AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 01.07.2011
Qeydiyyat nömrəsi: 1593
Adı: Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 111-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Rəsmi dərc edildiyi mənbə: Respublika qəzeti №137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 659
Qüvvəyə minmə tarixi: 05.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 340.120.050
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 32201107011593
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 04.07.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 111-IVQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 111-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktların Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 111-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti