AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya Qərarı

Qəbul edildiyi tarix

12.08.2011

Qeydiyyat nömrəsi

1-N

Adı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı əlavə tədbirlər haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.08.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.030.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201108120001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.08.2011

 

 

Ədliyyə Nazirliyi tərəfindən kadr korpusunun hazırlıqlı, mənəvi cəhətdən saf, gənc və istedadlı işçilər hesabına komplektləşdirilməsinə xüsusi diqqət yetirilərək şəffaf müsabiqə tətbiq olunur. Son illər ərzində keçirilmiş müsabiqələr nəticəsində 223 hüquqşünas ədliyyə orqanlarında işlə təmin olunmuşdur. Hazırda beşinci müsabiqə üzrə namizədlərlə söhbət keçirilir.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Qanunun tətbiq edilməsi və ölkə Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nda dəyişikliklər edilməsi haqqında" dövlət başçısının 2011-ci il 3 mart tarixli 392 nömrəli Fərmanı və "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı nəzərə alınaraq nazirliyin rəhbərliyi tərəfindən ədliyyə orqanlarına işə qəbulla bağlı prosedurun sadələşdirilməsinə dair tapşırıq verilmişdir.

Bununla əlaqədar, kağız daşıyıcılarla yanaşı elektron qaydada müraciət olunmasını, tələb olunan sənədlərin yalnız müsabiqənin ilkin mərhələsindən müvəffəqiyyətlə çıxan şəxslər tərəfindən təqdim edilməsini və s. mütərəqqi müddəaları nəzərdə tutan yeni Qaydalar layihəsi hazırlanmış və Kollegiyada ətraflı müzakirə olunaraq bəyənilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 3.1-ci bəndini əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA  ALIR:

 

1. "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları" təsdiq edilsin (Əlavə ¹ 1).

2. "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması Qaydaları" təsdiq edilsin (Əlavə ¹2).

3. Ədliyyə Nazirliyinin 2006-cı il 9 iyun tarixli 9‑T nömrəli əmri ilə təsdiq edilmiş (2006-cı il 9 iyun tarixli 3226 nömrəli şəhadətnamə) "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması Qaydaları" və Ədliyyə Nazirliyinin 2007-ci il 27 dekabr tarixli 43-T nömrəli əmri ilə təsdiq edilmiş (2008-ci il 3 aprel tarixli 3390 nömrəli şəhadətnamə) "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları" ləğv edilsin.

4. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev). 

5. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə

müşaviri

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə

Nazirliyi Kollegiyasının 12.08.2011-ci il

tarixli 1-N nömrəli Qərarına

Əlavə ¹1

 

 

 

 

Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün

namizədlərlə müsabiqənin müsahibənin keçirilməsi

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa Azərbaycan Respublikası Prezidentinin 13.12.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə" uyğun hazırlanmışdır ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin müsahibənin təşkili məsələlərini tənzimləyir.

1.2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında vəzifələrə yararlı layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə ya müsahibə keçirilir.

1.3. Ədliyyə orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, qulluğa qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet səhifəsində elan verilir.

1.4. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılır.

1.5. Böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki tibb xidməti polkovniki istisna olmaqla) orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər müsabiqə və müsahibə, müsabiqə əsasında qəbul edilirlər.

1.6. "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.7-ci bəndində göstərilən şəxslər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə namizədlər, ədliyyə sistemində inzibati vəzifə tutmaqla dövlət qulluğunun ixtisas dərəcəsinə malik olan işçilər xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə keçdikdə, habelə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər, eləcə azı 5 il ədliyyə orqanlarında qulluq etmiş fəaliyyətində müsbət xarakterizə olunmuş şəxslər sonradan qulluğa qəbul edildikdə müsabiqədən azad olunurlar. Bu halda onlarla müsahibə keçirilir.

1.7. Hakimlər ədliyyə orqanlarına qulluğa qəbul olunmaq barədə müraciət etdikdə, səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci bəndinə əsasən xitam verildikdən sonra onlar ədliyyə orqanlarına qulluğa müsabiqə və müsahibədən keçmədən qəbul edilirlər.  

1.7-1. Müsabiqədən keçmiş namizədlər peşə fəaliyyətinə buraxılmaları məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilirlər. Müsahibədən keçmiş namizədlərin icbari təlimə cəlb edilməsi məsələsi Müsabiqə Komissiyası tərəfindən həll edilir. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər ədliyyə orqanlarına qulluğa qəbul edilirlər.

1.8. Naxçıvan Muxtar Respublikası ərazisində ədliyyə orqanlarına müvafiq vəzifəyə qulluğa qəbul bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 

2. Müsabiqə Komissiyaları

 

2.1. Müsabiqə və müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün müvafiq olaraq Ədliyyə Nazirliyinin və Tibb baş idarəsinin aparatlarında, Penitensiar xidmətin baş idarəsində azı 7 nəfərdən ibarət müsabiqə komissiyaları (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilir.

2.2. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu komissiyanın tərkibinə daxil edilə bilərlər.

2.3. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər cəlb edilə bilərlər.

2.4. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:

2.4.1. komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;

2.4.2. komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;

2.4.3. komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq;

2.4.4. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;

2.4.5. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.

2.5. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

2.5.1. komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;

2.5.2. komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

2.5.3. komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;

2.5.4. komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.

2.6. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

2.6.1. intizam qaydasında tutduğu vəzifədən azad olunaraq sərəncama götürüldükdə;

2.6.2. öz arzusu ilə komissiya üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

2.6.3. ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildikdə;

2.6.4 bu Qaydaların 2.5-ci bəndində göstərilən vəzifələri icra etmədikdə;

2.6.5 vəfat etdikdə.    

2.7. Komissiyanın üzvləri başqa vəzifəyə keçirildikdə, Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi həll olunur.

2.8. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təyin edilir.

2.9. Komissiya öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir.

2.10. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.11. Sədr olmadıqda komissiyanın iclaslarına sədr müavini, o, olmadıqda isə komissiya üzvlərindən biri sədrlik edir.

2.12. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. 

2.13. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.

 

3. Sənədlərin qəbulu

 

3.1. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə cavab verən şəxslər tərəfindən müsabiqədə iştirak etmək üçün bu Qaydalarla müəyyən edilmiş formada  (elektron və ya kağız daşıyıcılar vasitəsilə) müraciət oluna bilər (Əlavə ¹1). Müsabiqənin ixtisas imtahanından müvəffəqiyyətlə çıxanlar və müsahibədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim edirlər:

3.1.1. müsahibədə  iştirak  etmək  üçün vahid forma üzrə ərizə (Əlavə ¹2);

3.1.2. kadrların uçotunun şəxsi vərəqəsi;

3.1.3. tərcümeyi-hal

3.1.4. ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

3.1.5. şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3.1.6. əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

3.1.7. sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı;

3.1.8. hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd;

3.1.9. ailə tərkibi haqqında arayış;

3.1.10. 4x6 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər. 

3.2. Ərizələrin qəbulu müvafiq kadrlar xidmətləri tərəfindən aparılır. Sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu jurnalında qeydiyyata alınır.

3.3. Natamam və ya bu qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.

3.4. Ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir. 

3.5. Namizədin ədliyyə orqanlarına qulluğa qəbul edilməsinin mümkün olub-olmaması qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır və onun qulluğa qəbul edilməsinin mümkünlüyü barədə rəy hazırlanır. Namizədlər müsabiqənin söhbət mərhələsinə və ya müsahibəyə həmin rəy nəzərə alınmaqla buraxılırlar.

3.5-1. Ədliyyə orqanlarına qulluğa qəbul edilmək üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən və müsahibədən kənarlaşdırılır.

3.6.  Müraciət etmiş namizədlərin sənədləri ümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onun keçirilməsi ilə bağlı zəruri məlumatları özündə əks etdirən "Yaddaş kitabçası" verilir.

3.7. Siyahıya salınmış hər bir namizədə eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və anonimliyin qorunmasına xidmət edir.

3.8. İmtahana 2 gün qalmış hər bir namizədə onun fotoşəkli olan "İmtahana buraxılış vərəqəsi" verilir. "İmtahana buraxılış vərəqəsi"ndə namizədin şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, gün, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi göstərilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur. «İmtahana buraxılış vərəqəsi"ndə namizədin adı və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd müsabiqədən kənarlaşdırılır.

3.9. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq imtahana gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmır. "İmtahana buraxılış vərəqəsi"ni itirmiş və ya onda düzəliş etmiş şəxs imtahana buraxılmır və həmin şəxsə yeni "İmtahana buraxılış vərəqəsi" verilmir.

 

4. Müsabiqənin keçirilməsi

 

4.1. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir.

4.2. Müsabiqəyə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli şəxslər buraxılırlar.

4.3. İxtisas imtahanı test üsulu ilə həyata keçirilir. İmtahanın müəyyən olunmuş qaydada keçirilməsini təmin etmək məqsədilə digər müvafiq dövlət qurumları cəlb oluna bilərlər.

4.4. İxtisas imtahanının keçirilməsi:

4.4.1. İmtahan 100 sualdan ibarətdir və 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.

4.4.2. İmtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumat "Yaddaş kitabçası", internet və digər vasitələrlə namizədlərə çatdırılır. 

4.4.3. Konfidensiallıq təmin edilməklə imtahan suallarını və onların cavablarını komissiya hazırlayır və bu işə mütəxəssislər cəlb edə bilər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı beş dəfə çox olmalıdır.

4.4.4. Suallar imtahana ən azı 10 gün qalmış hazırlanır, komissiyanın qapalı iclasında baxılıb təsdiq edilir və zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır.

Komissiya, həmçinin imtahan suallarına düzgün cavabların siyahısını hazırlayır və onun konfidensiallığını təmin edir.

4.4.5. İmtahana 2 gün qalmış konfidensiallıq təmin edilməklə və yaxud texniki imkanlar yol verdikdə vahid auditoriyada keçirilən imtahan zamanı namizədlərin iştirakı ilə həmin gün suallar toplusundan 80 imtahan sualı seçilir. Bu suallar hüququn müxtəlif sahələrinə və ədliyyə fəaliyyətinə dair qanunvericiliyi əhatə edir.

İxtisas imtahanına namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən etmək üçün mövcud suallar toplusundan əlavə 20 sual seçilir.

4.4.6. İmtahanda istifadə olunacaq suallar namizədlərin sayına görə sual kitabçası şəklində çoxaldılır, ayrıca zərflərə qoyulur və üzərində qeydlər edilir, möhürlənir və xüsusi yerdə saxlanılır.

4.4.7. İmtahanın müəyyən edilmiş qaydalarda keçirilməsini təmin etmək məqsədi ilə imtahan rəhbəri və nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır. Eyni zamanda, beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri imtahanı müşahidə etməyə dəvət edilə bilər.

4.4.8. İmtahana bir saat qalmış zərflər namizədlərə verilmək üçün imtahan rəhbərinə verilir.

4.4.9. Namizədlər imtahanın başlanmasına azı bir saat qalmış imtahan verəcəkləri binanın qarşısına gəlməlidirlər.

4.4.10. İmtahana gəlmiş namizəd binanın giriş hissəsində "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən auditoriyada öz yerini tutmalıdır.

4.4.11. Hər bir masa arxasında bir namizəd əyləşir. Namizədlər auditoriyalarda öz yerlərini tutduqdan sonra imtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan rəhbəri, nəzarətçi müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır onları doldurmaq qaydalarını izah edir. Sonra isə sual kitabçası paylanır. Sual kitabçasının bir neçə variantı olduqda kitabça namizədlərə növbəlilik qaydasında müxtəlif variantlarda paylanır.

Hər  auditoriyada imtahanın başlanma vaxtı sual kitabçası paylanıb qurtardığı andan hesablanır.

4.4.12. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır ümumi nəticəyə hesablanmır. Suallara verilən səhv cavabların düzgün cavablara mənfi təsiri yoxdur. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanmalıdır.

4.4.13. İmtahan qurtardıqdan sonra namizəd cavab kartını imtahan nəzarətçilərinə təhvil verməli auditoriyanı tərk etməlidir.

4.4.14. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Həmin protokol nəzarətçilər iki nəfər namizəd tərəfindən imzalanır. Protokol cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə təqdim edilir o, möhürlənmiş zərfi aidiyyəti üzrə verir.

4.4.15. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə digər saxtakarlıqlara yol verdikdə imtahanın rəhbəri nəzarətçi bu barədə akt tərtib edir namizəd imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri komissiya tərəfindən ləğv edilir.

4.5. Cavab kartlarının yoxlanılması balların hesablanması:

4.5.1. Komissiya tərəfindən cavab kartlarının yoxlanılması balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə avtomatlaşdırılmış rejimdə elektron hesablayıcı maşınlar vasitəsilə həyata keçirilir. Möhürlənmiş cavab kartları ilə yanaşı, imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.

4.5.2. İmtahanda hüququn müxtəlif sahələrinə ədliyyə fəaliyyətini əhatə edən qanunvericiliyə dair hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal).

4.5.3. İmtahanda namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini dünyagörüşünü müəyyən edən 20 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal).

Suala düzgün olmayan cavab ya sualın cavabsız saxlanması "0" bala bərabərdir.

4.5.4. Cavab kartlarının yoxlanılması qurtardıqdan sonra imtahanın nəticələri komissiyanın sədrinə təqdim edilir.

Nəticələr namizədlərə qısa müddətdə elan olunur. Hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.

4.5.5. İxtisas imtahanının yekununa görə 55 daha artıq bal toplamış namizədlər söhbətə buraxılırlar.

4.5.5-1. İxtisas imtahanından müvəffəqiyyətlə çıxan namizədlər bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində təqdim etməlidir.

Bu yarımbəndin tələblərini üzrlü səbəb olmadan pozan namizədlər söhbət mərhələsinə buraxılmırlar.

4.5.6. İmtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində komissiyaya müraciət edə bilər. Komissiya aidiyyəti mütəxəssislərlə birlikdə şikayətçinin cavab kartını və arayışı ərizəçinin iştirakı ilə araşdırır və ona müvafiq izah verir.

4.5.7. Cavab kartının yoxlanılması düzgün həyata keçirilməmişdirsə, şikayətçiyə əsaslandırılmış məlumat verilir. Araşdırma nəticəsində namizədin keçid balı topladığı müəyyən edilərsə, komissiya onun söhbətə buraxılması məsələsini həll edir.

4.5.8. Komissiya imtahanın keçirildiyi gündən iki il müddətində cavab kartlarının saxlanılmasını təmin edir.

4.6. Söhbətin keçirilməsi:

4.6.1. Namizədlərin ədliyyə orqanlarında qulluq keçmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə ixtisas imtahanından keçid balı toplamış şəxslərlə komissiya tərəfindən söhbət keçirilir.

İxtisas imtahanından keçid balı toplamış, lakin təhsilini davam etdirməsi və ya digər üzrlü səbəblərlə əlaqədar söhbətdə iştirak etməmiş şəxslərlə söhbət onlar təhsilini başa vurduqdan və ya digər hallar aradan qalxdıqdan sonra müraciətlərinə əsasən keçirilir.

4.6.2. Söhbətin keçirildiyi yer və vaxt barədə namizədlərə komissiya tərəfindən əvvəlcədən məlumat verilir. Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

4.6.3. Namizədlər söhbətdən əvvəl psixoloji testdən keçirilirlər.

4.6.4. Söhbət zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktlarını vəzifə borclarının icrası ilə əlaqədar tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi, ümumi dünyagörüşünün, həmçinin, ədliyyə orqanları işçisinə zəruri olan xüsusiyyətlərin (o cümlədən özünü təqdimetmə, komanda tərkibində işləmək, problemi həlletmə, təşkilatçılıq və idarəetmə qabiliyyətinin, yaradıcılıq və təşəbbüskarlığının, analitik düşüncə tərzinin, nailiyyətlərinin və sair) qiymətləndirilməsi  üçün müvafiq suallar verilir.

4.6.5. Söhbət başlanarkən komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir və söhbət aparan şəxslərdən etirazları olub-olmamasını soruşur. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan söhbət aparan şəxs həmin namizədlə söhbətdə iştirak etmir. Əsaslar olduqda namizəd söhbət başlanmazdan əvvəl söhbət aparanlardan hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini komissiyanın sədri müəyyən edir.

4.6.6. Namizədlərlə söhbət fərdi qaydada və 30 dəqiqəyədək aparılır. Söhbət zamanı hər namizədə 5 sual verilir.

4.6.7. Söhbət zamanı namizədin verdiyi hər cavab komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq söhbətdə iştirak edən komissiya üzvlərinin sayına bölünür.

4.6.8. Söhbətin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

4.6.9. Komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.

4.6.10. Söhbətin nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox bal topladıqda söhbətdən müvəffəqiyyətlə keçmiş hesab olunur.

 

5. Müsahibənin keçirilməsi

 

5.1. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

5.2. Müsahibə hər bir namizədlə fərdi qaydada bu Qaydaların 4.6.5-ci bəndinin tələblərinə əməl edilməklə həyata keçirilir və 30 dəqiqəyədək davam edir.

Müsahibə zamanı hər namizədə iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə 5 sual verilir.

5.3. Bu suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:

5.3.1. vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktlarını tətbiq etmək sahəsində biliyi və bacarığı, o cümlədən təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı və səviyyəsi;

5.3.2. özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək  qabiliyyəti;

5.3.3. təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.

5.4. Namizədlər müsahibədən əvvəl psixoloji testdən keçirilə bilərlər.

5.5. Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

5.6.  Müsahibə zamanı namizədin verdiyi hər cavab bu Qaydaların 4.6.7-ci bəndinə uyğun olaraq qiymətləndirilir və topladığı bal hesablanır, 4.6.9-cu bəndinə müvafiq formada komissiyanın sədrinə təqdim edilir.

5.7. Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox bal topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

5.8. Hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.

5.9. Müsahibənin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar və onların cavabları qeyd edilir.

5.10. Müsahibənin nəticəsi üzrə qərar bu Qaydaların 2.12-ci bəndinin tələblərinə əməl edilməklə qəbul edilir.

 

6. Müsabiqənin və müsahibənin yekunlaşdırılması, namizədlərin təyinatına dair təkliflərin verilməsi

 

6.1. Müsabiqədə və müsahibədə iştirak edən namizədlər topladıqları ballara uyğun sıralanırlar.

6.2. Müsabiqədə və müsahibədə bərabər nəticələr əldə etmiş şəxslərdən elmi dərəcəsi olanlara, daha təcrübəlilərə, habelə xarici dilləri mükəmməl bilənlərə, kompüter biliklərinə malik olanlara və fikrini yazılı surətdə səlis ifadə etmək bacarığı nümayiş etdirənlərə üstünlük verilir.

6.3. Müsabiqənin və müsahibənin nəticələri üzrə namizədin, müvafiq olaraq, icbari təlimə cəlb edilməsi və ya cəlb edilməməsi, yaxud da ədliyyə orqanlarına qulluğa qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə müvafiq iki qərardan biri qəbul edilir. Nəticələr , bir qayda olaraq, müsabiqə ümumilikdə başa çatdıqdan, müsahibə isə yekunlaşdıqdan sonra elan olunur və hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.

6.4. Peşə fəaliyyətinə buraxılış məqsədilə keçirilən icbari təlimin yekunları üzrə namizədlər üçün Ədliyyə Nazirliyi tərəfindən Ədliyyə Akademiyası ilə birlikdə imtahan keçirilir. Təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilir.

Ədliyyə Akademiyasında icbari təlimi müxtəlif səbəblərdən başa çatdırmamış namizədlərə müəyyən olunmuş nümunəyə uyğun arayış verilir və onlar ədliyyə orqanlarına qulluğa tövsiyə olunmurlar.

6.5. Komissiyanın qərarlarından və icbari təlimin yekunları üzrə imtahanın nəticəsindən razı olmayan namizədlər Azərbaycan Respublikasının ədliyyə nazirinə şikayət edə bilərlər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.

6.6. Ədliyyə orqanlarına qulluğa qəbul olunmağa tövsiyə edilmiş namizədlərin təyinatına dair aidiyyəti rəhbərə müvafiq qaydada təkliflər təqdim olunur. Təqdim olunmuş namizədlər sırasından müvafiq vakant vəzifələrə müəyyən olunmuş qaydada təyinat aparılır.

6.7. Peşə fəaliyyətinə buraxılış şəhadətnaməsi almış və ya müsahibədən müvəffəqiyyətlə keçən namizədlərin sayı ədliyyə orqanlarında boş olan ştat vahidlərinin sayından artıq olarsa qulluğa qəbul edilməsi barədə əmr verilməyən namizədlər, müvafiq olaraq, növbəti icbari təlimin və ya müsahibənin yekunları üzrə qulluğa qəbulla bağlı tövsiyələr təqdim edilənədək ehtiyat kadr siyahısında olmaqla, aidiyyəti vakant ştat vahidi yarandıqda (bu Qaydaların 3.1-ci bəndinin tələbləri nəzərə alınmaqla) istifadə oluna bilərlər.

6.8. Müəyyən olunmuş müddət bitdikdən sonra və ya təklif edilən iki münasib işdən imtina edənlər (eyni iş təkrarən təklif oluna bilməz) ehtiyat kadr siyahısından çıxarılırlar. Namizəd ehtiyat kadr siyahısından çıxarıldıqda peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə qüvvəsini itirir.


 

 

"Ədliyyə orqanlarına qulluğa qəbul

olunmaq üçün namizədlərlə müsabiqənin

və müsahibənin keçirilməsi Qaydaları"na

Əlavə ¹1

 

 

 

Azərbaycan Respublikası vətəndaşının

ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak

etməsi üçün müraciətinin forması

 

FOTO

(3x4)

 

_____________________________________________________________________________________________________________

1. Vətəndaş haqqında məlumat:

1.1. Adı

____________

1.2. Soyadı

___________

1.3. Atasının adı

_________

 

 

1.4. Cinsi:

Kişi

 

1.5. Doğulduğu tarix (gün, ay, il)______________________________________

 

 

 

 

 

Qadın

 

1.6. Doğulduğu yer (ölkə, şəhər (rayon), kənd)________________________

 

 

 

 

2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat:

 

2.1. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi  ______________________

2.2. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix (gün, ay, il) __________________

 

 

2.3. Şəxsiyyət vəsiqəsini verən orqanın adı  __________________________

2.4. FİN (fərdi identifikasiya nömrəsi) _________________________________

 

 

3. Vətəndaşla əlaqə vasitələri haqqında məlumat:

 

3.1. Qeydiyyatda olduğu ünvan (şəhər, rayon, kənd və küçə göstərilməklə)____________________________________________________

 

__________________________________________________________________________________________________________________________________

 

3.2. Faktiki yaşadığı ünvan (vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa)_________________________________________________

 

____________________________________________________________________________________________________________________________________

 

3.3. Elektron poçt ünvanı__________________________________________________________________________________________________________

 

3.4. Mobil telefonu (operatorun kodu göstərilməklə)_____________________________________________________________________________

 

3.5. Ev telefonu (şəhər (rayon) kodu göstərilməklə)________________________________________________________________________________

 

3.6. İş telefonu (şəhər (rayon) kodu göstərilməklə)________________________________________________________________________________

 

4. Vətəndaşın ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması haqqında məlumat:

 

4.1. Ali hüquqi təhsilə maliksinizmi?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

4.2.  İkili vətəndaşlığınız varmı?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

4.3. Digər dövlətlər qarşısında öhdəliyiniz varmı?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

4.4. Din xadimisinizmi?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

4.5.  Barənizdə fəaliyyət qabiliyyətinə malik olmamağınız və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmağınıza dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

 

 

 

4.6.  Barənizdə cinayət işi olmuşdurmu?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

4.7.  Cinayət törətməyə görə əvvəllər məhkum olunmusunuzmu?

 

Bəli

 

 

Xeyr

 

 

 

 

 

 

 

 

 

4.8.  Cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdirmi?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

4.9   Barənizdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

 

 

 

4.10. Barənizdə məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya dövlət orqanlarında əvvəllər yol verilmiş kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmə haqqında qərar varmı?

Bəli

 

Xeyr

 

 

 

 

 

 

 

 

 

4.11. Hərbi xidmət keçmisinizmi?

Bəli

 

Xeyr

 

 

Məndə olan tibbi sənədlərə görə fiziki və əqli cəhətdən ədliyyə orqanlarında işləməyə yararlıyam

                                                                                                                                       İmza_________________________

5. Vətəndaşın əmək fəaliyyəti haqqında məlumat:

 

5.1. Əmək fəaliyyəti:

İndiyədək işləməmişəm

 

Hazırda işləmirəm

 

İşləyirəm

 

 

 

5.2. İşləyirsinizsə, hazırkı iş yeriniz və vəzifəniz____________________________________________________________________________________

____________________________________________________________________________________________________________________________________

 

5.3. Ümumi iş stajınız (müraciətin doldurulduğu tarixə)  ______ il  ______ ay ______gün

 

6. Vətəndaşın təhsili haqqında məlumat:

 

6.1. Ali təhsilin səviyyəsi:

Bakalavriat

 

Magistratura

 

Doktorantura

 

Digər

 

 

 

6.1.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil  olduğunuz  il _________________________________________________________________

 

____________________________________________________________________________________________________________________________________

 

6.1.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin)_________________________________________________

 

____________________________________________________________________________________________________________________________________

 

6.1.3. Diplomun seriyası və nömrəsi______________________

6.1.4. Diplomun verildiyi tarix (gün, ay, il)_________________________

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

 

6.1.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi______________

6.1.6. Verildiyi tarix (gün, ay, il) _____________________________

 

6.2. Ali təhsilin səviyyəsi:

Bakalavriat

 

Magistratura

 

Doktorantura

 

Digər 

 

 

 

6.2.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz  il___________________________________________________________________

 

____________________________________________________________________________________________________________________________________

 

6.2.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin)_________________________________________________

 

____________________________________________________________________________________________________________________________________

 

6.2.3. Diplomun seriyası və nömrəsi_______________________

6.2.4. Diplomun verildiyi tarix (gün, ay, il)_________________________

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

 

6.2.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi_______________

6.2.6. Verildiyi tarix (gün, ay, il)_________________________________

 

6.3. Ali təhsilin səviyyəsi:

Bakalavriat

 

Magistratura

 

Doktorantura

 

Digər 

 

 

 

6.3.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil  olduğunuz  il _________________________________________________________________

 

____________________________________________________________________________________________________________________________________

 

6.3.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) _________________________________________________

 

____________________________________________________________________________________________________________________________________

6.3.3. Diplomun seriyası və nömrəsi___________________

6.3.4. Diplomun verildiyi tarix (gün, ay, il)_________________________

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

 

6.3.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi_______________

6.3.6. Verildiyi tarix (gün, ay, il)_________________________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər kadr sənədlərimin test imtahanından sonra qanunvericiliyə müvafiq olaraq toplanılacağı və yoxlanılacağı, bu zaman qulluğa qəbul olunmağımı istisna edən hallar aşkar edilərsə müsabiqədən kənarlaşdırılacağım, həmçinin müraciətdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsinin qulluğa qəbul olunmamağım və ya qulluq keçməyimə xitam verilməsi üçün əsas olması barədə məlumatlıyam.

 

İmza

 

 

Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm

 

Müraciətin doldurulduğu tarix (gün, ay, il)

 

İmza

 

 

 

 

 

 

 

 

 

 

BU HİSSƏ MÜRACİƏTİ QEYDƏ ALAN VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN DOLDURULUR

 

Müraciəti qəbul edən şəxsin vəzifəsi, adı və soyadı____________________________________________________

 

Müraciətin təqdim edildiyi tarix

 

İmzası

 

 

 

Müraciətin doldurulması ilə bağlı qeydlər:

 

1.    Bu Formanın aidiyyəti hissə, bənd və ya yarımbəndləri mütləq doldurulmalıdır. Əks təqdirdə müraciətiniz qəbul olunmayacaqdır.

 

2.    6-cı hissə doldurularkən bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinin ardıcıllığı gözlənilməlidir. Digər ali təhsil səviyyəsini  bitirmişlər və s. “Digər” qrafasını seçməlidir. “Digər” qrafası seçildiyi halda  “Diplom üzrə ixtisasın şifri və adı” yarımbəndi doldurularkən vətəndaşın təhsil səviyyəsi də qeyd edilməlidir. Misal üçün: HS130100-hüquqşünaslıq, ali təhsil.

 

Qeyd: Elektron daşıyıcı vasitəsilə göndərilən müraciətin “Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm” bölməsində yalnız göstərilən məlumatların doğruluğunun təsdiqi üçün müvafiq düymə və müraciətin doldurulduğu tarix əks olunur və müraciəti qeydə alan vəzifəli şəxs tərəfindən doldurulan hissə nəzərdə tutulmur.

 

 

 

 

 


 

"Ədliyyə orqanlarına qulluğa qəbul

olunmaq üçün namizədlərlə müsabiqənin və

müsahibənin keçirilməsi Qaydaları"na

Əlavə ¹2

 

 

 

 

Azərbaycan Respublikasının ədliyyə naziri

 

___________________________________

 

___________________________________

 

___________________________________

 

___________________________________

 

__________________________ünvanda

 

yaşayan ___________________________

 

                 (soyadı, adı, atasının adı)

 

________________________ tərəfindən

 

Ə R İ Z Ə

 

            Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsahibəyə buraxılmağımı xahiş edirəm.

 

__________________________________________________________________________________ doğulmuşam.

(gün, ay, il, doğulduğu yer)

 

            Ali _________________təhsilə malikəm, ____________________________________________________

                              (hansı)

_________________________________________________________________________________________________

 

________________________________________________________________________________________________

(hansı ali təhsil müəssisəsini, nə vaxt, hansı ixtisas üzrə bitirmişdir, diplomun seriyası və nömrəsi)

 

Hazırda _________________________________________________________________________________

 (işlədiyi idarənin adı və tutduğu vəzifə)

___________________________________________________________________________ işləyirəm.

 

Əlavə bildirirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam, qanunvericiliklə ədliyyə orqanlarında işləməyimə mane olan hallar yoxdur.

            Ədliyyə orqanlarına işə qəbul edildiyim halda heç bir seçkili və ya digər təyinatlı vəzifələr tutmamağı, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul olmamağı öhdəmə götürürəm.

Xarici  dilləri (________________________)  bilirəm   (bilmirəm),    kompüter   biliklərinə 

                                       (hansıları)                    (üstündən xətt çəkilməli)

malikəm (malik deyiləm).

     (üstündən xətt çəkilməli)                                                                                      

 

 

 

                                                                          İmza _____________________

                                                                  

                                                                        "_____" ___________ 20___-ci il

                                                                                                                                    (tarix

 

 

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə

Nazirliyi Kollegiyasının 12.08.2011-ci il

tarixli 1-N nömrəli Qərarına

Əlavə ¹2

 

 

Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması

 

Q A Y D A L A R I

 

1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 03.09.2001-ci il tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları"nın müddəalarına uyğun hazırlanmışdır və müsabiqə, həmçinin müsahibə əsasında ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması məsələlərini tənzimləyir.

2. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə cavab verən şəxslər tərəfindən müsabiqə və müsahibədə iştirak etmək üçün müvafiq qaydalarla müəyyən edilmiş formada müraciət oluna bilər.  

3. Sənədlərini təqdim etmiş namizədin ədliyyə orqanlarına qulluğa qəbul edilməsinin mümkün olub-olmamasını müəyyən etmək məqsədilə kadrlar xidməti tərəfindən bir ay müddətində yoxlama aparılır.

4. Müsabiqənin ixtisas imtahanı mərhələsindən müvəffəqiyyətlə çıxanlar  və müsahibədə iştirak etmək istəyənlər ərizə ilə birlikdə kadrlar xidmətinə aşağıdakı sənədləri təqdim edirlər:

4.1. kadrların uçotunun şəxsi vərəqəsi;

4.2. tərcümeyi-hal;

4.3. ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

4.4. şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

4.5. əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

4.6. sağlamlıq haqqında Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı;

4.7. hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd.

4.8. ailə tərkibi haqqında arayış;

4.9. 4x6 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

5. Tərcümeyi-halda müraciət edənin soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, ixtisası (nə vaxt və hansı təhsil müəssisəsini bitirmişdir), əmək fəaliyyətinə başladığı vaxtdan etibarən iş yerləri və vəzifələri (ali, orta ixtisas məktəblərində təhsil aldığı vaxt, hərbi xidmət və əvəzçilik üzrə iş dövrü daxil olmaqla), onunla yaxın qohumluq və qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsində olan şəxslər haqqında məlumat (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, iş yeri, tutduğu vəzifə, yaşadığı ünvan, məhkum olunub-olunmaması, həmçinin işləməyənin, yaxud vəfat etmişin əvvəlki iş yeri və tutduğu vəzifə) göstərilməli, habelə ədliyyə və digər hüquq-mühafizə orqanlarında, həmçinin məhkəmələrdə işləyən qohumları qeyd olunmalıdır. Tərcümeyi-hal və kadrların uçotunun şəxsi vərəqəsi müraciət edənin özü tərəfindən əl ilə yazılır, imzalanır və o, göstərilənlərin doğruluğuna cavabdehlik daşıyır.

