AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

08.10.2018

Qeydiyyat nömrəsi

1851100007

Adı

“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.10.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201810080007

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.10.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

 

İbrahim Alışov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar ¹ 1851100007

“08” oktyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

______________________

İbrahim Alışov

 

 

İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.5-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar səhmdar investisiya fondları və investisiya fondlarının idarəedilməsi fəaliyyətini həyata keçirənlər (bundan sonra – idarəçi) tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) təqdim edilən hesabatlara dair tələbləri, habelə onların Palataya təqdim edilməsi və açıqlanması qaydalarını müəyyən edir.

 

2. Səhmdar investisiya fondu tərəfindən təqdim olunan hesabatlar

 

2.1. Səhmdar investisiya fondu fəaliyyəti ilə əlaqədar olaraq Palataya yarımillik və illik hesabatlar təqdim edir. 

2.2. Səhmdar investisiya fondu tərəfindən Palataya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:

2.2.1. maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər;[1] 

2.2.2. investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə ¹ 1); 

2.2.3. investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə ¹ 2);

2.2.4. səhmdar investisiya fondunun fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı və səhmləri haqqında hesabat (Əlavə ¹ 3); 

2.2.5. səhmdar investisiya fondunun nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;

2.2.6. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.

2.3. Səhmdar investisiya fondu tərəfindən Palataya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 2.2.1 – 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:

2.3.1. investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə ¹ 4);

2.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).

 

3. İdarəçi tərəfindən öz fəaliyyəti ilə əlaqədar olaraq təqdim edilən hesabatlar

 

3.1. İdarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq Palataya yarımillik və illik hesabatlar təqdim edir.

3.2. İdarəçi tərəfindən Palataya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:

3.2.1. idarəçinin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi;

3.2.2. idarəçinin hüquqi ünvanı və olduğu yer;

3.2.3. idarəçinin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, idarəçinin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların dövlət qeydiyyatına alındığı tarixlər, idarəçi hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;

3.2.4. idarəçinin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayrılıqda sayı;

3.2.5. idarəçinin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;

3.2.6. idarəetməsində olan investisiya fondları və ya digər şəxslər barədə məlumat;

3.2.7. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat;

3.2.8. maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

3.3. İdarəçi tərəfindən Palataya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 3.2.1 – 3.2.8-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:

3.3.1. idarəçinin fəaliyyətinin yoxlanılması ilə bağlı kənar auditorun rəyi;

3.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).

 

4. İdarəçi tərəfindən idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq hesabatlar

 

4.1. İdarəçi idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq Palataya aylıq, rüblük, yarımillik və illik hesabatlar təqdim edir.

4.2. İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq İdarəçi tərəfindən Palataya təqdim edilən yarımillik hesabata aşağıdakılar daxildir:

4.2.1. investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə ¹1);

4.2.2. investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə ¹2);

4.2.3. paylı investisiya fondunun payçılarının ayrı-ayrılıqda sayı və payları haqqında hesabat (Əlavə ¹ 3); 

4.2.4. paylı investisiya fondunun paylarının on faizi və daha artıq həcminə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan payların sayı və paylı investisiya fondunun paylarına faizlə nisbəti.

4.3. İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq idarəçi tərəfindən Palataya təqdim edilən illik hesabatların tərkibi bu Qaydaların 4.2.1–4.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:

4.3.1. investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə ¹4);

4.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).

4.4. İdarəçi idarəetməsində olan açıq paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq aylıq, interval paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar isə rüblük olaraq, bu Qaydaların 4.2.1-4.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hesabatları Palataya təqdim edir.

 

5. Palata hesabatların təqdim olunması qaydası

 

5.1. İllik hesabat hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 4 (dörd) ayı ərzində Palataya səhmdar investisiya fondu və idarəçi tərəfindən təqdim edilməlidir.

5.2. Yarımillik hesabat hər təqvim ilinin 6 (altı) ayın nəticələri üzrə hazırlanmalı və hər bir yarımil başa çatdıqdan sonra 2 (iki) ay ərzində Palataya təqdim edilməlidir.

5.3. Rüblük hesabatlar hər təqvim rübünün nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 10 (on) iş günündən gec olmayan müddətdə Palataya təqdim edilməlidir.

5.4. Aylıq hesabatlar hər təqvim ayının nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 5 (beş) iş günündən gec olmayan müddətdə Palataya təqdim edilməlidir.

5.5. Təqdim edilmiş illik və yarımillik hesabatlarda nöqsanlar aşkar edildikdə, hesabatların təqdim edildiyi tarixdən etibarən 15 iş gün müddətində Palata həmin nöqsanların aradan qaldırılmasını və bu hesabatların açıqlanmasının dayandırılmasını səhmdar investisiya fondundan və idarəçidən yazılı surətdə tələb edir.

5.6. Bu Qaydaların 5.5-ci bəndi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılması Palata tərəfindən tələb olunmadıqda, səhmdar investisiya fondu və ya idarəçi yarımillik və illik hesabatda olan məlumatların (bu Qaydaların 2.2.5-ci, 3.2.5-ci və 4.2.4-cü yarımbəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitentlər üçün) Palataya təqdim edildiyi tarixdən etibarən 30 gün ərzində kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.

5.7. Hesabatların səhifələri nömrələnməli, tikilməli, səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının möhürü ilə təsdiq edilməlidir.

 

 


 

 

“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə ¹ 1

 

 

/_______ / /___________ /______ – /______ / /___________ /______ dövrünə

 

 

(gün)

(ay)

(il)

(gün)

 

(ay)

(il)

 

 

 

 

 

 

 

 

 

 

 

 

İnvestisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat

 

İnvestisiya fondun adı

 

İdarəçinin adı

 

VÖEN

 

Fəaliyyəti

 

Lisenziya nömrəsi və tarixi

 

 

 

Aktivlərin növü

İzah

Hesabat dövrünün əvvəlinə

Hesabat dövrünün sonuna

Dəyəri

(AZN)

Cəmi aktivlərə nisbəti

(%)

Dəyəri

(AZN)

Cəmi aktivlərə nisbəti

(%)

1

Cəmi aktivlər 

11+12+13+14+15+16+17

 

3

4

6

7

11

Bank Depozitləri

111+112

 

 

 

 

111

Tələb olunanadək

1111+1112

 

 

 

 

 

1111

Milli valyutada

1111

 

 

 

 

 

1112

Xarici valyutada

1112

 

 

 

 

 

112

Müddətli

1121+1122

 

 

 

 

 

1121

Milli valyutada

1121

 

 

 

 

 

1122

Xarici valyutada

1122

 

 

 

 

 

12

Dövlət qiymətli kağızları

121+122+123+124+125+126

 

 

 

 

 

121

Mərkəzi Bank Notları

121

 

 

 

 

122

Dövlət İstiqrazları

1221+1222+ 1223

 

 

 

 

 

1221

Dövlət Qısamüddətli İstiqrazları

1221

 

 

 

 

 

1222

Dövlət Ortamüddətli İstiqrazları

1222

 

 

 

 

 

1223

Dövlət Uzunmüddətli İstiqrazları

1223

 

 

 

 

 

123

Bələdiyyə İstiqrazları

123

 

 

 

 

 

124

Digər dövlət qiymətli kağızları

124

 

 

 

 

 

125

İƏİT ölkələrinin dövlət qiymətli kağızları

125

 

 

 

 

 

126

Digər ölkələrin dövlət qiymətli kağızları

126

 

 

 

 

 

13

Korporativ qiymətli kağızlar

131+132

 

 

 

 

 

131

Səhmlər

1311+1312+ 1313+ 1314+1315

 

 

 

 

1311

Yerli fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər

1311

 

 

 

 

 

1312

İƏİT ölkələrinin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər

1312

 

 

 

 

 

1313

Digər ölkələrin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər

1313

 

 

 

 

 

1314

Listinqə daxil olmayan yerli emitentlər tərəfindən emissiya edilən səhmlər

1314

 

 

 

 

 

1315

Listinqə daxil olmayan xarici emitentlər tərəfindən emissiya edilən səhmlər

1315

 

 

 

 

 

132

İstiqrazlar

1321+1322+ 1323+ 1324+1325

 

 

 

 

1321

Yerli fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1321

 

 

 

 

 

1322

İƏİT ölkələrinin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1322

 

 

 

 

 

1323

Digər ölkələrin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1323

 

 

 

 

 

1324

Listinqə daxil olmayan yerli emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1324

 

 

 

 

 

1325

Listinqə daxil olmayan xarici emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1325

 

 

 

 

 

14

Törəmə qiymətli kağızlar

141+142+143+144

 

