AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

13.09.2018

Qeydiyyat nömrəsi

387

Adı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 5 iyul tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

“Xalq” qəzeti ¹ 205

Qüvvəyə minmə tarixi

14.09.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201809130387

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

17.09.2018

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 5 iyul tarixli 109 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 738; 2013, ¹ 10, maddə 1216; 2018, ¹ 2, maddə 357) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aşağıdakı məzmunda 40-cı hissə əlavə edilsin:

“40. Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi”.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Novruz Məmmədov