AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 28.06.2011
Qeydiyyat nömrəsi: 1576
Adı: Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığorta sahəsində əməkdaşlıq haqqında Protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 552
Qüvvəyə minmə tarixi: 30.06.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 450.010.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 32201106281576
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.09.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığorta sahəsində əməkdaşlıq haqqında Protokolu imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Yanvar oğlu Müslümova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolu imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Yanvar oğlu Müslümova verilməsi barədə Moldova Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti