AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

08.11.2018

Qeydiyyat nömrəsi

479

Adı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli, “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 yanvar tarixli 7 nömrəli, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 21 yanvar tarixli 9 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 15 iyul tarixli 118 nömrəli və “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” 2012-ci il 24 yanvar tarixli 12 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

“Xalq” qəzeti ¹ 255

Qüvvəyə minmə tarixi

13.11.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201811080479

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

14.11.2018

 

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.2-ci və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9, maddə 829) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.1-ci yarımbəndin ikinci cümləsində hər iki halda “baza təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin;

1.2. 5.1.1-ci yarımbəndin birinci cümləsində “baza peşə-ixtisas təhsili” və “baza təhsil” sözləri “təhsil” sözü ilə əvəz edilsin;

1.3. 5.1.6-cı yarımbənddə “baza təhsil” və hər iki halda “baza təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin;

1.4. 5.2.4-cü yarımbənddə “baza” sözü “təhsil” sözü ilə əvəz edilsin;

1.5. 6.1.2-ci, 6.1.3-cü və 6.1.4-cü yarımbəndlərdə “baza təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9, maddə 833; 2012, ¹ 6, maddə 624, ¹ 10, maddə 1005; 2016, ¹ 10, maddə 1713; 2017, ¹ 2, maddə 314) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.”;

2.2. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. Təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.”;

2.3. 2.1-ci bənddən “(əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə)” sözləri çıxarılsın;

2.4. 2.4-cü bəndin ikinci abzasına “lisenziyanın” sözündən sonra “(dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla) ” sözləri əlavə edilsin;

2.5. 2.4-cü bəndin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.”;

2.6. 5.3-cü bənd üzrə:

2.6.1. birinci cümləyə “statusunu” sözündən sonra “və hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddini” sözləri əlavə edilsin;

2.6.2. üçüncü cümləyə “təhsil proqramları” sözlərindən sonra “, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi göstərilməklə” sözləri əlavə edilsin.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 58; 2012, ¹ 1, maddə 34, ¹ 10, maddə 1007; 2014, ¹ 10, maddə 1329; 2015, ¹ 12, maddə 1562; 2016, ¹ 7, maddə 1351, ¹ 10, maddə 1717; 2017, ¹ 4, maddə 612, ¹ 12 (II kitab), maddələr 2519, 2535; 2018, ¹ 5, maddə 1144) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.5-2-ci bənddən “, fəaliyyətinə lisenziya verilmiş” sözləri çıxarılsın;

3.2. 1.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“1.6. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.”;

3.3. 1.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.11. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq tədris digər dillərdə də aparıla bilər.”;

3.4. 2.5-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.”;

3.5. 2.7-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.”;

3.6. 4.15-ci bəndə birinci halda “attestasiyasının” sözündən sonra “(dövlət ümumtəhsil məktəbində - sertifikatlaşdırılmasının)” sözləri əlavə edilsin;

3.7. aşağıdakı məzmunda 4.20-ci bənd əlavə edilsin:

“4.20. Ümumtəhsil məktəbində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur.”;

3.8. 6.3-cü bəndə və 8.2.9-cu yarımbəndə “attestasiyadan” sözündən sonra “(dövlət ümumtəhsil məktəbində - sertifikatlaşdırmadan)” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 60; 2012, ¹ 5, maddə 484, ¹ 6, maddə 625, ¹ 10, maddə 1008; 2013, ¹ 10, maddə 1230; 2015, ¹ 12, maddə 1561; 2016, ¹ 10, maddə 1701, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddə 640, ¹ 12 (II kitab), maddə 2536; 2018, ¹ 5, maddə 1143) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.16-cı bənd üzrə:

4.1.1. birinci abzas ləğv edilsin;

4.1.2. ikinci abzasın birinci cümləsinə “müəssisəsinin akkreditasiyası” sözlərindən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və” sözləri əlavə edilsin;

4.2. 2.2-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsilli, tam orta təhsilli şəxslərin və bakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.”;

4.3. 2.3-cü bənddə “tələbə qəbulu planı” sözləri “müvafiq ixtisaslar üzrə tələbə qəbulu” sözləri ilə əvəz edilsin;

4.4. 3.1-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq tədris digər dillərdə də aparıla bilər.”;

4.5. aşağıdakı məzmunda 4.10-cu bənd əlavə edilsin:

“4.10. Orta ixtisas təhsili müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil edilir.”;

4.6. 6.1-ci bəndin dördüncü abzasında “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 62; 2012, ¹ 5, maddə 485, ¹ 10, maddə 1006; 2013, ¹ 10, maddə 1231; 2015, ¹ 12, maddə 1560; 2016, ¹ 4, maddə 821, ¹ 10, maddə 1702, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddələr 640, 668, ¹ 8, maddə 1606, ¹ 12 (II kitab), maddə 2537; 2018, ¹ 5, maddə 1142) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.4-cü bəndin birinci cümləsinə “müəssisəsi” sözündən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri və “ali” sözündən sonra “, orta ixtisas və əlavə” sözləri əlavə edilsin;

5.2. 1.9-cu bənd üzrə:

5.2.1. yeddinci abzasa “hazırlığını,” sözündən sonra “orta ixtisas və” sözləri əlavə edilsin;

5.2.2. səkkizinci abzasa “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin;

5.2.3. doqquzuncu abzasa “hazırlığını” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin;

5.2.4. onuncu abzasa “üzrə” sözündən sonra “subbakalavr və” sözləri əlavə edilsin;

5.3. 1.17-ci bənd üzrə:

5.3.1. birinci abzas ləğv edilsin;

5.3.2. ikinci abzasın birinci cümləsinə “müəssisəsinin akkreditasiyası” sözlərindən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və” sözləri əlavə edilsin;

5.4. 1.26-cı bəndin on yeddinci abzasına birinci halda “təhsil” sözündən sonra “və peşə” sözləri əlavə edilsin;

5.5. 1.27-ci bənd üzrə:

5.5.1. ikinci abzasda “tibb təhsili istisna olmaqla” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

5.5.2. üçüncü abzasda “tibb təhsili istisna olmaqla” sözləri “rezidentura” sözü ilə əvəz edilsin;

5.5.3. dördüncü abzasa “doktorantura” sözündən sonra “(adyunktura)” sözü əlavə edilsin;

5.5.4. aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

“Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;

5.6. 1.30-cu bənd üzrə:

5.6.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.”;

5.6.2. ikinci abzas ləğv edilsin;

5.6.3. üçüncü abzasda “Tibb təhsili üzrə əsas təhsil” sözləri “Əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

5.7. 2.1-ci bənd üzrə:

5.7.1. birinci abzasa “əsasında,” sözündən sonra “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

5.7.2. ikinci abzas üçüncü abzas hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə ali təhsil müəssisəsinin orta ixtisas təhsili pilləsinə köçürülməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.”;

5.8. 2.2-ci bənddə “Ali təhsil müəssisələrinin” sözləri “Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə,” sözləri ilə əvəz edilsin;

5.9. 2.3-cü bənddə “tələbə qəbulu planı” sözləri “müvafiq ixtisaslar üzrə tələbə qəbulu” sözləri ilə əvəz edilsin;

5.10. 3.1-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq tədris digər dillərdə də aparıla bilər.”;

5.11. aşağıdakı məzmunda 5.9-cu bənd əlavə edilsin:

“5.9. Ali təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur.”;

5.12. 7.1-ci bəndin dördüncü abzasında “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6, maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə 807, ¹ 8, maddə 966, ¹ 10, maddələr 1226, 1229, ¹ 12, maddə 1571; 2016, ¹ 1, maddə 176, ¹ 2 (II kitab), maddə 373, ¹ 3, maddə 622, ¹ 5, maddə 957, ¹ 6, maddə 1209, ¹ 10, maddə 1723, ¹ 11, maddə 1919; 2017, ¹ 2, maddələr 285, 302, 319, ¹ 6, maddələr 1223, 1226) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. adına birinci halda “orta” sözündən əvvəl “ümumi” sözü, “ümumtəhsil internat məktəbləri” sözlərindən sonra “, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri” sözləri əlavə edilsin;

6.2. 1-ci hissəyə birinci halda “orta” sözündən əvvəl “ümumi” sözü əlavə edilsin.

7. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 1, maddə 35; 2016, ¹ 12, maddə 2239) aşağıdakı dəyişikliklər edilsin:

7.1. adına və preambulasına “müəssisələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin;

7.2. 1-ci hissəyə “müəssisələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri və hər iki halda “müəssisəsi” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.3. 2-ci hissəyə “müəssisələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri və hər üç halda ismin müvafiq hallarında “müəssisəsi” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.4. 3-cü hissəyə “Dövlət İmtahan Mərkəzi” sözlərindən sonra “, Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.5. 3.1-ci bənddə “bakalavriat və magistratura səviyyələrinə” sözləri “bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə” sözləri ilə əvəz edilsin;

7.6. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dövlət ali təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında Nümunəvi Fərdi Müqavilə” üzrə:

7.6.1. adına, 2.1-ci bəndinə hər üç halda, 2.2-ci, 2.3-cü bəndlərinə, 2.3.1-ci, 2.4.2-ci, 2.4.3-cü yarımbəndlərinə, 5.4-cü bəndinə və 9.3-cü bəndinə hər iki halda ismin müvafiq hallarında “müəssisəsi” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.6.2. preambulada birinci və beşinci hallarda ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin, “bakalavriat və magistratura səviyyələrində” sözləri “bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) səviyyələrində və 2015/2016-cı tədris ilindən başlayaraq magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri ilə əvəz edilsin, üçüncü, dördüncü və altıncı hallarda “müəssisələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri və ismin müvafiq hallarında “müəssisəsi” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.6.3. 1.1-ci və 3.1-ci bəndlərə hər iki halda ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.6.4. 3.2-ci bəndə “müəssisəsini” sözündən sonra “və ya təşkilatı” sözləri və “müəssisəsi” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.6.5. 10-cu hissəyə hər iki halda ismin müvafiq hallarında “müəssisəsi” sözündən sonra ismin müvafiq hallarında “və ya Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.7. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Nümunəvi Fərdi Müqavilə” üzrə:

7.7.1. adına hər iki halda, 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü yarımbəndlərinə, 2.2-ci bəndinə, 3.1-ci bəndinə hər iki halda, 3.2-ci, 4.1-ci, 4.2-ci, 10.2-ci və 10.3-cü bəndlərinə ismin müvafiq hallarında “müəssisəsi” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.7.2. preambulada birinci və beşinci hallarda ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin, “bakalavriat və magistratura səviyyələrində” sözləri “bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) səviyyələrində və 2015/2016-cı tədris ilindən başlayaraq magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri ilə əvəz edilsin, üçüncü, dördüncü və altıncı hallarda ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi” sözləri, “müəssisəsi” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.7.3. 1.1-ci bəndə hər iki halda ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

7.7.4. 6.4-cü bəndə “müəssisəsində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri və “müəssisələrinə” sözündən sonra “və ya magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri əlavə edilsin;

7.7.5. 11-ci hissəyə “müəssisəsi” sözündən sonra “və ya Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Novruz Məmmədov