 

 

 

 

141

Yerli fond birjalarında ticarət olunan

141

 

 

 

 

 

142

İƏİT ölkələrinin fond birjalarında ticarət olunan

142

 

 

 

 

 

143

Digər xarici ölkələrin fond birjalarında ticarət olunan

143

 

 

 

 

 

144

Hər hansı tənzimlənən bazarda ticarət olunmayan

144

 

 

 

 

 

15

Pul vəsaitləri

15

 

 

 

 

 

16

Daşınmaz əmlak

16

 

 

 

 

 

17

Digər aktivlər

17

 

 

 

 

 

2

Cəmi öhdəliklər 

21+22+23+24+25+26

 

 

 

 

 

21

Maliyyə vasitəçilərinə qarşı öhdəliklər

21

 

 

 

 

22

Depozitara qarşı öhdəliklər

22

 

 

 

 

23

İdarəçiyə qarşı öhdəliklər

23

 

 

 

 

24

Qiymətləndiriciyə qarşı öhdəliklər

24

 

 

 

 

25

Auditora qarşı öhdəliklər

25

 

 

 

 

26

Digər öhdəliklər

26

 

 

 

 

 

 

Kod

 

İzah

Hesabat dövrünün əvvəlinə

Hesabat dövrünün sonuna

3

Xalis Aktivlər 

1–2

 

 

4

Dövriyyədə olan payların və ya səhmlərin ümumi sayı

4

 

 

5

Bir payın cari dəyəri və ya bir səhmin geri alınma dəyəri 

3÷4

 

 

 

İdarəçinin və ya səhmdar investisiya fondunun rəhbəri

_______________________________                                                             ___________________

              (Soyadı, Adı, Atasının adı)                                                                                                         (imzası)

 

İdarəçinin və ya səhmdar investisiya fondunun baş mühasibi

_______________________________                                                             ___________________

             (Soyadı, Adı, Atasının adı)                                                                                                           (imzası)

 M.Y.

 

 


 

 

“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə ¹ 2

 

 

/_______ / /___________ /______ – /______ / /___________ /______ dövrünə

 

 

(gün)

(ay)

(il)

(gün)

 

(ay)

(il)

 

 

 

 

 

 

 

 

 

 

 

 

İnvestisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat

 

İnvestisiya fondunun adı

 

İdarəçinin adı

 

VÖEN

 

Fəaliyyəti

 

Lisenziya nömrəsi və tarixi 

 

 

 

Əmlakda baş vermiş dəyişiklik

Kod

Məbləği

 

 

 

Qiymətli kağızlarla ticarətdən əldə edilən gəlirlər

10

 

Qiymətli kağızlarla ticarətlə bağlı ortaya çıxan xərclər

20

 

Qiymətli kağızlarla ticarətdən əldə edilən xalis mənfəət (10-20)

30

 

Daşınmaz əmlakla ticarətdən əldə edilən gəlirlər

40

 

Daşınmaz əmlakla ticarətlə bağlı ortaya çıxan xərclər

50

 

Daşınmaz əmlakla ticarətdən əldə edilən xalis mənfəət (40-50)

60

 

Digər əmlakla ticarətdən əldə edilən gəlirlər

70

 

Digər əmlakla ticarətlə bağlı ortaya çıxan xərclər

80

 

Digər əmlakla ticarətdən əldə edilən xalis mənfəət (70-80)

90

 

Faiz gəlirləri

100

 

Dividend gəlirləri

110

 

Daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirlər

120 

 

 

Kotirovka olunmuş qiymətli kağızların dəyərindəki artım (azalma)

130

 

 

səhmlər

131

 

 

istiqrazlar

132

 

 

Kotirovka olunmamış qiymətli kağızların dəyərindəki artım (azalma)

140

 

 

səhmlər

141

 

 

istiqrazlar

142

 

 

veksellər

143

 

 

digər qiymətli kağızlar

144

 

 

Daşınmaz əmlakın qiymətindəki artım (azalma)

150 

 

 

İdarəçinin mükafatları

160

 

 

Digər idarəetmə xərcləri

170

 

 

Digər gəlirlər

180

 

 

Digər xərclər

190

 

 

Yeni payların emissiyası nəticəsində kapitalda baş vermiş artım

200

 

 

Payların geri alınması nəticəsində kapitalda baş vermiş azalma

210

 

 

İnvestisiya fondunun kapitalında baş vermiş ümumi dəyişiklik (030 + 060 + 090 + 100 + 110 + 120 + 130 + 140 + 150 + 160 + 190 + 210 - 170 - 180 - 200 - 220)

220

 

 

 

 

İdarəçinin və ya səhmdar investisiya fondunun rəhbəri

_______________________________                                                             ___________________

               (Soyadı, Adı, Atasının adı)                                                                                                       (imzası)

 

İdarəçinin və ya səhmdar investisiya fondunun baş mühasibi

_______________________________                                                             ___________________

             (Soyadı, Adı, Atasının adı)                                                                                                         (imzası)

 

M.Y.

 

 


 

 

“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə ¹ 3

 

 

/_______ / /___________ /______ – /______ / /___________ /______ dövrünə

 

 

(gün)

(ay)

(il)

(gün)

 

(ay)

(il)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səhmdar investisiya fondunun səhmdarlarının səhmləri (Paylı investisiya fondunun payçılarının payları) haqqında hesabat

 

İnvestisiya fondunun adı

 

İdarəçinin adı

 

VÖEN

 

Fəaliyyəti

 

Lisenziya nömrəsi və tarixi 

 

 

 

 

Kod

Hesabat dövrünün əvvəlinə

Hesabat dövrünün sonuna

Yerləşdirilmiş səhmlərin (payların) ümumi həcmi:

100

 

 

Azərbaycan Respublikasının vətəndaşı fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

110

 

 

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

120

 

 

Qeyri-rezident fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

130

 

 

Azərbaycan Respublikasından kənarda qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

140

 

 

Əməkdaşlıq etməyən ərazilərin vətəndaşları, habelə qeydiyyat və yaşayış yeri belə ərazilər olan fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

150

 

 

Əməkdaşlıq etməyən ərazilərdə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

160

 

 

Nominal saxlamada olan səhmlərin (payların) həcmi

170

 

 

 

 

İdarəçinin və ya Səhmdar investisiya fondunun rəhbəri

_______________________________                                                             ___________________

               (Soyadı, Adı, Atasının adı)                                                                                                        (imzası)

 

İdarəçinin və ya Səhmdar investisiya fondunun baş mühasibi

_______________________________                                                             ___________________

              (Soyadı, Adı, Atasının adı)                                                                                                         (imzası)

 

M.Y

 

 


 

 

“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə ¹ 4

 

 

/_______ / /___________ /______ – /______ / /___________ /______ dövrünə

 

 

(gün)

(ay)

(il)

(gün)

 

(ay)

(il)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 (idarəçinin tam adı)

İnvestisiya fondunun adı

 

İdarəçinin adı

 

VÖEN

 

Fəaliyyəti

 

 

İnvestisiya fondunun xərcləri haqqında hesabat

 

 

Hesabın

¹-si

Məbləğ

(AZN)

Xalis aktivlərin illik orta həcminə nisbəti (%)

Mükafatların ümumi həcmi

010

 

 

idarəçiyə ödənilmiş

011

 

 

depozitara ödənilmiş

012

 

 

mərkəzi depozitara ödənilmiş

013

 

 

qiymətləndiriciyə ödənilmiş

014

 

 

auditora ödənilmiş

015

 

 

İnvestisiya fondunun idarəedilməsi ilə bağlı olaraq ortaya çıxan xərclərin ümumi həcmi

020

 

 

... (investisiya şirkətlərinin komissiyaları)

021

 

 

... (bank köçürmə xərcləri)

022

 

 

....

02x

 

 

Mükafatların ödənilməsi ilə bağlı ayrılmış ehtiyat

030

 

 

Xərclərin ümumi həcmi 

040 (010 + 020)

 

 

 

İdarəçinin və ya Səhmdar investisiya fondunun rəhbəri

_______________________________                                                              ___________________

              (Soyadı, Adı, Atasının adı)                                                                                                         (imzası)

 

İdarəçinin və ya Səhmdar investisiya fondunun baş mühasibi

_______________________________                                                             ___________________

             (Soyadı, Adı, Atasının adı)                                                                                                          (imzası)

M.Y

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 26 iyul 2019-cu il tarixli 1951100030 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il)



[1] 26 iyul 2019-cu il tarixli 1951100030 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 2.2.1-ci və 3.2.8-ci yarımbəndlərində “mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları” sözləri “maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat” sözləri ilə əvəz edilmişdir.