AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 25.06.2011
Qeydiyyat nömrəsi: 1555
Adı: Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında inzibati vəzifə tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 531
Qüvvəyə minmə tarixi: 30.06.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 330.030.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 32201106251555
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.09.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarına və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında inzibati vəzifə tutan dövlət qulluqçularına inzibati vəzifələrin ikinci təsnifatı üzrə aşağıda göstərilən ixtisas dərəcələri verilsin:

 

2-ci dərəcə dövlət müşaviri:

 

Azərbaycan Respublikası Baş nazirinin köməkçisi, 3-cü dərəcə dövlət müşaviri

- Natiq Həmdulla oğlu Əzizova

Sənaye və energetika şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri

- Səyyaf Fətiş oğlu İsmayılova

Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri,

3-cü dərəcə dövlət müşaviri

- Şahin Rasim oğlu Salahova

 

3-cü dərəcə dövlət müşaviri:

 

İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri

- Şahin Mustafa oğlu Sadıqova

Dövlət zəmanəti ilə alınan kreditlərin, texniki yardım və qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri

- Nail Sadıx oğlu Fətəliyevə

Nəqliyyat və rabitə şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri

- Aydın Abdulla oğlu Məmmədova

Regionların inkişafı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri

- Nizami Əbülfəz oğlu Mustafayevə

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər müdiri, dövlət qulluğunun baş müşaviri

- Süleyman Əsgər oğlu Şəfiyevə

 

İnzibati vəzifələrin üçüncü təsnifatı üzrə -3-cü dərəcə dövlət müşaviri

 

Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri

- Qurban Nəriman oğlu Əmirova

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti