqda) - 10 faizə qədər

6.2. azaldılır:

şəhərdənkənar təkmilləşdirilmiş örtüklü yollarda işləyən zaman - 15 faizə qədər.

7. Xüsusi təyinatlı avtomobillərin işlədiyi vaxt yanacaq sərfinin xətt norması nəzərdə tutulmuş hər ton çəkinin artması müqabilində aşağıdakı miqdarda artırılır:

benzin - 2 litr

sıxılmış qaz - 2,5 litr

dizel yanacağı - 1,3 litr.

8. Yerinə yetirdiyi işləri ton/km-lə hesablanan avtomobillər və avtoqatarlar üçün hər 100 km-ə əlavə yanacaq aşağıdakı miqdarda artırılır:

benzin - 2 litr

sıxılmış qaz - 2,5 litr

dizel yanacağı - 1,3 litr.

Avtomobillərin qoşqularla işlədiyi vaxt yanacaq sərfinin xətt norması qoşquların xüsusi çəkisinin hər 1 tonuna görə aşağıdakı miqdarda artırılır:

benzin - 2 litr

sıxılmış qaz - 2,5 litr

dizel yanacağı - 1,3 litr.

9. Yükünü özüboşaldan avtomobillər və özüboşaldan, gövdəsi olan avtokarlar üçün əlavə yanacaq sərfi hər bir yüklü gedişə görə 0,25 litr miqdarında müəyyən edilir.

Avtomobil özüboşaldıcı qoşqularla işlədiyi vaxt yanacaq sərfinin xətt norması qoşqu-hərəkət heyətinin ümumi çəkisinin hər tonuna görə aşağıdakı kimi artırılır (onun 50 faiz sərfəli yüklənməsinə):

benzin - 2 litr

sıxılmış qaz - 2,5 litr

dizel yanacağı - 1,3 litr.

10. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:

10.1. avtonəqliyyat vasitələrinə yanacaq xərcləri - hər bir avtonəqliyyat vasitəsinə bu Normaların tələblərinə uyğun olaraq hesablanmış yanacaq tələbatının dəyəri həcmində;

10.2. sürtgü materiallarının (mühərrik yağı, əyləc mayesi, soyuducu və digər mayelər) alınması xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində;

10.3. avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində.

11. Nəqliyyat vasitələrinin əsaslı təmiri təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, nöqsan aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2 NÖMRƏLİ ƏLAVƏ

 

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) [4]

 

 

 

(ədəd)

 

 

Orqanın adı

Avtomobillərin say həddi (limiti)

cəmi

o cümlədən

 

aparat üzrə

yanında olan orqanlar üzrə

ərazi və yerli bölmələr üzrə

1

2

3

4

5

6

 

1.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

24

24

 

 

 

2.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi[5]

81

19

 2

60

 

3.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

75[6]

10

 

65

 

4.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

8

5

 

3

 

5.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

71

6

 

65

 

6.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi[7]

7

5

2

 

 

7.[8]

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi

22

14

 

8

 

8. [9]

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

7

7

 

 

 

9.[10]

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

84

18

 

66

 

10.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

36

8

9

19

 

11.

Azərbaycan Respublikasının Energetika Nazirliyi[11]

30

8

4

18

 

12.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi[12]

83

15

3

65

 

13.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

81

5

 

76

 

14.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

7

7

 

 

 

15.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

5

5

 

 

 

16.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

81

5

 

76

 

17.

Azərbaycan Respublikasının Qaçqın-ların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi[13]

8

5

3

 

 

18.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

4

4

 

 

 

19.[14]

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

69

4

 

65

 

20.[15]

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

6

6

 

 

 

21.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi[16]

14

5

 

9

 

22.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

25

6

1

18

 

23.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

3

3

 

 

 

24.[17]

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

6

6

1

14

 

25.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası[18]

19

19

 

 

 

26.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya[19]

3

3

 

 

 

27.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası

4

4

 

 

 

27-1.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi[20]

16

5

 

11

 

28.

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

7

3

 

4

 

29.

Azərbaycan Respublikasının Satın-almalar üzrə Dövlət Agentliyi[21]

4

4

 

 

 

30.

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi

2

2

 

 

 

31.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

3

3

 

 

 

32.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti[22]

3

3

 

 

 

33.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

3

2

 

 

 

34.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti[23]

3

2

 

 

 

334-1

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı

Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı

və Toxum Nəzarəti üzrə Dövlət[24]

 

 

3

 

 

3

 

 

 

35.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti[25]

15

7

 

8

 

35-1.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi[26]

2

2

-

-

 

36.

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu

2

2

 

 

 

37.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti

18

3

 

15

 

38.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi

3

3

 

 

 

39.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

15

3

 

12

 

40.[27]

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti

3

3

 

 

 

41.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti

6

3

 

3

 

42.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi yanında Avtomobil Nəqliyyatı Xidməti

17

3

 

14

 

43.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti

80

4

 

76

 

44.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti

77

2

 

75

 

45.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti

26

4

 

22

 

46.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi[28]

2

2

 

 

 

47.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti

9

2

 

7

 

48.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti

2

2

 

 

 

49.[29]

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti

2

2

 

 

 

50.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

2

2

 

 

 

51.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

3

3

 

 

 

52. [30]

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi

2

2

 

 

 

53.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi

2

2

 

 

 

54.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

3

3

 

 

 

55.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası

3

3

 

 

 

56.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi

3

3

 

 

 

57.

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası

4

4

 

 

 

58.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

16

16

 

 

 

59.

Azərbaycan Respublikasının Ali Məhkəməsi

11

11

 

 

 

60.

Bakı Apellyasiya Məhkəməsi

6

6

 

 

 

61.

Şəki Apellyasiya Məhkəməsi

2

2

 

 

 

62.

Sumqayıt Apellyasiya Məhkəməsi

2

2

 

 

 

63.

Gəncə Apellyasiya Məhkəməsi

2

2

 

 

 

64.

Şirvan Apellyasiya Məhkəməsi

2

2

 

 

 

65.

Bakı Ağır Cinayətlər Məhkəməsi

2

2

 

 

 

66.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

2

2

 

 

 

67.

Gəncə Ağır Cinayətlər Məhkəməsi

2

2

 

 

 

68.

Şəki Ağır Cinayətlər Məhkəməsi

2

2

 

 

 

69.

Azərbaycan Respublikasının inzibati-iqtisadi məhkəmələri

10

10

 

 

 

70.[31]

Azərbaycan Respublikasının hərbi məhkəmələri

11

11

 

 

 

CƏMİ

1173

346

21

806[32]

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 avqust 2012-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201208100179, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 avqust 2012-ci il)

2.       14 avqust 2012-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201208140182, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2012-ci il)

3.       29 mart 2013-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

4.       24 iyul 2013-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

5.       16 avqust 2013-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201308160218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 sentyabr 2013-cü il)

6.       11 oktyabr 2013-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

7.       10 yanvar 2014-cü il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

8.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201401240020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 yanvar 2014-cü il)

9.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201402140046, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2014-cü il)

10.    3 aprel 2014-cü il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

11.    13 may 2014-cü il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

12.    30 may 2014-cü il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

13.    13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201406130194, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2014-cü il)

14.    15 avqust 2014-cü il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

15.    21 noyabr 2014-cü il tarixli 379 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201411210379, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 dekabr 2014-cü il)

16.    5 dekabr 2014-cü il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

17.    13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201502130038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 fevral 2015-ci il)

18.    4 noyabr 2015-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

19.    25 fevral 2016-cı il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201602250088, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 01 aprel 2016-cı il)

20.    29 aprel 2016-cı il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201604290177, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 may 2016-cı il)

21.    13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201605130195, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 may 2016-cı il)

22.    15 iyul 2016-cı il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

23.    09 avqust 2016-cı il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

24.    22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201609220360, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 oktyabr 2016-cı il)

25.    23 sentyabr 2016-cı il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201609230364, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2016-cı il)

26.    26 dekabr 2016-cı il tarixli 525 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201612260525, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201609220360, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 oktyabr 2016-cı il) ilə 1-ci və 2-ci hissələrdə “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti,” sözləri ilə əvəz edilmişdir.

 

[2] 29 mart 2013-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3-cü hissədə “Rayon (şəhər) icra hakimiyyəti” sözləri “Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı üçün xidməti minik avtomobillərinin say həddi (limiti) 13 ədəd, rayon (şəhər) icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “(əhalisinin sayı 10 min nəfərdən artıq olan)” sözlərindən sonra “Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan dövlət orqanlarının rəhbərləri,” sözləri əlavə edilmişdir.

 

[3] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201609220360, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 oktyabr 2016-cı il) (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, Ή 214) ilə 1 nömrəli əlavənin adında, 1-ci və 3-cü hissələrində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri” sözləri ilə əvəz edilmişdir.

 

[4] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201609220360, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 oktyabr 2016-cı il) ilə 2 nömrəli əlavənin adında “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri,” sözləri ilə əvəz edilmişdir.

 

[5] 09 avqust 2016-cı il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”- nin cədvəlində 2-ci hissənin 3-cü sütununda “22” rəqəmi “81” rəqəmi ilə, 4-cü sütununda “12” rəqəmi “19 ” rəqəmi ilə, 6-cı sütununda “10” rəqəmi “60” rəqəmi ilə əvəz edilsin və 5-ci sütuna “2” rəqəmi əlavə edilmişdir.

 

[6] 3 aprel 2014-cü il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə — “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlində 3-cü sıranın “cəmi” sütunundakı “70” rəqəmi “75” rəqəmi ilə, “aparat üzrə” sütundakı “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilmişdir.

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201406130194, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2014-cü il) ilə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 6-cı hissəsinin “Orqanın adı” sütununda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[7] 24 iyul 2013-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 6-cı hissəsinin “cəmi” sütununda “4” rəqəmi “6” rəqəmi ilə əvəz edilmişdir və “yanında olan orqanlar üzrə” sütununa “2” rəqəmi əlavə edilmişdir.

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201406130194, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2014-cü il) ilə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 6-cı hissəsinin “Orqanın adı” sütununda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

5 dekabr 2014-cü il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə — "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)"nin cədvəlində 6-cı sıranın "cəmi" sütunundakı "6" rəqəmi "7" rəqəmi ilə, "aparat üzrə" sütunundakı "4" rəqəmi "5" rəqəmi ilə əvəz edilmişdir.

 

[8] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201402140046, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2014-cü il) ilə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəli üzrə 7-ci və 35-ci sıralarda “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2014-cü il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə cədvəlin 7-ci sırasının “cəmi” sütunundakı “18” rəqəmi “22” rəqəmi ilə, “aparat üzrə” sütunundakı “10” rəqəmi “14” rəqəmi ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201605130195, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 may 2016-cı il) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 7-ci və 35-ci sıralarından “və Sənaye” sözləri çıxarılmışdır.

 

[9] 21 noyabr 2014-cü il tarixli 379 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201411210379, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 dekabr 2014-cü il) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 8-ci sırasının “cəmi” və “aparat üzrə” sütunlarında “4” rəqəmi “7” rəqəmi ilə əvəz edilmişdir.

 

[10] 15 iyul 2016-cı il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 9-cu hissənin 3-cü sütununda “83” rəqəmi “84” rəqəmi ilə, 4-cü sütununda “17” rəqəmi “18 ” rəqəmi ilə əvəz edilmişdir.

 

[11] 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201401240020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 yanvar 2014-cü il) ilə 11-ci hissəsinin “Orqanın adı” sütununda “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.

 

[12] 14 avqust 2012-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201208140182, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2012-ci il) ilə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)” cədvəlinin 12-ci hissəsi çıxarılmışdır.

 

[13] 29 mart 2013-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 17-ci sıranın “cəmi” sütunundakı “7” rəqəmi “8” rəqəmi ilə və “aparat üzrə” sütunundakı “4” rəqəmi “5” rəqəmi ilə əvəz edilmişdir.

 

[14] 4 noyabr 2015-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə cədvəlinin 19-cu hissəsi ləğv edilmişdir.

 

[15] 15 iyul 2016-cı il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 20-ci hissə ləğv edilmişdir.

 

[16] 29 mart 2013-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 21-ci sıranın “cəmi” sütunundakı “12” rəqəmi “13” rəqəmi ilə və “aparat üzrə” sütunundakı “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilmişdir.

15 avqust 2014-cü il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)"nin cədvəlində 21-ci sıranın "cəmi" sütunundakı "13" rəqəmi "14" rəqəmi ilə və "aparat üzrə" sütunundakı "4" rəqəmi "5" rəqəmi ilə əvəz edilmişdir.

 

[17] 11 oktyabr 2013-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 24-cü sətrin 3-cü qrafasında “21” rəqəmi “6” rəqəmi ilə əvəz edilmişdir, 5-ci qrafadan “1” rəqəmi, 6-cı qrafadan “14” rəqəmi çıxarılmışdır.

 

[18] 10 avqust 2012-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201208100179, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 avqust 2012-ci il) ilə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlində 25-ci sıranın “cəmi” və “aparat üzrə” sütunlarındakı “17” rəqəmi “19” rəqəmi ilə əvəz edilmişdir.

 

[19] 26 dekabr 2016-cı il tarixli 525 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201612260525, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2016-cı il) ilə cədvəlin 26-cı və 28-ci hissələri ləğv edilmişdir.

 

[20] 10 yanvar 2014-cü il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 27-ci hissəsindən sonra yeni məzmunda 27-1-ci hissə əlavə edilmişdir.

 

[21] 30 may 2014-cü il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - cədvəldə 29-cu sıranın “cəmi” və “aparat üzrə” sütunlarındakı “2” rəqəmi “4” rəqəmi ilə əvəz edilmişdir.

29 aprel 2016-cı il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201604290177, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 may 2016-cı il) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 29-cu sətir ləğv edilmişdir.

 

[22] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201502130038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 fevral 2015-ci il) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 32-ci sətrində “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə, 34-cü sətrində “Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi” sözləri “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[23] 09 avqust 2016-cı il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”- nin cədvəlində 33-cü və 34-cü hissələrin 3-cü və 4-cü sütunlarında “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilmişdir.

[24] 09 avqust 2016-cı il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”- nin cədvəlinə 34-1-ci hissə əlavə edilmişdir.

[25] 29 aprel 2016-cı il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201604290177, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 may 2016-cı il) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 35-ci sətirdə “cəmi” və “aparat üzrə” sütunlarında “13” rəqəmi “15” rəqəmi ilə, “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilmişdir.

 

[26] 23 sentyabr 2016-cı il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201609230364, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2016-cı il) ilə yeni məzmunda 35-1-ci hissə əlavə edilmişdir.

 

[27] 15 iyul 2016-cı il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 40-cı hissə ləğv edilmişdir.

 

[28] 16 avqust 2013-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201308160218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 sentyabr 2013-cü il) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)” nin 46-cı hissəsinin “Orqanın adı” sütununda “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[29] 11 oktyabr 2013-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 47. 48 və 49-cu sətirlər əlavə edilmişdir.

 

[30] 25 fevral 2016-cı il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201602250088, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 01 aprel 2016-cı il) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 52-ci hissəsi ləğv edilmişdir.

 

[31] 11 oktyabr 2013-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 47-67-ci sətirlər 50-70-ci sətirlər hesab edilmişdir.

 

[32] 10 yanvar 2014-cü il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə cədvəlin ''CƏMİ" hissəsi ləğv edilmişdir.