AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

03.08.2011

Qeydiyyat nömrəsi

01

Adı

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

14.08.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201108030001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.08.2011

 

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 353 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

QƏRARA  ALIR:

1. “Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası”, “İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında”, “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” və “İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalar təsdiq edilsin (əlavə olunur).

2. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (A.Əhmədov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.

3. Hüquq şöbəsinə (Y.Məmmədov) tapşırılsın:

3.1. bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

3.2. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn normativ hüquqi aktların digər icra hakimiyyəti orqanları ilə razılaşdırılması prosesini sürətləndirsin.

4. Ümumi şöbəyə (K.Abbasova) tapşırılsın ki, QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, habelə tabeliyində olan qurumların bu Qərarla tanış olmalarını təmin etsin.

5. QKDK sədrinin 06 mart 2000-ci il tarixli 036 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya fondlarının vahid reyestrinin aparılması”, “İnvestisiya fondunun nizamnamə kapitalının formalaşdırılması”, “İnvestisiya fondlarının fəaliyyətinə dair sənədlərin saxlanılması və investisiya fondu tərəfindən ona məxsus qiymətli kağızların depozitariyə verilməsi”, “İnvestisiya fondunun və fondun müdiriyyətinin (müdirinin) fəaliyyətinin nəticələri haqqında hesabatların Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim olunması, mətbuatda dərc olunması, habelə digər kütləvi informasiya vasitələrində verilməsi” Qaydaları, “İnvestisiya fondları ilə depozitari arasında bağlanan depozitar müqaviləsinin əsas müddəalarına dair”, “İnvestisiya fondunun idarə edilməsi barədə müqaviləyə dair”, “İnvestisiya fondunun ala biləcəyi qiymətli kağızların növləri, habelə fondun investisiya portfelinin likvidliyi üzrə” Tələbləri, “Açıq investisiya fondlarının xalis aktivlərinin qiymətləndirilməsi qaydaları haqqında” Əsasnaməsi qüvvədən düşmüş hesab edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr                                                                                                    R. Aslanlı

 

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 01

"03" avqust 2011-ci il

 

Sədr

________________ R. Aslanlı

 

 

Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydaları

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun (bundan sonra-Qanun) olaraq hazırlanmış və səhmdar investisiya fondları və aktivlərin idarə edilməsi üzrə fəaliyyətə lisenziyaların verilməsi prosesində, həmçinin bu fəaliyyəti dövründə icra orqanının üzvlüyünə namizəd (bundan sonra - namizəd) kimi təqdim edilən şəxslərin Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (bundan sonra - QKDK) attestasiyadan keçməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda, səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanı dedikdə, kollegial (idarə heyəti) və (və ya) təkbaşına başa düşülür.

2. Attestasiyanın məqsədi

2.1. Attestasiya, səhmdar investisiya fondunun və investisiya fondunun idarəçisinin icra orqanının üzvlüyünə təqdim edilən namizədlərin tutulduğu vəzifələrə, habelə cavabdeh olacağı sahəyə peşəkar məqbulluğunu müəyyən etmək məqsədi ilə keçirilir.

2.2. Attestasiyada keçirilən sual-cavabın nəticələrinə əsasən, namizədin icra orqanının üzvlüyünə uyğun olub-olmaması barədə qərar qəbul edilir.

3. Attestasiyanın keçirilməsi proseduru

3.1. Səhmdar investisiya fonduna və ya aktivlərin idarə edilməsi fəaliyyətinə lisenziyasının alınması üçün ilkin müraciət edilərkən namizədlərin sənədlərinə müsbət baxıldıqda, QKDK attestasiyanın yerini və vaxtını təyin edir və attestasiya gününə ən azı 10 (on ) iş günü qalmış bu barədə müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.

3.2. Səhmdar investisiya fonduna və ya aktivlərin idarə edilməsi fəaliyyətinə lisenziyanın alınması üçün yekun müraciətin edilməsi zamanı attestasiyadan keçmiş namizədlər arasında dəyişiklik baş verdikdə namizədlər barədə Qanunda nəzərdə tutulmuş sənədlər təqdim edilməli və yekun müraciətə baxılması üçün Qanunla müəyyən olunmuş müddət ərzində QKDK-da attestasiyadan keçməlidirlər. Təqdim edilmiş sənədlərə müsbət baxıldıqda QKDK attestasiyanın yerini və vaxtını təyin edir və 10 (on) iş gün ərzində müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.

3.3. Səhmdar investisiya fondu və ya idarəçi öz fəaliyyətləri dövründə təqdim edəcəkləri namizədlər haqqında QKDK-ya Qanunla nəzərdə tutulmuş yazılı bildirişlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.3.1. namizəd tərəfindən doldurulmuş anket (Əlavə ¹1);

3.3.2. namizədin səhmdar investisiya fondunda və ya idarəçidə və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı;

3.3.3. namizədin təhsil və iş təcrübəsi haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;

3.3.4. namizədin cavabdeh olacağı sahə haqqında yazılı məlumat;

3.3.5. namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (Əlavə ¹2);

3.3.6. namizəd əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.

3.4. Səhmdar investisiya fondunun və idarəçinin fəaliyyətləri dövründə icra orqanının üzvlüyünə namizədin attestasiyadan keçməsi ilə bağlı təqdim edilmiş sənədlərə QKDK tərəfindən 30 (otuz) iş gün müddətində baxılır.

3.5. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluqlar aşkar edilmədikdə, QKDK tərəfindən attestasiya təşkil olunur.

3.6. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluq aşkar edildikdə müraciət edənə 15 (on beş) gün müddətində nöqsanların və ya uyğunsuzluğun aradan qaldırılması üçün rəsmi bildiriş göndərilir.

3.7. QKDK attestasiya gününə ən azı 5 (beş) iş günü qalmış attestasiyanın keçirilmə yeri və vaxtı barədə müraciət edənlərə yazılı surətdə məlumat göndərilir.

3.8. Namizədi təqdim edənlərin rəhbər işçisi(ləri) attestasiyada müşahidəçi qismində iştirak edə bilər.

3.9. Namizəd üzrlü səbəbdən Attestasiyaya gəlmədikdə, bu barədə QKDK-ya yazılı məlumat təqdim edilməlidir. QKDK-ya yazılı məlumat təqdim edildikdən etibarən 7 (yeddi) iş günü müddətində attestasiyanın müddəti başqa vaxta keçirilir və bu barədə müraciət edənə yazılı məlumat verilir.

3.10. Namizəd təyin olunan vaxtda üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən ikinci dəfə attestasiyaya gəlmədikdə, attestasiyadan keçməmiş hesab edilir.

3.11. Attestasiya sual-cavab üsulu ilə keçirilir.

3.12. Suallar hər bir vəzifənin səlahiyyət və məsuliyyət dərəcəsindən, iş xüsusiyyətlərindən asılı olaraq əsasən, aşağıdakı sahələr üzrə verilir:

3.12.1. investisiya fondları, qiymətli kağızlar bazarı və səhmdar cəmiyyətləri üzrə Azərbaycan Respublikasının qanunvericiliyi;

3.12.2. səhmdar investisiya fondunun və ya idarəçinin fəaliyyətinə dair mühasibat uçotu;

3.12.3. investisiya fondları və ya investisiya fondunun idarəçisində daxili nəzarət və audit;

3.12.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi;

3.12.5. korporativ idarəetmə standartları;

3.13. Attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu Attestasiya vərəqəsində qeyd olunur (Əlavə ¹3).

4. Attestasiya komissiyasının təşkili və fəaliyyəti

4.1. Attestasiyanı QKDK tərəfindən təşkil olunmuş və daimi əsaslarla fəaliyyət göstərən komissiya həyata keçirir. Attestasiya komissiyası 5 (beş) nəfərdən az olmamaqla tək sayda QKDK-nın əməkdaşları sırasından QKDK sədrinin əmri ilə yaradılır. Attestasiya komissiyasının, fəaliyyətinə. komissiya sədri rəhbərlik edir. QKDK-nın sədri QKDK-nın əməkdaşları sırasından Attestasiya komissiyasının katibini təyin edir. Attestasiya komissiyasının katibi komissiyanın iclaslarında səsvermə hüququna malik deyildir.

4.2. Attestasiya komissiyasının iclaslarında komissiyanın 3 (üç) üzvü iştirak etdikdə səlahiyyətli sayılır.

4.3. Attestasiya komissiyası aşağıdakı səlahiyyətlərə malikdir:

4.3.1. attestasiyanın keçirilməsini təmin etmək;

4.3.2. attestasiyanın davam etmə müddətini müəyyən etmək;

4.3.3. attestasiyanın keçirilmə tarixini və vaxtını müəyyən etmək;

4.3.4. attestasiyanın nəticələri üzrə qərar qəbul etmək;

4.3.5. komissiyanın işinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

4.3.6. attestasiya ilə əlaqədar apellyasiya şikayətlərinə baxmaq;

4.3.7. attestasiya ilə əlaqədar digər məsələlər.

4.4. Attestasiya komissiyasının işi bu Qaydaların tələblərinə cavab verməli, obyektivlik və qərəzsizlik şəraitində aparılmalıdır. Attestasiya komissiyası öz qərarını açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda namizəd attestasiyadan keçmiş hesab edilir.

4.5. Attestasiya komissiyasının iclasında attestasiyanın nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

4.5.1. təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğundur;

4.5.2. təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğun deyil.

4.6. Attestasiyanın nəticələri attestasiya günü elan olunur.

4.7. Attestasiyanın nəticələri iki nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri, katibi və komissiyanın səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan Attestasiya vərəqəsi və iclasın protokolu ilə rəsmiləşdirilir. Attestasiya vərəqəsinin imzalanmış nüsxəsi 3 (üç) iş günündən gec olmayaraq səhmdar investisiya fonduna və ya idarəçiyə təqdim olunur.

4.8. Attestasiyada iştirak edən səhmdar investisiya fondunun və idarəçinin rəhbər işçisi(ləri) attestasiyaya dair öz xüsusi rəyini Attestasiya komissiyasına bildirə bilər. Verilmiş rəy Attestasiya vərəqəsində qeyd edilir.

4.9. Barəsində “təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğun deyil” qərarı qəbul edilən şəxsin namizədliyi attestasiya günündən ən azı 6 (altı) ay keçdikdən sonra yenidən namizəd kimi təqdim oluna bilər.

4.10. Səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının üzvləri hər 5 ildən bir yenidən attestasiyadan keçməlidirlər.

 

 


Səhmdar investisiya fondunun və idarəçinin

icra orqanının üzvlərinin attestasiyası

Qaydalarına Əlavə ¹ 1

 

Şəkil üçün

yer 3 x 4

 

 

ANKETİ

 

1. Adı

__________________________________________________________________________________________________

                                                       (soyadı)               (adı)                            (atasının adı)    

2. Ünvanı

__________________________________________________________________________________________________

                                                       (ölkə)                  (şəhər/rayon)                   (poçt indeksi)

 

3. Doğulduğu  tarix

__________________________________________________________________________________________________

                                                       (gün)                 (ay)                         (il)

 

4. Doğulduğu yer

__________________________________________________________________________________________________

                                                      (ölkə)                      (şəhər/rayon)

 

5. Vətəndaşlığı

__________________________________________________________________________________________________

(ölkə)

 

6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, təqdim edən dövlət orqanının adı

__________________________________________________________________________________________________

 

7. Əlaqə telefonu (ları) 

_______________   _______________   ______________________

         (ev)                    (iş)                       (mobil)

 

8. Faks nömrəsi (ləri) (əgər varsa)

_______________________________________________________

 

9. Elektron poçt ünvanı(ları) (əgər varsa)

________________________________________________

 

10. Ailə vəziyyəti

Yaxın qohumları (əri/arvadı, valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı):

 

Soyadı, adı

Təvəllüdü

Qohumluğu

 

 

 

 

 

 

 

11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nikahdan əvvəlki soyadınızı, əvvəlki nikahlardakı soyadınızı, qanuni olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı və s.).

Soyadı, adı

İstifadə dövrü

İstifadənin / dəyişdirilmənin səbəbləri

 

 

 

 

12. Yaşayış yerləri barədə məlumatlar

Son beş ildə bütün yaşayış yerlərinizi xronoloji qaydada göstərin (sonuncudan başlamaqla).

 

Ölkə

Şəhər / rayon

Küçə

Poçt indeksi

Yaşadığınız müddət

ay/il

-dən

ay/il

-dək

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

13. Ali təhsili və peşə təcrübəsi barədə məlumatlar

a) Ali təhsil barədə məlumatları göstərin

Ali təhsil müəssisəsinin adı

Təhsil müddəti

Aldığı ixtisası

Diplom və ya təhsil haqqında digər sənədin nömrəsi

 

 

 

 

 

b) Elmi dərəcələrinizi, elmi adlarınızı və elmi əsərlərinizi göstərin.

Elmi dərəcə, onun alındığı tarix və onu təsdiqləyən sənədin nömrəsi

Elmi ad (lar)

Elmi əsərlər

 

 

 

 

c) İxtisas dərəcənizi müəyyənləşdirmək üçün mühüm hesab etdiyiniz hər hansı başqa məlumatları (ixtisas üzrə yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və s. tədbirlərdə iştirak) təqdim edin.

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

14. İş yeri barədə məlumatlar

a) İş yeriniz və ya müstəqil məşğuliyyətiniz barədə aşağıdakı məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən başlayaraq). Bütün işsizlik dövrlərini və əvvəlki işdən çıxma səbəblərini göstərin.

 

1. Təşkilatın adı:

___________________________________________________________________________________________

 

2. Ünvanı:

___________________________________________________________________________________________

Ölkə            Şəhər/ rayon          Küçə          Poçt indeksi

 

İşəgötürənin soyadı, adı _________________________________________________________________

İşəgötürənin vəzifəsi  ____________________________________________________________________

Telefon nömrəsi _________________________________________________________________________

Tutduğunuz vəzifə_______________________________________________________________________

İşləmə dövrü:        _____________ -dən   ________________ - dək

İşdən çıxmanın səbəbləri ________________________________________________________________

___________________________________________________________________________________________

(sizin işdən azad edilməyiniz və ya hər hansı işdən öz xahişinizlə çıxıb getməyin təklif edilməsi hallarının olub-olmadığını göstərin)

Müstəqil fəaliyyətin növü________________________________________________________________

 

b) Maliyyə xidmətləri sektorunda iş təcrübəniz haqqında məlumat, o cümlədən, rəhbərliyiniz altında olan işçilərin sayını, investisiyalar haqqında və digər mühüm məsələlər üzrə qərarların qəbul edilməsi səlahiyyətlərini göstərin.

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

15. Müxtəlif məlumatlar

a) Əgər belə fakt varsa, müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü və ya digər rəhbəri, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxslər (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti, təsərrüfat ortaqlığı və s.) barədə aşağıdakı məlumatları göstərin. Bu bölmədə bundan əvvəl təqdim olunmuş məlumatları təkrar etməyin.

 

Hüquqi şəxsin adı və ünvanı

Mülkiyyət forması

Fəaliyyət növü

Vəzifə / əlaqə

Səhmlərin

(payın)

məbləği və nizamnamə kapitalında xüsusi çəkisi

(faizlə)

Əlaqə müddəti

Ay/il

-dən

Ay/il

-dək

 

 

 

 

 

 

 

 

 

Yox

·          investisiya fondunun və ya peşəkar iştirakçının təsis edilməsi

·         investisiya fondunun və ya peşəkar iştirakçının mühüm iştirak payının alınması

 

 

b) Aşağıdakılar üçün ərizə verərkən nə vaxtsa rədd cavabı almısınızmı və planlaşdırılan rədd cavabı barədə rəsmi, yaxud qeyri-rəsmi bildiriş aldıqdan sonra öz istəyinizlə ərizəni geri götürmüsünüzmü?

 

 

Əgər yuxarıda göstərilən suallardan hər hansı birinə cavab təsdiqedicidirsə, rədd cavabının və ya ərizənin geri götürülməsinin səbəblərini, müvafiq dövlət orqanını, ərizənin verilməsi tarixini və bu məsələyə dair digər məlumatı ətraflı göstərin.

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

ç) Əgər belə fakt varsa, üç ildən az olmayan müddət ərzində müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü və ya digər rəhbəri, əməkdaşı, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxs üçün icazə, şəhadətnamə, sertifikat və ya xüsusi razılıq (lisenziya) alınması ilə əlaqədar hər hansı bir nəzarət orqanına təqdim edilən sənədlərdə saxta və ya yanlış məlumatların olması səbəbindən icazə, şəhadətnamə, sertifikat və ya lisenziyanın ləğv edilməsi halları haqqında ətraflı məlumat göstərin.

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

d) Əgər belə fakt varsa, əlaqədar olduğunuz maliyyə vəziyyətinin pisləşməsi üzündən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin təşkilatın müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvlüyü barədə məlumatı göstərin.

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

e) Əgər Siz son 3 ildə kənar auditorların və ya qanuna uyğun olaraq təyin edilmiş nəzarətçilərin hesabat sənədlərini imzalamaqdan imtina etdikləri və ya qeyd-şərt etməklə imzaladıqları hüquqi şəxsin rəhbəri olmusunuzsa, bu barədə ətraflı məlumat verin.

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

ə) Əgər belə fakt varsa, müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxsin fəaliyyəti ilə bağlı son 10 ildə hər hansı cinayət işlərinin istintaqı aparılmışdırsa, istintaqa hansı qisimdə (təqsirləndirilən şəxs, şahid və s.) cəlb edildiyinizi göstərin.

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

f) Əgər belə fakt varsa, təsisçisi və ya üzvü olduğunuz qeyri-hökumət təşkilatları barədə aşağıdakı məlumatları göstərin.

 

Təşkilatın adı və ünvanı

Fəaliyyət növü

Vəzifə / əlaqə

 

 

 

 

g) Əgər sizin məqbul və lazımi keyfiyyətlərə malik olmanızı və ya peşəkarlığınızı təsdiq edən hər hansı məlumatlara maliksinizsə, həmin məlumatları göstərin.

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

Mən, aşağıda imza edən, bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm.

 

İmza:_____________

Tarix:_____________

 

 

 

 


 

“Səhmdar investisiya fondunun və idarəçinin icra

orqanının üzvlərinin attestasiyası Qaydalarına

Əlavə ¹ 2

 

 

 

Vətəndaş qüsursuzluğuna dair

 

Ə R İ Z Ə

 

____________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

Aşağıdakı faktların olmadığını təsdiq edirəm:

 

1. Mühüm iştirak payının sahibləri, o hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri:

-          qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması.

2. Səhmdar investisiya fondunda və idarəçidə rəhbər vəzifə tutan şəxslər, əmlak inzibatçısı üçün:

-   məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması.

______________________                                               ________________________

         (imza)                                                                    (imzanın tarixi)

 

 

 

 


“Səhmdar investisiya fondunun və

idarəçinin icra orqanının üzvlərinin

attestasiyası Qaydalarına Əlavə ¹ 3

 

 

 

A T T E S T A S İ Y A   V Ə R Ə Q Ə S İ

1.      Soyadı, adı, atasının adı__________________________________________________________________

2.      Doğulduğu il_____________________________________________________________________________

3.      Ali təhsili barədə məlumatlar____________________________________________________________

                                        (hansı ali təhsil müəssisəsini və nə vaxt bitirmişdir)

______________________________________________________________________________________________

(təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı)

______________________________________________________________________________________________

(ixtisasını nə vaxt və harada artırmışdır)

4.      Attestasiya keçirilən zaman attestasiya keçənin iddia etdiyi vəzifə __________________________________________________________________________________________

 

5. Ümumi əmək və səhmdar investisiya fondunda və ya investisiya fondunun idarəçisində əmək stajı

______________________________________________________________________________________________

(o cümlədən namizədliyi irəli sürülmüş səhmdar investisiya fondunda və ya idarəçisində əmək stajı)

6. Əvvəlki attestasiyaların nəticələri_________________________________________________________

__________________________________________________________________________________________

7. Attestasiya edilən şəxsə verilən suallar və cavablar*.

8. Attestasiya Komissiyası üzvlərinin rəyi ___________________________________________________

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

9. Namizədi təqdim etmiş investisiya fondunun və ya investisiya fondunun idarəçisinin rəhbərinin rəyi

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

10. Attestasiya edilən şəxsin rəyi ___________________________________________________________

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

 

11. Attestasiyanın nəticələrinə görə qəbul edilmiş qərar____________________________________

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

Səslərin miqdarı: lehinə _______________                              əleyhinə______________

 

12. Qeyd_____________________________________________________________________________________

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

 

Attestasiya komissiyasının sədri:   ________________________  _________________________________

                                                                                   (imza)                                        (soyadı, adı)

 

 

Attestasiya komissiyası sədrinin

müavini:                                         ________________________  _________________________________

                                                                                          (imza)                                            (soyadı, adı)

 

Attestasiya komissiyasının

Katibi:                                            ________________________  _________________________________

                                                                                          (imza)                                            (soyadı, adı)

 

Attestasiya komissiyasının

üzvləri:                                           ________________________  _________________________________

                                                                                                 (imza)                                              (soyadı, adı))

 

                                                            ________________________  _________________________________

                                                                                                (imza)                                              (soyadı, adı))

 

                                                            ________________________  _________________________________

                                                                                            (imza)                                              (soyadı, adı))

 

 

 

Attestasiyanın keçirilmə tarixi_____________________________________________


 

 

 

 

 

 


Attestasiya edilən şəxsə verilən suallar və cavablar.

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________

 

 

 

“Razılaşdırılmışdır”

Azərbaycan Respublikasının

Auditorlar Palatası

 

 “22” iyul 2011-ci il

 

Sədr

_____________

V. Novruzov

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 01

 “03” avqust 2011-ci il

 

Sədr

_______________

R. Aslanlı

 

 

 

İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında

Qaydalar

 

1.                  Ümumi müddəalar

1.1.     Bu Qaydalar “İnvestisiya fondları haqqında” və “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən hazırlanmış və investisiya fondlarının kənar auditorlarına dair tələbləri müəyyən edir.

1.2.           Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1.         kənar auditor – investisiya fondlarında kənar auditi həyata keçirən auditor təşkilatı və ya sərbəst auditordur;

1.2.2.         mütəxəssis – kənar auditorun ştat işçisi olan fiziki şəxsdir;

1.2.3.         audit subyektləri – kənar auditor tərəfindən yoxlanılan səhmdar investisiya fondu və idarəçidir;

1.2.4.         beynəlxalq mühasiblik dərəcəsi – İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən verilən Sertifikatlaşdırılmış Diplomlu Mühasib, Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA) tərəfindən verilən Sertifikatlaşdırılmış İctimai Mühasib (CPA) dərəcəsi və ya bu dərəcələrə bərabər tutulan digər beynəlxalq dərəcələrdir;

1.2.5.         müstəqil fikir – peşəkar mülahizəyə təsir göstərə biləcək amillərdən azad fikir bildirmək və şəxsin düzgün, obyektiv olmaq, habelə ehtiyatla hərəkət etmək bacarığıdır;

1.2.6.         müstəqil görüntü – müvafiq məlumatı olan üçüncü tərəfin kənar auditorun düzgünlüyü, obyektivliyi, həmçinin peşəkarlığı baxımından etibardan düşməsi qənaətinə gəlməsinə səbəb ola bilən mühüm faktların və şərtlərin olmamasıdır.

 

2.                  Kənar auditora dair tələblər

2.1.           Audit subyektlərinin kənar auditoru aşağıdakı tələblərə cavab verməlidir:

2.1.1.         Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq auditor fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olmalıdır;

2.1.2.         audit subyektlərinin aidiyyəti şəxsi olmamalıdır;

2.1.3.          ən azı iki mütəxəssisi aşağıdakı tələblərə cavab verməlidir:

2.1.3.1.       beynəlxalq mühasiblik dərəcəsinə malik olmaq;

2.1.3.2.       audit fəaliyyəti üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olmaq.

2.2.           Kənar auditor öz yoxlamasını audit subyektlərindən və onların səhmdarlarından asılı olmadan müstəqil aparmalıdır.

2.3.           Kənar auditorun müstəqilliyi onun mütəxəssislərinin müstəqil fikrinə və müstəqil görüntüsünə əsaslanmalıdır.

2.4.           Kənar auditorun müstəqilliyi aşağıdakı təhlükələrin ona mühüm dərəcədə təsir göstərdiyi təqdirdə və bu təhlükələri qəbul oluna biləcək səviyyəyə endirmək mümkün olmadığı hallarda itirilmiş hesab olunur:

2.4.1.         şəxsi mənafeyi güdmə təhlükəsi – kənar auditorun audit subyektlərində maliyyə maraqlarından və ya həmin audit subyektlərinin maraqlarına zidd olmasından faydalana biləcəyi təqdirdə əmələ gəlir;

2.4.2.         özünü yoxlama təhlükəsi – audit yoxlamasının nəticələrini əldə etmək üçün əvvəlki nəticələri və mülahizələri yenidən qiymətləndirmək lazım gəldikdə və ya mütəxəssisin keçmişdə audit subyektlərinin işçisi olduqda yaranır;

2.4.3.         təşviq etmə təhlükəsi – audit subyektlərinə qarşı mövqeyin və ya həmin audit subyektləri haqqında rəyin obyektivliyini təhlükə qarşısında qoyan kənar auditorun təşviqedici fəaliyyəti nəticəsində yaranır;

2.4.4.          yaxınlıq təhlükəsi – audit subyektləri, onun aidiyyəti şəxsləri və ya işçiləri ilə yaranmış yaxın münasibətlər maraqlar münaqişəsinə səbəb olduqda yaranır;

2.4.5.         hədələnmə təhlükəsi – audit subyektlərinin aidiyyəti şəxsləri və ya işçiləri tərəfindən kənar auditor hədə-qorxulara məruz qaldıqda və ya məruz qalacağı güman edildikdə onun obyektivliyinin itirilməsinə səbəb olacağı təqdirdə yaranır.

 

3.      Kənar auditorun seçilməsi və əvəz edilməsi

3.1.           Audit subyektləri kənar auditoru seçməkdə sərbəstdirlər. Audit subyektləri kənar auditordan aşağıdakılar barədə məlumatı əldə etməlidir:

3.1.1.          auditor fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığın (lisenziyanın) mövcud olması;

3.1.2.          kənar auditdə iştirak edəcək mütəxəssislərin adları, onların təhsilləri və iş təcrübələri;

3.1.3.          beynəlxalq mühasiblik dərəcəsinə sahib olan mütəxəssislərinin adları, onların sertifikatları;

3.1.4.          kənar auditorun fəaliyyəti müddəti və bu müddət ərzində yoxlanılmış subyektlərin adları;

3.1.5.          kənar auditorun və onun işçilərinin audit subyektləri və onların aidiyyəti şəxsləri ilə son üç il mövcud olan əlaqələri.

3.2.           Audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorla müqavilə bağlanmalı və bu barədə səhmdar investisiya fondu və ya aktivlərin idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün ilkin müraciət zamanı QKDK-ya qanunvericiliklə müəyyən edilmiş məlumat verilməlidir.

3.3.           Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditor dəyişdikdə audit subyektləri bu barədə və yeni seçilmiş kənar auditorun bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verməsi haqqında məlumatları bir ay ərzində QKDK-ya təqdim etməlidir.

3.4.           Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorun dəyişdirilməsi maliyyə ili bitənədək ən geci bir ay qalmış həyata keçirilə bilər.

 

 


 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 01

 “03” avqust 2011-ci il

 

Sədr

_______________ R. Aslanlı

 

 

İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması

Qaydaları

 

1.                 Ümumi müddəalar

 

1.1.           Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.

1.2.           Bu Qaydalar səhmdar investisiya fondları və aktivlərin idarəedilməsi fəaliyyətini həyata keçirənlər (bundan sonra – idarəçi) tərəfindən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra – QKDK) təqdim edilən hesabatlara dair tələbləri, habelə onların QKDK-ya təqdim edilməsi və açıqlanması qaydalarını müəyyən edir.

 

2.                 Səhmdar investisiya fondu tərəfindən təqdim olunan hesabatlar

 

2.1.           Səhmdar investisiya fondu fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya yarımillik və illik hesabatlar təqdim edir.

2.2.           Səhmdar investisiya fondu tərəfindən QKDK-ya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:

2.2.1.    mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər;

2.2.2.    investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə ¹ 1);

2.2.3.    investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə ¹ 2);

2.2.4.    səhmdar investisiya fondunun fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı;

2.2.5.    səhmdar investisiya fondunun nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;

2.2.6.    təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.

2.3.           Səhmdar investisiya fondu tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 2.2.1 – 2.2.6-cı bəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:

2.3.1.    investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə ¹ 3);

2.3.2.    xidmətindən istifadə etdiyi brokerlər, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).

 

3.                 İdarəçi tərəfindən öz fəaliyyəti ilə əlaqədar olaraq təqdim edilən hesabatlar

 

3.1.           İdarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya yarımillik və illik hesabatlar təqdim edilir.

3.2.           İdarəçi tərəfindən QKDK-ya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:

3.2.1.    idarəçinin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi;

3.2.2.    idarəçinin hüquqi ünvanı və olduğu yer;

3.2.3.    idarəçinin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, idarəçinin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların qeydiyyata alındığı tarixlər, idarəçi hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;

3.2.4.    idarəçinin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayrılıqda sayı;

3.2.5.    idarəçinin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;

3.2.6.    idarəetməsində olan investisiya fondları və ya digər şəxslər barədə məlumat;

3.2.7.    təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat;

3.2.8.    mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər.

3.3.           İdarəçi tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 3.2.1 – 3.2.8-ci bəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:

3.3.1.    idarəçinin fəaliyyətinin yoxlanılması ilə bağlı kənar auditorun rəyi;

3.3.2.    xidmətindən istifadə etdiyi brokerlər, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).

 

4.      İdarəçi tərəfindən idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq hesabatlar

 

4.1.           İdarəçi idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya aylıq, rüblük, yarımillik və illik hesabatlar təqdim edir.

4.2.           İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq İdarəçi tərəfindən QKDK-ya təqdim edilən yarımillik hesabata aşağıdakılar daxildir:

4.2.1.    investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə ¹1);

4.2.2.    investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə ¹2);

4.2.3.    paylı investisiya fondunun payçılarının ayrı-ayrılıqda sayı;

4.2.4.    paylı investisiya fondunun paylarının on faizi və daha artıq həcminə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan payların sayı və paylı investisiya fondunun paylarına faizlə nisbəti.

4.3.           İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq idarəçi tərəfindən QKDK-ya təqdim edilən illik hesabatların tərkibi bu Qaydaların 4.2.1–4.2.4-cü bəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:

4.3.1.    investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə ¹3);

4.3.2.    xidmətindən istifadə etdiyi brokerlər, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi);

4.4.           İdarəçi idarəetməsində olan açıq paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq aylıq, interval paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar isə rüblük olaraq, bu Qaydaların 4.2.1-4.2.4-cü bəndlərində nəzərdə tutulmuş hesabatları QKDK-ya təqdim edir.

 

5. QKDK hesabatların təqdim olunması qaydası

 

5.1.           İllik hesabat hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 4 (dörd) ayı ərzində QKDK-ya səhmdar investisiya fondu və idarəçi tərəfindən təqdim edilməlidir.

5.2.           Yarımillik hesabat hər təqvim ilinin 6 (altı) ayın nəticələri üzrə hazırlanmalı və hər bir yarımil başa çatdıqdan sonra 2 (iki) ay ərzində QKDK-ya təqdim edilməlidir.

5.3.           Rüblük hesabatlar hər təqvim rübünün nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 10 (on) iş günündən gec olmayan müddətdə QKDK-ya təqdim edilməlidir.

5.4.           Aylıq hesabatlar hər təqvim ayının nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 5 (beş) iş günündən gec olmayan müddətdə QKDK-ya təqdim edilməlidir.

5.5.           Təqdim edilmiş illik və yarımillik hesabatlarda nöqsanlar aşkar edildikdə, hesabatların təqdim edildiyi tarixdən etibarən 15 iş gün müddətində QKDK həmin nöqsanların aradan qaldırılmasını və bu hesabatların açıqlanmasının dayandırılmasını səhmdar investisiya fondundan və idarəçidən yazılı surətdə tələb edir.

5.6.           Bu Qaydaların 5.5-cı bəndi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılması QKDK tərəfindən tələb olunmadıqda, səhmdar investisiya fondu və ya idarəçi yarımillik və illik hesabatda olan məlumatların (bu Qaydaların 2.2.5-ci, 3.2.5-ci  və 4.2.4-cü bəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitentlər üçün) QKDK-ya təqdim edildiyi tarixdən etibarən 30 gün ərzində kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.

5.7.           Hesabatların səhifələri nömrələnməli, tikilməli, səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının möhürü ilə təsdiq edilməlidir.

 

 


“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə ¹1

 

 

/____ / /_________ /_____ –  /_____ / /__________ /_____ dövrünə

 

 

(gün)

  (ay)

(il)

(gün)

 

 (ay)

(il)

 

 

İnvestisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat

 

İnvestisiya fondun adı

 

İdarəçinin adı

 

VÖEN

 

Fəaliyyəti

 

Lisenziya nömrəsi və tarixi

 

 

 

 

 

Aktivlərin növü

 

İzah

Hesabat dövrünün əvvəlinə

Hesabat dövrünün sonuna

Dəyəri
(AZN)

Cəmi aktivlərə
 nisbəti (%)

Dəyəri
(AZN)

Cəmi
 aktivlərə
 nisbəti (%)

1

Cəmi aktivlər

11+12+13+14+15+16+17

 

3

4

6

7

11

Bank Depozitləri

111+112

 

 

 

 

111

Tələb olunanadək

1111+1112

 

 

 

 

 

1111

Milli valyutada

1111

 

 

 

 

 

1112

Xarici valyutada

1112

 

 

 

 

 

112

Müddətli

1121+1122

 

 

 

 

 

1121

Milli valyutada

1121

 

 

 

 

 

1122

Xarici valyutada

1122

 

 

 

 

 

12

Dövlət qiymətli kağızları

121+122+123+124+125+126

 

 

 

 

 

121

Mərkəzi Bank Notları

121

 

 

 

 

122

Dövlət İstiqrazları

1221+1222+ 1223

 

 

 

 

 

1221

Dövlət Qısamüddətli İstiqrazları

1221

 

 

 

 

 

1222

Dövlət Ortamüddətli İstiqrazları

1222

 

 

 

 

 

1223

Dövlət Uzunmüddətli İstiqrazları

1223

 

 

 

 

 

123

Bələdiyyə İstiqrazları

123

 

 

 

 

 

124

Digər dövlət qiymətli kağızları

124

 

 

 

 

 

125

İƏİT ölkələrinin dövlət qiymətli kağızları

125

 

 

 

 

 

126

Digər ölkələrin dövlət qiymətli kağızları

126

 

 

 

 

 

13

Korporativ qiymətli kağızlar

131+132

 

 

 

 

 

131

Səhmlər

1311+1312+ 1313+ 1314+1315

 

 

 

 

1311

Yerli fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər

1311

 

 

 

 

 

1312

İƏİT ölkələrinin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər

1312

 

 

 

 

 

1313

Digər ölkələrin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər

1313

 

 

 

 

 

1314

Listinqə daxil olmayan yerli emitentlər tərəfindən emissiya edilən səhmlər

1314

 

 

 

 

 

1315

Listinqə daxil olmayan xarici emitentlər tərəfindən emissiya edilən səhmlər

1315

 

 

 

 

 

132

İstiqrazlar

1321+1322+ 1323+ 1324+1325

 

 

 

 

1321

Yerli fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1321

 

 

 

 

 

1322

İƏİT ölkələrinin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1322

 

 

 

 

 

1323

Digər ölkələrin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1323

 

 

 

 

 

1324

Listinqə daxil olmayan yerli emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1324

 

 

 

 

 

1325

Listinqə daxil olmayan xarici emitentlər tərəfindən emissiya edilən istiqrazlar

1325

 

 

 

 

 

14

Törəmə qiymətli kağızlar

141+142+143+144

 

 

 

 

 

141

Yerli fond birjalarında ticarət olunan

141

 

 

 

 

 

142

İƏİT ölkələrinin fond birjalarında ticarət olunan

142

 

 

 

 

 

143

Digər xarici ölkələrin fond birjalarında ticarət olunan

143

 

 

 

 

 

144

Hər hansı tənzimlənən bazarda ticarət olunmayan

144

 

 

 

 

 

15

Pul vəsaitləri

15

 

 

 

 

 

16

Daşınmaz əmlak

16

 

 

 

 

 

17

Digər aktivlər

17

 

 

 

 

 

2

Cəmi öhdəliklər

21+22+23+24+25+26

 

 

 

 

 

21

Maliyyə vasitəçilərinə qarşı öhdəliklər

21

 

 

 

 

22

Depozitara qarşı öhdəliklər

22

 

 

 

 

23

İdarəçiyə qarşı öhdəliklər

23

 

 

 

 

24

Qiymətləndiriciyə qarşı öhdəliklər

24

 

 

 

 

25

Auditora qarşı öhdəliklər

25

 

 

 

 

26

Digər öhdəliklər

26

 

 

 

 

 

 

Kod

 

İzah

Hesabat dövrünün əvvəlinə

Hesabat dövrünün sonuna

3

Xalis Aktivlər

1–2

 

 

4

Dövriyyədə olan payların və ya səhmlərin ümumi sayı

4

 

 

5

Bir payın cari dəyəri və ya bir səhmin geri alınma dəyəri

3÷4

 

 

 

İdarəçinin və ya səhmdar investisiya fondunun rəhbəri

_______________________________                                                          ___________________

(Soyadı, Adı, Atasının adı)                                                                         (imzası)

İdarəçinin və ya səhmdar investisiya fondunun baş mühasibi

_______________________________                                                          ___________________

(Soyadı, Adı, Atasının adı)                                                                         (imzası)

 

M.Y.

 

 

 


“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə ¹2

 

/____ / /_________ /_____ –  /_____ / /__________ /_____ dövrünə

 

 

(gün)

  (ay)

(il)

(gün)

 

 (ay)

(il)

 

 

 İnvestisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat

 

İnvestisiya fondunun adı

 

İdarəçinin adı

 

VÖEN

 

Fəaliyyəti

 

Lisenziya nömrəsi və tarixi

 

 

 

 

Əmlakda baş vermiş dəyişiklik

 Kod

 Məbləği

 

 

 

Qiymətli kağızlarla ticarətdən əldə edilən gəlirlər

10

 

Qiymətli kağızlarla ticarətlə bağlı ortaya çıxan xərclər

20

 

Qiymətli kağızlarla ticarətdən əldə edilən xalis mənfəət (10-20)

30

 

Daşınmaz əmlakla ticarətdən əldə edilən gəlirlər

40

 

Daşınmaz əmlakla ticarətlə bağlı ortaya çıxan xərclər

50

 

Daşınmaz əmlakla ticarətdən əldə edilən xalis mənfəət (40-50)

60

 

Digər əmlakla ticarətdən əldə edilən gəlirlər

70

 

Digər əmlakla ticarətlə bağlı ortaya çıxan xərclər

80

 

Digər əmlakla ticarətdən əldə edilən xalis mənfəət (70-80)

90

 

Faiz gəlirləri

100

 

Dividend gəlirləri

110

 

Daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirlər

120

 

 

Kotirovka olunmuş qiymətli kağızların dəyərindəki artım (azalma)

130

 

 

səhmlər

131

 

 

istiqrazlar

132

 

 

Kotirovka olunmamış qiymətli kağızların dəyərindəki artım (azalma)

140

 

 

səhmlər

141

 

 

istiqrazlar

142

 

 

veksellər

143

 

 

digər qiymətli kağızlar

144

 

 

Daşınmaz əmlakın qiymətindəki artım (azalma)

150

 

 

İdarəçinin mükafatları

160

 

 

Digər idarəetmə xərcləri

170

 

 

Digər gəlirlər

180

 

 

Digər xərclər

190

 

 

Yeni payların emissiyası nəticəsində kapitalda baş vermiş artım

200

 

 

Payların geri alınması nəticəsində kapitalda baş vermiş azalma

210

 

 

İnvestisiya fondunun kapitalında baş vermiş ümumi dəyişiklik (030 + 060 + 090 + 100 + 110 + 120 + 130 + 140 + 150 + 160 + 190 + 210 - 170 - 180 - 200 - 220)

220

 

 

 

 

İdarəçinin və ya səhmdar investisiya fondunun rəhbəri

_______________________________                                                          ___________________

(Soyadı, Adı, Atasının adı)                                                                         (imzası)

İdarəçinin və ya səhmdar investisiya fondunun baş mühasibi

_______________________________                                                          ___________________

(Soyadı, Adı, Atasının adı)                                                                         (imzası)

 

M.Y.

 

 

 


“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə ¹3

 

 

/____ / /_________ /_____ –  /_____ / /__________ /_____ dövrünə

 

(gün)

  (ay)

(il)

(gün)

 

 (ay)

(il)

 

 

 

Səhmdar investisiya fondunun səhmdarları (Paylı investisiya fondunun payçıları haqqında hesabat)

 

İnvestisiya fondunun adı

 

İdarəçinin adı

 

VÖEN

 

Fəaliyyəti

 

Lisenziya nömrəsi və tarixi

 

 

 

 

 

Kod

Hesabat dövrünün əvvəlinə

Hesabat dövrünün sonuna

Yerləşdirilmiş səhmlərin (payların) ümumi həcmi:

100

 

 

Azərbaycan Respublikasının vətəndaşı fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

110

 

 

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

120

 

 

Qeyri-rezident fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

130

 

 

Azərbaycan Respublikasından kənarda qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

140

 

 

 Əməkdaşlıq etməyən ərazilərin vətəndaşları, habelə qeydiyyat və yaşayış yeri belə ərazilər olan fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

150

 

 

Əməkdaşlıq etməyən ərazilərdə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi

160

 

 

Nominal saxlamada olan səhmlərin (payların) həcmi

170

 

 

 

 

İdarəçinin və ya Səhmdar investisiya fondunun rəhbəri

_______________________________                                                          ___________________

(Soyadı, Adı, Atasının adı)                                                                         (imzası)

İdarəçinin və ya Səhmdar investisiya fondunun baş mühasibi

_______________________________                                                          ___________________

(Soyadı, Adı, Atasının adı)                                                                         (imzası)

 

M.Y

 

 

 


“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə ¹4

 

 

/____ / /_________ /_____ –  /_____ / /__________ /_____ dövrünə

 

(gün)

  (ay)

(il)

(gün)

 

 (ay)

(il)

 

 

 

(idarəçinin tam adı)

İnvestisiya fondunun adı

 

İdarəçinin adı

 

VÖEN

 

Fəaliyyəti

 

 

İnvestisiya fondunun xərcləri haqqında hesabat

 

 

Hesabın
¹-si

Məbləğ

(AZN)

Xalis aktivlərin illik orta həcminə nisbəti (%)

Mükafatların ümumi həcmi

010

 

 

idarəçiyə ödənilmiş

011

 

 

depozitara ödənilmiş

012

 

 

investisiya fondunun səhmdarlarının (payçılarının) reyestrsaxlayıcısına ödənilmiş

013

 

 

qiymətləndiriciyə ödənilmiş

014

 

 

auditora ödənilmiş

015

 

 

İnvestisiya fondunun idarəedilməsi ilə bağlı olaraq ortaya çıxan xərclərin ümumi həcmi

020

 

 

... (broker komissiyaları)

021

 

 

... (bank köçürmə xərcləri)

022

 

 

....

02x

 

 

Mükafatların ödənilməsi ilə bağlı ayrılmış ehtiyat

030

 

 

Xərclərin ümumi həcmi

040 (010 + 020)

 

 

 

 

İdarəçinin və ya Səhmdar investisiya fondunun rəhbəri

_______________________________                                                          ___________________

(Soyadı, Adı, Atasının adı)                                                                         (imzası)

İdarəçinin və ya Səhmdar investisiya fondunun baş mühasibi

_______________________________                                                          ___________________

(Soyadı, Adı, Atasının adı)                                                                         (imzası)

 

M.Y

 

 

 

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 01

 “03” avqust 2011-ci il

 

Sədr

_______________ R. Aslanlı

 

 

İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında

Qaydalar

 

1.                 Ümumi müddəalar

 

1.1.           Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.

Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1.    İƏİT ölkələri – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdir;

1.1.2.    pul vəsaitləri nağd pul vəsaitləri, həmçinin tələb olunanadək əmanət və depozitlərdir;

1.1.3.    pul bazarı alətləri tədavül müddəti bir ilədək olan qiymətli kağızlardır (istiqrazlar, notlar, depozit sertifikatları);

1.1.4.    yüksək dərəcəli kredit reytinqi ən azı “AA-” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Aa3” (“Moody’s” reytinq agentlikliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan uzunmüddətli kredit reytinqi dərəcəsidir;

1.1.5.    investisiya dərəcəli kredit reytinqi ən azı “BBB-” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klasifikasiyasına görə), “Baa3” (“Moody’s” reytinq agentlikliyinin klasifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan uzunmüddətli kredit reytinqi dərəcəsidir;

1.1.6.    kotirovka – qiymətli kağızlarının alınması, yaxud da satılması üçün hərrac iştirakçısının təklif etdiyi qiymətdir;

1.1.7.    listinq – emitentin qiymətli kağızlarının fond birjasının kotirovka vərəqələrinə daxil edilməsi prosedurudur;

1.1.8.    kotirovka vərəqəsi – listinq prosedurasını keçmiş qiymətli kağızların (qiyməti və rekvizitləri də göstərilməklə) siyahısıdır;

1.1.9.   indeks – tərkibinə daxil olan qiymətli kağızların orta ölçülmüş kapitallaşması nəzərə alınmaqla hesablanan göstəricidir.

1.1.10.                      korporativ qiymətli kağızlar – kommersiya təşkilatları, habelə paylı investisiya fondları tərəfindən emissiya edilən qiymətli kağızlardır.

 

2.                      İnvestisiya fondunun və idarəçinin fəaliyyətinə dair əsas tələblər

 

2.1.           Səhmdar investisiya fondunun nizamnamə kapitalının və paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş hesab edilməsi üçün yetərli olan kapitalın minimum məbləği 500 000 (beş yüz min) AZN həcmində müəyyən edilir.

2.2.           Səhmdar investisiya fondunun nizamnamə kapitalının ödənilməsi yalnız pul vəsaitləri ilə həyata keçirilir.

2.3.           Səhmdar investisiya fondunun nizamnamə kapitalının formalaşdırılması və ya artırılması zamanı səhmlərinin yerləşdirilməsindən daxil olmuş pul vəsaitləri depozitarda açılmış xüsusi hesabda yığılır. Bu vəsaitlər səhmlərin emissiyasının yekunları haqqında hesabat dövlət qeydiyyatına alınanadək yalnız banklarda depozit şəklində və ya qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilə bilər.

2.4.           Emissiyanın yekunları haqqında hesabat dövlət qeydiyyatına alındıqdan sonra həmin vəsaitlər fondun investisiya bəyannaməsinə uyğun yerləşdirilə bilər.

2.5.           Səhmdar investisiya fondunun nizamnamə kapitalının formalaşdırılması və dəyişdirilməsinə dair digər məsələlər səhmdar cəmiyyətlərinə dair müvafiq qanunvericiliklə tənzimlənir.

2.6.           Aktivlərin idarə edilməsini həyata keçirən şəxs (bundan sonra – idarəçi) nizamnamə kapitalının minimum məbləği 125000 (yüz iyirmi beş min) AZN həcmində müəyyən edilir. İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10000000 (on milyon) manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200000 (iki yüz min) manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625 faiz həcmində artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2000000 (iki milyon) manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.

2.7.           Aktivlərin idarəedilməsi üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxslərin ştatında azı 3 (üç) nəfər aktivlərin idarəedilməsi üzrə fəaliyyətini həyata keçirməsi ilə bağlı ixtisas şəhadətnaməsinə malik olmalıdır.

2.8.           İnvestisiya fondunun idarəedilməsi ilə bağlı xərcləri illik olaraq fondun aktivlərinin 5%-dan artıq ola bilməz;

2.9.           Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidməti tərəfindən müəyyən edilmiş Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməkdə, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlər (ərazilər)” Siyahısında qeyd edilən offşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiarları belə zonalarda qeydiyyata alınmış şəxslər səhmdar investisiya fondunun və idarəçinin təsisçiləri və ya səhmdarları ola bilməzlər.

 

3.      İnvestisiya fondunun aktivlərinin tərkibinə dair tələblər

 

3.1.   İnvestisiya fondunun adında və investisiya bəyannaməsində aktivlərin tərkibindən asılı olaraq hansı qrupa aid olduğu göstərilməlidir.

3.2.           İnvestisiya fondları aktivlərinin tərkibinə əsasən aşağıdakı qruplara bölünürlər:

3.2.1.    borc alətləri investisiya fondları;

3.2.2.    səhm investisiya fondları;

3.2.3.    qarışıq investisiya fondları;

3.2.4.    daşınmaz əmlak investisiya fondları;

3.2.5.    indeks investisiya fondları.

3.3.           Borc alətləri investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:

3.3.1.    pul vəsaitləri;

3.3.2.    bank depozitləri;

3.3.3.    dövlət qiymətli kağızları;

3.3.4.    bələdiyyə qiymətli kağızları;

3.3.5.    korporativ istiqrazlar.

3.4.           Səhm investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:

3.4.1.     pul vəsaitləri;

3.4.2.    bank depozitləri;

3.4.3.    səhmlər;

3.4.4.    səhm üzrə törəmə qiymətli kağızlar;

3.4.5.    açıq və interval paylı investisiya fondlarının payları.

3.4.6.    hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.

3.5.           Qarışıq investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:

3.5.1.    pul vəsaitləri;

3.5.2.    bank depozitləri;

3.5.3.    dövlət qiymətli kağızları;

3.5.4.    bələdiyyə qiymətli kağızları;

3.5.5.    korporativ istiqrazlar;

3.5.6.    səhmlər;

3.5.7.    törəmə qiymətli kağızlar;

3.5.8.    açıq və interval paylı investisiya fondlarının payları.

3.6.           Daşınmaz əmlak investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:

3.6.1.    bank depozitləri;

3.6.2.    dövlət qiymətli kağızları;

3.6.3.    bələdiyyə qiymətli kağızları;

3.6.4.    daşınmaz əmlak;

3.6.5.    daşınmaz əmlak üzrə törəmə qiymətli kağızlar;

3.6.6.    investisiya fondlarının payları.

3.7.           İndeks investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:

3.7.1. pul vəsaitləri;

3.7.2. bank depozitləri;

3.7.3. indeksin hesablama bazasına daxil olan qiymətli kağızlar.

3.8.            Açıq paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edə bilərlər:

3.8.1.         pul vəsaitləri;

3.8.2.         qısamüddətli bank depozitləri;

3.8.3.         Azərbaycan Respublikasının və İƏİT ərazisində fəaliyyət göstərən fond birjalarında ticarət olunan pul bazarı alətləri;

3.8.4.         Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjalarında birinci dərəcəli kotirovka vərəqələrinə daxil edilmiş qiymətli kağızlar;

3.8.5.         yüksək dərəcəli kredit reytinqinə malik olan və İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları.

3.9.           İnterval paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edə bilərlər:

3.9.1.         pul vəsaitləri;

3.9.2.         qısa və ortamüddətli bank depozitləri;

3.9.3.         Azərbaycan Respublikasının və İƏİT ölkələrinin dövlət və bələdiyyə qiymətli kağızları;

3.9.4.         Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjalarında listinqinə daxil edilmiş emitentlər tərəfindən emissiya edilmiş qiymətli kağızlar;

3.9.5. investisiya dərəcəli kredit reytinqinə malik olan və İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları.

3.10.      Qapalı paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edə bilərlər:

3.10.1.     pul vəsaitləri;

3.10.2.     bank depozitləri;

3.10.3.     Azərbaycan Respublikasının və İƏİT ölkələrinin dövlət və bələdiyyə qiymətli kağızları;

3.10.4.     korporativ qiymətli kağızlar;

3.10.5.     İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları;

3.10.6.     daşınmaz əmlak.

3.10.7.     hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.

3.11.      Səhmdar investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edə bilərlər:

3.11.1.     pul vəsaitləri;

3.11.2.     bank depozitləri;

3.11.3.     dövlət və bələdiyyə qiymətli kağızları;

3.11.4.     korporativ qiymətli kağızlar;

3.11.5.      daşınmaz əmlak.

3.11.6.    hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.

 

4.      İnvestisiya fondlarının aktivlərinin strukturuna dair tələblər

 

4.1.           Borc alətləri investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.1.1.         bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;

4.1.2.    bir emitentin istiqrazlarının (dövlət qiymətli kağızları istisna olmaqla) həcmi fondun aktivlərinin 10%-dən artıq olmamalı;

4.1.3.    emitentin bir istiqraz buraxılışının 50%-dən artıq hissəsinə sahib olmamalı;

4.1.4 pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.

4.2.           Səhm investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.2.1.    bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 10%-dən artıq olmamalı;

4.2.2.    bir emitentin qiymətli kağızlarının (dövlət qiymətli kağızları istisna olmaqla) məbləği fondun aktivlərinin 10%-dən artıq olmamalı;

4.2.3.    emitentin nizamnamə kapitalındakı iştirak payı 10%-dən artıq olmamalı;

4.2.4.    Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən fond birjalarında listinqdən keçmiş səhmlərin məbləği fondun aktivlərinin 70%-dən artıq olmamalı;

4.2.5.    listinqdən keçməmiş qiymətli kağızların məbləği fondun aktivlərinin 50%-dən artıq olmamalı;

4.2.6.    paylı investisiya fondlarının investisiya paylarının həcmi fondun aktivlərinin 30 %-dən artıq olmamalı;

4.2.7. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.

4.3.           Qarışıq investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.3.1.    bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;

4.3.2.    fondun aktivinə daxil olan səhmlərin həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.3.3.    fondun aktivinə daxil olan korporativ istiqrazların həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.3.4.    fondun aktivinə daxil olan investisiya fondlarının paylarının həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.3.5.    fondun aktivinə daxil olan törəmə qiymətli kağızların həcmi fondun aktivlərinin 20%-dən artıq olmamalı;

4.3.6.    bir emitent tərəfindən emissiya edilmiş qiymətli kağızlarının fondun aktivlərindəki ümumi həcmi (dövlət qiymətli kağızları istisna olmaqla) fondun aktivlərinin 10%-dən artıq olmamalı;

4.3.7.    müddətli depozitlərin, dövlət qiymətli kağızlarının və bələdiyyə qiymətli kağızlarının ümumi məbləği fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.3.8.    emitentin nizamnamə kapitalındakı fondun iştirak payı 10%-dən artıq olmamalı;

4.3.9.    emitentin bir istiqraz buraxılışının 50%-dən artıq hissəsinə sahib olmamalı

4.3.10. paylı investisiya fondlarının investisiya paylarının həcmi fondun aktivlərinin 30 %-dən artıq olmamalı;

4.3.11. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.

4.4. Daşınmaz əmlak investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.4.1.    bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;

4.4.2.    müddətli depozitlərin, dövlət qiymətli kağızlarının və bələdiyyə qiymətli kağızlarının ümumi məbləği fondun aktivlərinin 40%-dən artıq olmamalı.

4.4.3.    paylı investisiya fondlarının investisiya paylarının sayı həmin fondun investisiya paylarının 30 %-dən artıq olmamalı;

4.4.4.    pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.

4.5.           İndeks investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.5.1.    bir qiymətli kağızın fondun aktivlərindəki payı ilə həmin qiymətli kağızın investisiya bəyannaməsi ilə müəyyən olunmuş indeksdəki payı arasındakı fərq 3%-dən artıq olmamalı;

4.5.2.    pul vəsaitlərinin həcmi fondun aktivlərinin 20%-dən artıq olmamalıdır.

4.6.           İnvestisiya fondunun (indeks investisiya fondları istisna olmaqla) aktivlərinin ən azı 25%-i Azərbaycan Respublikasının ərazisində yatırılmalıdır.

 

5.                İnvestisiya fondunun xalis aktivlərinin, habelə payın (səhmin) cari (geri alınma) dəyərinin hesablanmasına dair tələblər

 

5.1.           Paylı fondun formalaşdırılması müddəti başa çatdıqdan sonra xalis aktivlərin dəyərinin hesablanması və bu barədə məlumatın açıqlanması aşağıdakı qaydada həyata keçirilir:

5.1.1.         açıq paylı investisiya fondları üzrə – həftədə azı bir dəfə, payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün;

5.1.2.         interval paylı investisiya fondları üzrə – ayda bir dəfə, habelə payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün;

5.1.3.         qapalı paylı investisiya fondları üzrə – fondun qaydalarına uyğun olaraq, fondun qaydalarına əlavə və dəyişikliklər edilməsi və ya fondun ləğvi ilə bağlı payların geri satın alınması halında isə, müvafiq sifarişlərin qəbulunun başlandığı gün.

5.2.           Səhmdar investisiya fondunun səhmlərinin geri satın alınması ilə bağlı elan verilməzdən əvvəl səhmdar investisiya fondu və ya idarəçi həmin səhmlərin geri alınma qiymətini hesablamalıdır.

5.3.            İnvestisiya fondunun xalis aktivlərinin dəyəri aşağıdakı düsturla hesablanır:

 

NAV – xalis aktivlərin dəyəri;

Ai investisiya fondunun idarəetmədə olan hər bir aktivinin hesablanmış dəyəri;

Li investisiya fondunun idarəetmə ilə bağlı hər bir öhdəliyinin hesablanmış dəyəri;

l – investisiya fondun aktivlərinin ümumi sayı;

m – investisiya fondunun öhdəliklərinin ümumi sayı.

5.4.           İnvestisiya fondunun bir payının cari dəyəri və ya bir səhminin geri satın alınma dəyəri aşağıdakı düsturla hesablanır:

NAVtinvestisiya fondunun xalis aktivlərin hesablanma vaxtına olan (cari) dəyəri;

CVtinvestisiya fondun bir payının cari dəyəri və ya bir səhminin geri alınma dəyəri;

ntemissiya edilmiş payların (səhmlərin) cari sayı;

t –investisiya fondunun xalis aktivlərinin və bir payının (səhminin) dəyərinin hesablanması vaxtı.

 

6.      Səhmdar investisiya fondunun investisiya bəyannaməsinin sadələşdirilmiş formasına dair tələblər

 

6.1.           Səhmdar investisiya fondlarının investisiya bəyannaməsinin sadələşdirilmiş formasında aşağıdakı məlumatlar olmalıdır:

6.1.1.    investisiya fondunun, idarəçinin, depozitarın və auditorun tam adı, lisenziyasının rekvizitləri və yerləşdiyi ünvan;

6.1.2.    qiymətləndiricinin tam adı və yerləşdiyi ünvan;

6.1.3.    investisiya fondunun investisiya sahələri və aktivlərinin diversifikasiyası şərtləri;

6.1.4.    müştərinin və fondun aktivləri hesabına ödəniləcək müxtəlif mükafatlar, xərclər və xidmət haqları haqda məlumat və onların maksimum həcmi;

6.1.5.    dividendlərin ödənilməsi qaydası;

6.1.6.    investisiya bəyannaməsinin və fondun fəaliyyətinə dair digər məlumatların əldə ediləcəyi mənbə.

 

7.                Risklər haqqında xəbərdarlıq sənədinə dair tələblər

 

7.1. İdarəçi, səhmdar investisiya fondu, yaxud payların və səhmlərin satışını həyata keçirən peşəkar iştirakçı investorlara risklər haqqında xəbərdarlıq sənədini təqdim edir və investorlara bu sənədlə tanış olub imzaladıqdan sonra payların və ya səhmlərin satışını həyata keçirir.

7.2. İnvestisiya fondlarının “Risklər haqqında Xəbərdarlıq” sənədində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

7.2.1.    aşağıdakı məzmunda mətn:

“İnvestisiya fondlarına kapital qoyuluşu təminatlı gəlirlər vəd etmir. Sizin ilkin kapitalınızın və sonradan əldə etdiyiniz gəlirinizin, fonddan çıxdığınız zaman xalis aktivlərin bir paya/səhmə düşən miqdarından asılı olaraq, bir hissəsi və ya hamısı itirilə bilər.”;

7.2.2.    investisiya fondun buraxdığı pay və ya səhmlərin cari dəyərinin hesablanması qaydası;

7.2.3.    müştərinin investisiya fondun buraxdığı pay və ya səhmləri əldə etməklə məruz qalacağı risklərin növləri haqqında məlumat:

7.2.3.1.          faiz dərəcəsi riski - faiz dərəcəsinin dəyişməsi nəticəsində fondun aktivlərinin dəyərində olan dəyişmələr vasitəsilə itkilərə məruz qalması;

7.2.3.2.          ümumi bazar riski - qiymətli kağızların qiymətinin dəyişməsi nəticəsində investisiya portfelinin dəyərinin azalması və investorların itki riski;

7.2.3.3.          likvidlik riski - investorların investisiya fondlarının qeyri likvid alətlərə investisiyasından əmələ gələn və pula çevrilməsi zamanı məhdudiyyətlər və itkilərə məruz qalması halı;

7.2.3.4.          kredit/defolt riski - investisiya fondlarının əməliyyat apardığı tərəflərin defolt etməsi və öhdəliklərini yerinə yetirməməsindən əmələ gələn investor riskləri;

7.2.3.5.          reinvestisiya riski - fondların investisiya etdiyi qiymətli kağızların tədavül müddətinin başa çatması nəticəsində digər alətlərə etdiyi investisiyalardan daha az gəlir əldə etməsi nəticəsində investorların nisbi itki riski;

7.2.3.6.          xarici valyuta riski - investorların xarici valyuta məzənnələrində olan dəyişmələr nəticəsində itkilərə məruz qalması halı;

7.2.3.7.          ölkə riski - hər hansı ölkənin sosial, siyasi və ya iqtisadi vəziyyətinin dəyişməsi ilə əlaqədar həmin ölkənin qiymətli kağızlarının dəyərinin kəskin dəyişməsi nəticəsində investorların məruz qalacağı risklər;

7.2.4.    müştərinin məruz qalacağı risklərlə bağlı digər məlumatlar.

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.      Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 06 sentyabr 2012-ci il tarixli 14 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il)

2.      Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 30 noyabr 2012-ci il tarixli 17 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201211300017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 dekabr 2012-ci il)

3.      Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 12 dekabr 2012-ci il tarixli 18 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201212120018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il)

4.      Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il)

 

 



* Suallar və cavabların qısa məzmunu qoşmada verilir.