6. Bu Qaydaların 4-cü bəndində göstərilənlərdən əlavə digər sənədlərin tələb edilməsinə yol verilmir. Müraciət etmiş şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər.

7. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxsin bu Qaydaların 4-cü bəndində göstərilən sənədləri qəbul edildikdən sonra təxirəsalınmadan Ədliyyə Nazirliyinin Kadrlar idarəsi aşağıdakı təşkilatlara sorğular göndərir:

7.1. şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması, məhdud fəaliyyət qabiliyyətinə malik olması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olub-olmamasını yoxlamaq üçün müvafiq məhkəməyə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə;

7.2. şəxsin, onunla yaxın qohumluq və qudalıq əlaqəsində olanların əvvəllər məhkum olunub-olunmamasını, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilib-verilməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;

7.3. şəxsin din xadimi olub-olmamasını müəyyən etmək məqsədilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə;

7.4. qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatları əldə etmək məqsədilə müvafiq qurumlara.

8. Zəruri hallarda müraciət edənin və onun yaxın qohumlarının barəsində digər məlumatların olub-olmamasını müəyyən etmək məqsədilə kadrlar xidməti tərəfindən araşdırma aparıla bilər. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanılmamalıdır.

9. Yoxlamanın gedişində müraciət edənin təqdim etdiyi sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar, yaxud uyğunsuzluq aşkar edildikdə, bunun səbəbləri kadrlar xidməti tərəfindən araşdırılır. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanılmamalıdır.

10. Müraciət edən şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin qulluğa qəbul olunmaması üçün əsasdır. Bu barədə o, əvvəlcədən xəbərdar edilir.

11. Yoxlamanın nəticələrinə görə müraciət edənin ədliyyə orqanlarına qulluğa qəbul edilməsini qanunvericiliklə istisna edən hallar aşkar edilmədikdə, kadrlar xidməti tərəfindən rəy tərtib olunaraq toplanmış sənədlərlə birlikdə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasına təqdim edilir.

12. Rəydə onu tərtib edən kadrlar xidməti əməkdaşının soyadı, adı, vəzifəsi, xüsusi rütbəsi, müraciət edənin soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, təhsili, əmək fəaliyyəti, hərbi xidmət keçməsi, məhkum olunub-olunmaması, onunla yaxın qohumluq və qudalıq əlaqəsində olan şəxslər barədə məlumatlara dair qeydlər və müraciət edənin qulluğa qəbul edilməsinin mümkünlüyü göstərilir.

13. Aşağıdakı hallarda rəydə müvafiq qeyd aparılır:

13.1. müraciət edənlə yaxın qohumluq və qudalıq əlaqəsində olan şəxslərin məhkum olunması aşkar edildikdə (bu halda müvafiq sənəd rəyə əlavə edilir);

13.2. müraciət edənin ədliyyə və digər hüquq-mühafizə orqanlarında, həmçinin məhkəmələrdə işləyən qohumları olduqda;

13.3. müraciət edənin ədliyyə orqanlarına qulluğa qəbul edilməsini istisna etməyən xəstəliyi olduqda (bu halda müvafiq sənəd rəyə əlavə edilir);

13.4. yoxlama zamanı müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə həqiqətə uyğun olmayan, lakin ədliyyə orqanlarına qulluğa qəbulu istisna etməyən məlumatlar aşkar edildikdə.

14. Müsabiqə Komissiyası müraciət edənin sənədlərini nəzərdən keçirərək barəsində olan rəyə əsasən onun müsabiqənin söhbət mərhələsinə və ya müsahibəyə buraxılması məsələsi ilə bağlı qərar qəbul edir.

15. Yoxlama nəticəsində müraciət edənin ədliyyə orqanlarına qulluğa qəbulunu qanunvericiliklə istisna edən əsaslardan azı biri aşkar olunduqda, xahişin rədd edilməsinin səbəbləri göstərilməklə ona rəsmi cavab verilir.

16. Narazı qalan şəxsin şikayətinə qanunvericiliyə uyğun olaraq baxılır.

17. Naxçıvan Muxtar Respublikası ərazisində müsabiqə və müsahibə əsasında ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.             Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 iyul 2012-ci il tarixli 13-N nömrəli Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207131013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyul 2012-ci il)

2.             Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 iyul 2012-ci il tarixli 14-N nömrəli Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207130014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyul 2012-ci il)

3.             Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2012-ci il tarixli 35-N nömrəli Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201212290035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2012-ci il)

4.             Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2012-ci il tarixli 36-N nömrəli Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201212290036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2012-ci il)