AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 25.06.2011
Qeydiyyat nömrəsi: 1554
Adı: Azərbaycan Respublikası Milli Məclisi Aparatında inzibati vəzifə tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 530
Qüvvəyə minmə tarixi: 30.06.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 330.030.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 32201106251554
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.09.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarına və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna müvafiq olaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Məclisi Aparatında inzibati vəzifə tutan dövlət qulluqçularına inzibati vəzifələrin ikinci təsnifatı üzrə aşağıda göstərilən ixtisas dərəcəsi verilsin:

 

2-ci dərəcə dövlət müşaviri

 

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri

- İlqar İslam oğlu Fərzəliyevə

 

İqtisadi qanunvericilik şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri

- Rauf Şaiq oğlu Hacıyevə

Dövlət qulluğu üzrə qanunvericilik şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri

- Lətif Hüseyn oğlu Hüseynova

 

3-cü dərəcə dövlət müşaviri

 

Dövlət qulluğu üzrə qanunvericilik şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri

- Hacı Mirhəşim Miryaqub oğlu Seyidə

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti