AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

03.01.2019

Qeydiyyat nömrəsi

Q2-001-19

Adı

İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tarixli Q23-001-16 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

11.01.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

370.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201901030002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

10.01.2019

 

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutub, Kollegiya

 

Q Ə R A R A   A L I R:

 

1. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tarixli Q23-001-16 nömrəli qərarında (2017-ci il 20 aprel tarixli Q18-001-17 nömrəli və 2018-ci il 29 mart tarixli Q16-001-18 nömrəli qərarlarla edilmiş dəyişikliklərlə) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nın 4.5-ci bəndindən “sağlamlıq imkanlarının məhdudluğu,” sözləri çıxarılsın.

1.2. həmin qərarla təsdiq edilmiş “İctimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlıq (polisə ictimai dəstək) haqqında müqavilənin forması”nın 3.5-ci bəndindən "sağlamlıq imkanlarının məhdudluğu,” sözləri çıxarılsın.

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan olunsun.

 

 

Kollegiyanın sədri

general-polkovnik

 

Ramil Usubov