AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 
Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

08.10.2018

Qeydiyyat nömrəsi

1851100001

Adı

Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydaların təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Qüvvəyə minmə tarixi

20.10.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.010.000; 070.170.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201810080001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.10.2018

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

Q Ə R A R A A L I R:

1. Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar 1851100001

08 oktyabr 2018-ci il

İdarə Heyətinin sədri vəzifəsini icra edən

______________________

İbrahim Alışov

Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar İnvestisiya fondları haqqında Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə uyğun (bundan sonra - Qanun) olaraq hazırlanmışdır və səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (bundan sonra - Palata) attestasiyadan keçməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanı dedikdə, kollegial (idarə heyəti) və (və ya) təkbaşına icra orqanı başa düşülür.

2. Attestasiyanın məqsədi

2.1. Attestasiya səhmdar investisiya fondunun və investisiya fondunun idarəçisinin icra orqanının üzvlüyünə təqdim edilən namizədlərin tutulduğu vəzifələrə, habelə cavabdeh olacağı sahəyə peşəkar məqbulluğunu müəyyən etmək məqsədi ilə keçirilir.

2.2. Attestasiyanın nəticələrinə əsasən, namizədin icra orqanının üzvlüyünə uyğun olub-olmaması barədə qərar qəbul edilir.

3. Attestasiyanın keçirilməsi proseduru

3.1. Səhmdar investisiya fonduna və ya investisiya fondunun idarəçisi fəaliyyətinə lisenziyasının alınması üçün ilkin müraciət edilərkən namizədlərin bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan sənədlərinə müsbət baxıldıqda, Palata attestasiyanın yerini və vaxtını təyin edir və attestasiya gününə ən azı 10 (on ) iş günü qalmış bu barədə müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.

3.2. Səhmdar investisiya fonduna və ya investisiya fondunun idarəçisi fəaliyyətinə lisenziyanın alınması üçün yekun müraciətin edilməsi zamanı attestasiyadan keçmiş namizədlər arasında dəyişiklik baş verdikdə namizədlər barədə bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan sənədlər təqdim edilməli və yekun müraciətə baxılması üçün Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş müddət ərzində Palatada attestasiyadan keçməlidirlər. Təqdim edilmiş sənədlərə müsbət baxıldıqda Palata attestasiyanın yerini və vaxtını təyin edir və 10 (on) iş gün ərzində müraciəti təqdim edən şəxs (lər)ə yazılı məlumat verir.

3.3. Səhmdar investisiya fondu və ya idarəçi öz fəaliyyətləri dövründə təqdim edəcəkləri namizədlər haqqında Palataya Qanunla nəzərdə tutulmuş yazılı bildirişlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.3.1. namizəd tərəfindən doldurulmuş anket (Əlavə 1);

3.3.2. namizədin səhmdar investisiya fondunda və ya idarəçidə və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı;

3.3.3. namizədin təhsil və iş təcrübəsi haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;

3.3.4. namizədin cavabdeh olacağı sahə haqqında yazılı məlumat;

3.3.5. namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (Əlavə 2);

3.3.6. namizəd əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və müvafiq qaydada rəsmiləşdirilmiş (konsul leqallaşdırması və ya apostilin verilməsi) arayış.

3.4. Səhmdar investisiya fondunun və idarəçinin fəaliyyətləri dövründə icra orqanının üzvlüyünə namizədin attestasiyadan keçməsi ilə bağlı təqdim edilmiş sənədlərə Palata tərəfindən 30 (otuz) iş gün müddətində baxılır.

3.5. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluqlar aşkar edilmədikdə, Palata tərəfindən attestasiya təşkil olunur.

3.6. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluq aşkar edildikdə müraciət edənə 15 (on beş) gün müddətində nöqsanların və ya uyğunsuzluğun aradan qaldırılması üçün rəsmi bildiriş göndərilir.

3.7. Palata tərəfindən attestasiya gününə ən azı 5 (beş) iş günü qalmış attestasiyanın keçirilmə yeri və vaxtı barədə müraciət edənlərə yazılı surətdə məlumat göndərilir.

3.8. Namizədi təqdim edənlərin rəhbər işçisi(ləri) attestasiyada müşahidəçi qismində iştirak edə bilər.

3.9. Namizəd üzrlü səbəbdən Attestasiyaya gəlmədikdə, bu barədə Palataya yazılı məlumat təqdim edilməlidir. Palataya yazılı məlumat təqdim edildikdən etibarən 7 (yeddi) iş günü müddətində attestasiyanın müddəti başqa vaxta keçirilir və bu barədə müraciət edənə yazılı məlumat verilir.

3.10. Namizəd təyin olunan vaxtda üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən ikinci dəfə attestasiyaya gəlmədikdə, attestasiyadan keçməmiş hesab edilir.

3.11. Attestasiya sual-cavab üsulu ilə keçirilir.

3.12. Suallar hər bir vəzifənin səlahiyyət və məsuliyyət dərəcəsindən, iş xüsusiyyətlərindən asılı olaraq əsasən, aşağıdakı sahələr üzrə verilir:

3.12.1. investisiya fondları, qiymətli kağızlar bazarı və səhmdar cəmiyyətləri üzrə Azərbaycan Respublikasının qanunvericiliyi;

3.12.2. səhmdar investisiya fondunun və ya idarəçinin fəaliyyətinə dair mühasibat uçotu;

3.12.3. investisiya fondları və ya investisiya fondunun idarəçisində daxili nəzarət və audit;

3.12.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi;

3.12.5. korporativ idarəetmə standartları;

3.13. Attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu Attestasiya vərəqəsində qeyd olunur (Əlavə 3).

4. Attestasiya komissiyasının təşkili və fəaliyyəti

4.1. Attestasiyanı Palata tərəfindən təşkil olunmuş və daimi əsaslarla fəaliyyət göstərən komissiya həyata keçirir. Attestasiya komissiyası 5 (beş) nəfərdən az olmamaqla tək sayda Palatanın əməkdaşları sırasından Palatanın İdarə Heyətinin sədrinin qərarı ilə yaradılır. Attestasiya komissiyasının fəaliyyətinə komissiya sədri rəhbərlik edir. Palatanın İdarə Heyətinin sədri tərəfindən Palatanın əməkdaşları sırasından Attestasiya komissiyasının katibi təyin edilir. Attestasiya komissiyasının katibi komissiyanın iclaslarında səsvermə hüququna malik deyildir.

4.2. Attestasiya komissiyasının iclaslarında komissiyanın 3 (üç) üzvü iştirak etdikdə səlahiyyətli sayılır.

4.3. Attestasiya komissiyası aşağıdakı səlahiyyətlərə malikdir:

4.3.1. attestasiyanın keçirilməsini təmin etmək;

4.3.2. attestasiyanın davam etmə müddətini müəyyən etmək;

4.3.3. attestasiyanın keçirilmə tarixini və vaxtını müəyyən etmək;

4.3.4. attestasiyanın nəticələri üzrə qərar qəbul etmək;

4.3.5. komissiyanın işinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

4.3.6. attestasiya ilə əlaqədar apellyasiya şikayətlərinə baxmaq;

4.3.7. attestasiya ilə əlaqədar digər məsələlər.

4.4. Attestasiya komissiyasının işi bu Qaydaların tələblərinə cavab verməli, obyektivlik və qərəzsizlik şəraitində aparılmalıdır. Attestasiya komissiyası öz qərarını açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda namizəd attestasiyadan keçmiş hesab edilir.

4.5. Attestasiya komissiyasının iclasında attestasiyanın nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

4.5.1. təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğundur;

4.5.2. təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğun deyil.

4.6. Attestasiyanın nəticələri attestasiya günü elan olunur.

4.7. Attestasiyanın nəticələri iki nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri, katibi və komissiyanın səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan Attestasiya vərəqəsi və iclasın protokolu ilə rəsmiləşdirilir. Attestasiya vərəqəsinin imzalanmış nüsxəsi 3 (üç) iş günündən gec olmayaraq səhmdar investisiya fonduna və ya idarəçiyə təqdim olunur.

4.8. Attestasiyada iştirak edən səhmdar investisiya fondunun və idarəçinin rəhbər işçisi(ləri) attestasiyaya dair öz xüsusi rəyini Attestasiya komissiyasına bildirə bilər. Verilmiş rəy Attestasiya vərəqəsində qeyd edilir.

4.9. Barəsində təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğun deyil qərarı qəbul edilən şəxsin namizədliyi attestasiya günündən ən azı 6 (altı) ay keçdikdən sonra yenidən namizəd kimi təqdim oluna bilər.

4.10. Səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının üzvləri hər 5 ildən bir yenidən attestasiyadan keçməlidirlər.

Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydalarına

Əlavə 1

Şəkil üçün

yer 3 x 4

ANKETİ

1. Adı

______________________________________________________________________________

(soyadı) (adı) (atasının adı)

2. Ünvanı

______________________________________________________________________________

(ölkə) (şəhər/rayon) (poçt indeksi)

3. Doğulduğu tarix

______________________________________________________________________________

(gün) (ay) (il)

4. Doğulduğu yer

______________________________________________________________________________

(ölkə) (şəhər/rayon)

5. Vətəndaşlığı

______________________________________________________________________________

(ölkə)

6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, təqdim edən dövlət orqanının adı

______________________________________________________________________________

7. Əlaqə telefonu (ları)

_______________ _______________ ______________________

(ev) (iş) (mobil)

8. Faks nömrəsi (ləri) (əgər varsa)

_______________________________________________________

9. Elektron poçt ünvanı(ları) (əgər varsa)

________________________________________________

10. Ailə vəziyyəti

Yaxın qohumları (əri/arvadı, valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı):

Soyadı, adı

Təvəllüdü

Qohumluğu

11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nikahdan əvvəlki soyadınızı, əvvəlki nikahlardakı soyadınızı, qanuni olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı və s.).

Soyadı, adı

İstifadə dövrü

İstifadənin / dəyişdirilmənin səbəbləri

12. Yaşayış yerləri barədə məlumatlar

Son beş ildə bütün yaşayış yerlərinizi xronoloji qaydada göstərin (sonuncudan başlamaqla).

Ölkə

Şəhər / rayon

Küçə

Poçt indeksi

Yaşadığınız müddət

ay/il

-dən

ay/il

-dək

13. Ali təhsili və peşə təcrübəsi barədə məlumatlar

a) Ali təhsil barədə məlumatları göstərin

Ali təhsil müəssisəsinin adı

Təhsil müddəti

Aldığı ixtisası

Diplom və ya təhsil haqqında digər sənədin nömrəsi

b) Elmi dərəcələrinizi, elmi adlarınızı və elmi əsərlərinizi göstərin.

Elmi dərəcə, onun alındığı tarix və onu təsdiqləyən sənədin nömrəsi

Elmi ad (lar)

Elmi əsərlər

c) İxtisas dərəcənizi müəyyənləşdirmək üçün mühüm hesab etdiyiniz hər hansı başqa məlumatları (ixtisas üzrə yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və s. tədbirlərdə iştirak) təqdim edin.

______________________________________________________________________________

______________________________________________________________________________

14. İş yeri barədə məlumatlar

a) İş yeriniz və ya müstəqil məşğuliyyətiniz barədə aşağıdakı məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən başlayaraq). Bütün işsizlik dövrlərini və əvvəlki işdən çıxma səbəblərini göstərin.

1. Təşkilatın adı:

________________________________________________________________________

2. Ünvanı:

________________________________________________________________________

Ölkə Şəhər/ rayon Küçə Poçt indeksi

İşəgötürənin soyadı, adı__________________________________________________

İşəgötürənin vəzifəsi ____________________________________________________

Telefon nömrəsi _________________________________________________________

Tutduğunuz vəzifə______________________________________________________

İşləmə dövrü: _____________ -dən ________________ - dək

İşdən çıxmanın səbəbləri _________________________________________________

________________________________________________________________________ ________________________________________________________________________

(sizin işdən azad edilməyiniz və ya hər hansı işdən öz xahişinizlə çıxıb getməyin təklif edilməsi hallarının olub-olmadığını göstərin)

Müstəqil fəaliyyətin növü _________________________________________________

b) Maliyyə xidmətləri sektorunda iş təcrübəniz haqqında məlumat, o cümlədən, rəhbərliyiniz altında olan işçilərin sayını, investisiyalar haqqında və digər mühüm məsələlər üzrə qərarların qəbul edilməsi səlahiyyətlərini göstərin.

______________________________________________________________________________

______________________________________________________________________________

15. Müxtəlif məlumatlar

a) Əgər belə fakt varsa, müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü və ya digər rəhbəri, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxslər (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti, təsərrüfat ortaqlığı və s.) barədə aşağıdakı məlumatları göstərin. Bu bölmədə bundan əvvəl təqdim olunmuş məlumatları təkrar etməyin.

Hüquqi şəxsin adı və ünvanı

Təşkilati-hüquqi forması

Fəaliyyət növü

Vəzifə / əlaqə

Səhmlərin

(payın)

məbləği və nizamnamə kapitalında xüsusi çəkisi

(faizlə)

Əlaqə müddəti

Ay/il

-dən

Ay/il

-dək

b) Aşağıdakılar üçün ərizə verərkən nə vaxtsa rədd cavabı almısınızmı və planlaşdırılan rədd cavabı barədə rəsmi, yaxud qeyri-rəsmi bildiriş aldıqdan sonra öz istəyinizlə ərizəni geri götürmüsünüzmü?

Yox

         investisiya fondunun və ya qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin təsis edilməsi

         investisiya fondunun və ya qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühüm iştirak payının alınması

Əgər yuxarıda göstərilən suallardan hər hansı birinə cavab təsdiqedicidirsə, rədd cavabının və ya ərizənin geri götürülməsinin səbəblərini, müvafiq dövlət orqanını, ərizənin verilməsi tarixini və bu məsələyə dair digər məlumatı ətraflı göstərin.

______________________________________________________________________________

______________________________________________________________________________

ç) Əgər belə fakt varsa, üç ildən az olmayan müddət ərzində müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü və ya digər rəhbəri, əməkdaşı, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxs üçün icazə, şəhadətnamə, sertifikat və ya lisenziya alınması ilə əlaqədar hər hansı bir nəzarət orqanına təqdim edilən sənədlərdə saxta və ya yanlış məlumatların olması səbəbindən icazə, şəhadətnamə, sertifikat və ya lisenziyanın ləğv edilməsi halları haqqında ətraflı məlumat göstərin.

______________________________________________________________________________

______________________________________________________________________________

d) Əgər belə fakt varsa, əlaqədar olduğunuz maliyyə vəziyyətinin pisləşməsi üzündən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin təşkilatın müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvlüyü barədə məlumatı göstərin.

______________________________________________________________________________

______________________________________________________________________________

e) Əgər Siz son 3 ildə kənar auditorların və ya qanuna uyğun olaraq təyin edilmiş nəzarətçilərin hesabat sənədlərini imzalamaqdan imtina etdikləri və ya qeyd-şərt etməklə imzaladıqları hüquqi şəxsin rəhbəri olmusunuzsa, bu barədə ətraflı məlumat verin.

______________________________________________________________________________

______________________________________________________________________________

ə) Əgər belə fakt varsa, müşahidə şurasının, icra orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü, yaxud mühüm iştirak payının sahibi olduğunuz hüquqi şəxsin fəaliyyəti ilə bağlı son 10 ildə hər hansı cinayət işlərinin istintaqı aparılmışdırsa, istintaqa hansı qisimdə (təqsirləndirilən şəxs, şahid və s.) cəlb edildiyinizi göstərin.

______________________________________________________________________________

______________________________________________________________________________

f) Əgər belə fakt varsa, təsisçisi və ya üzvü olduğunuz qeyri-hökumət təşkilatları barədə aşağıdakı məlumatları göstərin.

Təşkilatın adı və ünvanı

Fəaliyyət növü

Vəzifə / əlaqə

g) Əgər sizin məqbul və lazımi keyfiyyətlərə malik olmanızı və ya peşəkarlığınızı təsdiq edən hər hansı məlumatlara maliksinizsə, həmin məlumatları göstərin.

______________________________________________________________________________

______________________________________________________________________________

Mən, aşağıda imza edən, bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm.

İmza:_____________

Tarix:_____________

Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydalarına

Əlavə 2

Vətəndaş qüsursuzluğuna dair

Ə R İ Z Ə

________________________________________________________________________

(soyadı, adı, atasının adı)

________________________________________________________________________

________________________________________________________________________

Aşağıdakı faktların olmadığını təsdiq edirəm:

1. Mühüm iştirak payının sahibləri, o hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri:

- qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması.

2. Səhmdar investisiya fondunda və idarəçidə rəhbər vəzifə tutan şəxslər, əmlak inzibatçısı üçün:

- məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması.

______________________ ________________________

(imza) (imzanın tarixi)

Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydalarına

Əlavə 3

A T T E S T A S İ Y A V Ə R Ə Q Ə S İ

1.      Soyadı, adı, atasının adı_______________________________________________

2. Doğulduğu il__________________________________________________________

3. Ali təhsili barədə məlumatlar______________________________________________________________

(hansı ali təhsil müəssisəsini və nə vaxt bitirmişdir)

___________________________________________________________________________

(təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı)

___________________________________________________________________________

(ixtisasını nə vaxt və harada artırmışdır)

4. Attestasiya keçirilən zaman attestasiya keçənin iddia etdiyi vəzifə ________________________________________________________________________

5. Ümumi əmək və səhmdar investisiya fondunda və ya investisiya fondunun idarəçisində əmək stajı

___________________________________________________________________________

(o cümlədən namizədliyi irəli sürülmüş səhmdar investisiya fondunda və ya idarəçisində əmək stajı)

6. Əvvəlki attestasiyaların nəticələri ____________________________________________

_________________________________________________________________________

7. Attestasiya edilən şəxsə verilən suallar və cavablar*.

8. Attestasiya Komissiyası üzvlərinin rəyi ______________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

9. Namizədi təqdim etmiş investisiya fondunun və ya investisiya fondunun idarəçisinin rəhbərinin rəyi ______________________________________________________________

____________________________________________________________________________

___________________________________________________________________________

10. Attestasiya edilən şəxsin rəyi ______________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

11. Attestasiyanın nəticələrinə görə qəbul edilmiş qərar________________________

___________________________________________________________________________

___________________________________________________________________________

Səslərin miqdarı: lehinə _______________ əleyhinə______________

12.Qeyd___________________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

Attestasiya komissiyasının sədri: __________________ ___________________________

(imza) (soyadı, adı)

Attestasiya komissiyası sədrinin

müavini: ________________________ _________________________________

(imza) (soyadı, adı)

Attestasiya komissiyasının

Katibi: ________________________ _________________________________

(imza) (soyadı, adı)

Attestasiya komissiyasının

üzvləri: ________________________ _________________________________

(imza) (soyadı, adı))

________________________ _________________________________

(imza) (soyadı, adı))

________________________ _________________________________

(imza) (soyadı, adı))

Attestasiyanın keçirilmə tarixi_____________________________________________

Attestasiya edilən şəxsə verilən suallar və cavablar

________________________________________________________________________________