AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 18.07.2011
Qeydiyyat nömrəsi: 121
Adı: ״Azərbaycan Respublikası vergi orqanlarının bəzi məsələləri haqqında״ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 219 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 748
Qüvvəyə minmə tarixi: 18.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.140.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107180121
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 19.07.2011


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası vergi orqanlarının bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 219 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1046) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:

"1-1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri bu qərarın 4 nömrəli əlavəsinə uyğun müəyyən edilsin." (əlavə olunur);

1.2. 2-ci hissədə "Vergilər Nazirliyi" sözləri "Vergilər Nazirliyinin aparatı" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 188 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 690) ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 18 iyul tarixli 121 nömrəli qərarına

ƏLAVƏ

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

Tədris Mərkəzinin rəisi

660

Tədris Mərkəzinin rəis müavini

545

Kafedra müdiri, şöbə rəisi

542

Bölmə rəisi, baş mühasib

495

Dosent, baş elmi işçi, baş müəllim, baş iqtisadçı, baş mütəxəssis

430

Elmi işçi, aparıcı mütəxəssis

410

Müəllim, mütəxəssis

400

Xəzinədar

110

 

Aparatın rəhbəri                                                 Ağa-Bala HACIYEV