AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 25.06.2011
Qeydiyyat nömrəsi: 1556
Adı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında inzibati vəzifə tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 532
Qüvvəyə minmə tarixi: 30.06.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 330.030.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 32201106251556
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.09.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarına və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında inzibati vəzifə tutan dövlət qulluqçularına aşağıda göstərilən ixtisas dərəcələri verilsin:

 

İnzibati vəzifələrin birinci təsnifatı üzrə -2-ci dərəcə dövlət müşaviri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri, 3-cü dərəcə dövlət müşaviri

- Rauf Rəhim oğlu Quliyevə

 

İnzibati vəzifələrin üçüncü təsnifatı üzrə -3-cü dərəcə dövlət müşaviri:

 

Ümumi şöbənin müdiri, dövlət qulluğunun baş müşaviri

- Elmar Adil oğlu Hüseynova

Cinayət və inzibati hüquq şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri

- Hacıhakim İbrahim oğlu Əsgərova

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti