AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı

Qəbul edildiyi tarix

08.07.2011

Qeydiyyat nömrəsi

01

Adı

“Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

19.07.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201107080001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

18.07.2011

 

     

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.1-ci və 8.49-cu bəndlərini rəhbər tutaraq  QƏRARA ALIRAM:  [1]

1. “Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri  İ.Babayev təsdiq olunmuş Qaydanı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

              Sədr                                                                                  R.Həsənov

 

 

 

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsinin

“08” iyul 2011-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması  Qaydası

 

                                              

1. Ümumi müddəalar

                                                          

1.1. Bu qayda Azərbaycan Respublikası Prezidentinin 1998-ci il  22 noyabr tarixli 26 nömrəli  Fərmanı ilə təsdiq edilmiş  “Beynəlxalq (regional)  və  dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın (bundan sonda Qaydalar) tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu qayda standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların (bundan sonra qurumların) Azərbaycan Respublikası ərazisində fəaliyyətinin standartlaşdırma və sertifikatlaşdırma sahəsində milli orqan olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) ilə razılaşdırılmasının təmin edilməsi məqsədi ilə işlənib hazırlanmışdır.

1.3. Aşağıdakı orqanların Azərbaycan Respublikasının ərazisində müvafiq fəaliyyəti Komitə ilə razılaşdırılır:

1.3.1. ekspert-auditorların sertifikatlaşdırılması üzrə orqan;

1.3.2. keyfiyyətin, ətraf mühitin və digər idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqan;

1.3.3. personalın sertifikatlaşdırılması üzrə orqan;

1.3.4. inspeksiya nəzarətini aparan orqan.

 

2. Əsas anlayışlar

 

2.1. Bu qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.2. ekspert-auditor - sertifikatlaşdırma sahəsində bir və yaxud bir neçə növ işləri aparmaq hüququ olan şəxs;

2.3. sertifikatlaşdırma üzrə orqanın əsasnaməsi - sertifikatlaşdırma üzrə orqanın funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edən sənəd;

2.4. keyfiyyət üzrə rəhbəredici sənəd - sertifikatlaşdırma üzrə orqanın idarəetmə  sistemini tənzimləyən sənəd;

2.5. ekspert komissiyası - sifarişçi qurumlar tərəfindən fəaliyyətinin razılaşdırılması məqsədilə təqdim edilən sənədlərin təhlil edilməsi üçün orqan tərəfindən yüksək səviyyəli mütəxəssislərdən ibarət yaradılan qrup.

                       

 

3. Qurumların fəaliyyətinin razılaşdırılma  qaydası

 

3.1. Sifarişçi tərəfindən fəaliyyətin razılaşdırılmasına dair Komitəyə sifariş (1 nömrəli əlavə)  təqdim edilir.

3.2. Sifarişə fəaliyyət növündən asılı olaraq sertifikatlaşdırma üzrə orqanın əsasnaməsi, keyfiyyət üzrə rəhbəredici sənəd, fəaliyyətin sertifikatlaşdırma qaydasını əks etdirən normativ sənəd, akkreditasiya barədə sənədin surəti, fəaliyyət növünə uyğun olaraq akkreditasiya sahəsi və ekspert-auditorları haqqında məlumat əlavə edilir.

3.3. Sifarişçi qurumun fəaliyyətinin razılaşdırılması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

- sifarişin və ona əlavə edilən sənədlərin təhlili;

- sifarişçi qurumun attestasiyası (yoxlanılması);

- sifarişçi qurumun sənədlərinin təhlili və attestasiyası (yoxlanması) nəticələri üzrə  fəaliyyətin razılaşdırılması barədə qərarın qəbul edilməsi;

- fəaliyyətin razılaşdırılması barədə attestatın  verilməsi.

3.4. Qurumlarının Azərbaycan Respublikası ərazisində fəaliyyətlərinin razılaşdırılması məsələsinə sifariş təqdim edildiyi gündən bir ay müddətindən gec olmayaraq baxılır.

3.5. Komitəyə sifarişlə birgə daxil olan sənədlərin təhlili bu qaydanın 3.2-ci bəndinə uyğun ekspert komissiyası tərəfindən aparılır. 

3.6. Sənədlərin təhlilinin nəticələri müsbət olduğu halda Komitə tərəfindən təsdiq olunmuş qərara (2 nömrəli əlavə) uyğun olaraq komissiya yaradılır və  sifarişçi qurumun aşağıdakı sahələri üzrə attestasiyası (yoxlanılması) aparılır:

- hüquqi statusu;

- təşkilatı strukturu;

- sertifikatlaşdırma üzrə qurumun müstəqil fəaliyyətinin olması;

- akkreditasiya sahəsi;

- heyəti (sayı, ixtisası, təcrübəsi və biliyi);

- standartlara dair normativ sənədlər fondu;

- təşkilati-metodiki sənədləri;

- sertifikatlaşdırma üzrə sənədlərin qeydiyyat sistemi;

- struktur bölmələrində idarəetmə sisteminin müvafiq standartların tələblərinə uyğunluğunun daimi nəzarət sisteminin mövcudluğu;

- açıqlanması məhdudlaşdırılan məlumatların məxfiliyinin təmin edilməsi sisteminin mövcudluğu.

Eyni zamanda komissiya sifarişçi qurumlarının standartlaşdırma və sertifikatlaşdırma fəaliyyətlərinin müvafiq standartların tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə, sifarişçi qurumlar tərəfindən hüquqi və fiziki şəxslərə verilən sertifikatların müvafiq standartların tələblərinə uyğunluğu baxımından seçmə yolu ilə attestasiyasını (yoxlanılmasını) apara bilər.

3.7. Komissiyanın işinə yoxlanılan sahə üzrə xüsusi biliklərə malik olan ekspert-auditorlar cəlb edilə bilər.

3.8. Aparılmış yoxlamaların nəticələrinə dair müvafiq qaydada komissiya tərəfindən akt tərtib edilir.

3.9. Yoxlama aktı fəaliyyəti razılaşdırılan sifarişçi qurumun rəhbərinin nəzərinə çatdırılır. Sifarişçi qurum tələb olunan hallarda yoxlama zamanı aşkarlanan nöqsanların aradan qaldırılması məqsədi ilə tədbirlər planı işləyib hazırlayır. Tədbirlərin yerinə yetirilmə vaxtı Komitə ilə razılaşdırılır.

3.10. Sifarişçi qurumun sənədlərinin təhlili və attestasiyası (yoxlanması) nəticələrinin müsbət olduğu halda qurumun sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılmasına dair Komitənin sədri tərəfindən imzalanmış attestat (3 nömrəli əlavə) verilir. Attestatın qüvvədə olma müddəti bir ildir.

3.11. Əgər sifarişlə birlikdə təqdim edilən sənədlərdə çatışmazlıqlar aşkar olunarsa və ya attestasiya (yoxlama) nəticələrinə əsasən uyğunsuzluqlar olduğu təqdirdə, nöqsanları göstərməklə sifarişçiyə 10 gün müddətində məlumat verilir. Bir ay müddətində göstərilən nöqsanlar sifarişçi tərəfindən aradan qaldırıldığı halda sifariş verilmədən sənədlər yenidən Komitəyə təqdim oluna bilər.

3.12. Sertifikatlaşdırma üzrə qurumların fəaliyyətinin razılaşdırılmasından imtinaya  aşağıda  göstərilənlər əsas ola bilər:

- sənədlər bu qaydanın 3.2-ci  bəndinə uyğun təqdim edilmədikdə, yaxud sənədlərin təhlilinin nəticələri müsbət olmadıqda;

 - attestasiya (yoxlama) nəticəsində sertifikatlaşdırma üzrə qurumların fəaliyyətinin təqdim edilən sənədlərə uyğun olmadığı aşkarlandıqda;

- attestasiya (yoxlama) keçirilməsinə yoxlanılan qurum tərəfindən maneçilik törədildikdə.

3.13. Fəaliyyətinin razılaşdırılmasına dair attestatın qüvvədə olma müddətinin dayandırılması haqqında məlumat Komitənin rəsmi internet səhifəsinə daxil edilir.

3.14.  Fəaliyyətinin razılaşdırılmasına dair attestatın qüvvədə olma müddətinin bitməsinə bir ay qalmış Komitəyə müddətin uzadılması barədə sifariş təqdim olunur. Sifarişə  bu qaydanın 3.6-cı bəndinə uyğun olaraq baxılır.

3.15. Komitə sertifikatlaşdırma üzrə qurumların standartlaşdırma və sertifikatlaşdırma fəaliyyətlərinin müvafiq normalara uyğunluğunu müəyyən etmək məqsədilə həmin qurumlarda və onlar tərəfindən sertifikat verilmiş hüquqi və fiziki şəxslərdə seçmə yolu ilə ildə bir dəfədən çox olmamaqla yoxlama apara bilər. Yoxlama zamanı bu qaydanın 3.12-ci bəndində nəzərdə tutulmuş hallar olduqda fəaliyyətin razılaşdırılmasına dair attestatın qüvvədə olma müddəti dayandırılır.

3.16. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qurumlar tərəfindən standartlaşdırma və sertifikatlaşdırma ilə bağlı Komitəyə təqdim edilən bütün sənədlər Qaydaların 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət dilində və həmçinin əlavə sifariş əsasında digər dillərdə də ola bilər.

 

 

 

 


“Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası”na 1 nömrəli əlavə

 

Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılmasına  dair Sifariş forması

 

                                                                                            Azərbaycan Respublikasının

                                                                                            Standartlaşdırma, Metrologiya və

                                                                                            Patent üzrə Dövlət Komitəsinə

 

Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılmasına  dair

SİFARİŞ

 

 

Xahiş edirik ______________________________________________________________

                                        sifarişçinin adı və hüquqi ünvanı

________________________________________________________________________

                                                                       

tərəfindən həyata keçirilən________________________________________ üzrə fəaliyyətə

                                                                        fəaliyyətin növü

razılıq verəsiniz.

 

Sifarişə qurumun fəaliyyət növünə müvafiq olaraq aşağıdakı sənədlər əlavə edilir:

1. ____________________________;

2.____________________________;

3.____________________________;

4.____________________________;

5.____________________________.

 

Sifarişçi aşağıdakıları öhdəsinə götürür:

 

1.______________________________ilə bağlı Azərbaycan Respublikası Akkreditasiya

                     fəaliyyətin növü

sisteminin və  “Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası”nın tələblərinə əməl etmək;

 

2. Fəaliyyətin razılaşdırılması ilə bağlı aparılan işlərin (işin nəticəsindən asılı    olmayaraq) xərclərinin təqdim olunmuş maliyyə hesabatı üzrə ödənilməsinə zəmanət verir.

 

Müəssisənin rəhbəri         ________           _____________________________   __________________

                                              imza                           adı, soyadı                        tarix

Baş mühasib                    ________           _____________________________   __________________

                                              imza                           adı, soyadı                       tarix


“Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası”na 2 nömrəli əlavə

 

Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması haqqında Qərarın forması

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsi

 

“Təsdiq edirəm”

Azərbaycan Respublikasının

Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsinin

sədri________________________

“__” ________________2011-ci il

 

Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin

razılaşdırılması haqqında

Qərar ą_____

 

______________________________________________________________ tərəfindən

                                                qurumun adı və hüquqi ünvanı

 

Komitəyə daxil olmuş________tarixli___________ą-li sifarişə  əsasən standartlaşdırma   

                                        sifarişin tarixi sifarişin nömrəsi

və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması ilə bağlı aşağıdakı tərkibdə komissiya yaradılsın:

 

Komissiyanın sədri:

   ___________________                                             ___________________________

    soyadı, adı atasının adı                                                         vəzifəsi

     

Komissiyanın üzvləri:

___________________                                                 ___________________________

     soyadı, adı atasının adı                                                         vəzifəsi

___________________                                                ___________________________

     soyadı, adı atasının adı                                                      vəzifəsi

___________________                                               ___________________________

     soyadı, adı atasının adı                                                       vəzifəsi

 

Yuxarıda qeyd edilən tərkibdə komissiya  _________20__ci il tarixindən işə başlasın, aparılan işlərin nəticəsi Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası”na uyğun rəsmiləşdirilsin.

 

 

Şöbə müdiri                   _____________                     ______________________

                                                 imza                             adı, soyadı        

 


     “Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası”na 3 nömrəli əlavə

 

Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması haqqında Attestatın forması

 

Azərbaycan Milli Akkreditasiya Sistemi

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsi

 

Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin

razılaşdırılması haqqında

 

ATTESTAT

ą___________________

 

                                                                                                   Qeydiyyat tarixi _____________ 20__ci il

 

                                                                                                Qüvvədədir _______________20__ci il

 

Bu  Attestat təsdiq edir ki, sertifikatlaşdırma üzrə qurum___________________________

                                                                                                                        qurumun adı

___________________________tərəfindən  təqdim  edilən  sənədlərin təhlili və qurumun

 

attestasiyasının (yoxlanmasının) nəticələrinə, qurumun fəaliyyətinin beynəlxalq normalara, Azərbaycan  Respublikası Akkreditasiya sisteminin tələblərinə və Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması Qaydasının tələblərinə uyğunluğunun müsbət nəticələrinə əsaslanaraq ____________________________________ yerləşən sifarişçi _______________________________

                           sifarişçinin ünvanı                                                              sifarişçinin adı

______________________tərəfindən həyata keçirilən ___________________________

                                                                                  fəaliyyət növü

_______________________ tətbiqi ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən razılaşdırılıb.

Azərbaycan Respublikasının Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsinin

sədri                                                                       ________          ________________         ________

                                                                              imza                 adı, soyadı                  tarix


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.            13 iyul 2012-ci il tarixli 007 nömrəli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya Və Patent Üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201411120007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 noyabr 2014-cü il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 13 iyul 2012-ci il tarixli 007 nömrəli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya Və Patent Üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201411120007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 noyabr 2014-cü il) ilə ləğv edilmişdir.