AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

10.08.2011

Qeydiyyat nömrəsi

132

Adı

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 8, maddə 778

Qüvvəyə minmə tarixi

10.08.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

180.030.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201108100132

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

10.08.2011

 

 

“Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2443 nömrəli Sərəncamına əsasən, həmçinin Azərbaycan Respublikasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, tranzit imkanlarının gücləndirilməsi və artan yük daşımalarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində inşa edilən “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi”nin vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə və aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti yaradılsın.[1]

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.[2]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201402140046, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2014-cü il)

2.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201605130195, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 may 2016-cı il)

3.       28 aprel 2017-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201704280169, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 may 2017-ci il)

4.       21 yanvar 2019-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201901210019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 aprel 2017-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201704280169, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 may 2017-ci il) ilə adında və 1-ci hissəsində “Nəqliyyat” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilmişdir

 

[2] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201402140046, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2014-cü il) ilə 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201605130195, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 may 2016-cı il) ilə 2-ci hissəsindən “və Sənaye” sözləri çıxarılmışdır.

21 yanvar 2019-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201901210019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il) ilə 2-ci hissədə “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.