AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

25.12.2018

Qeydiyyat nömrəsi

25/2

Adı

Azərbaycan Respublikası Mərkəzi Bankının bəzi normativ xarakterli aktlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

11.01.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201812250252

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

10.01.2019

 

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 noyabr 2018-ci il tarixli 1821029519 nömrəli müraciətini nəzərə alaraq “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının 1.6-cı və 1.7-ci bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı normativ xarakterli aktları və onların struktur elementləri ləğv edilsin:

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2001-ci il 14 fevral tarixli qərarı (07 nömrəli protokol) ilə təsdiq edilmiş və 2001-ci il 19 fevral tarixli 2666 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasının bank sistemində hesablama metodu ilə uçot Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2002-ci il 19 mart tarixli 2760 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2002-ci il 02 mart tarixli qərarı (05 nömrəli protokol) ilə edilmiş dəyişikliklər);

1.2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2001-ci il 19 aprel tarixli qərarı (14 nömrəli protokol) ilə təsdiq edilmiş və 2001-ci il 25 aprel tarixli 2685 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasının bank sistemində balansdankənar əməliyyatların uçot Qaydaları”;

1.3. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2001-ci il 25 may tarixli qərarı (20 nömrəli protokol) ilə təsdiq edilmiş və 2001-ci il 08 iyun tarixli 2696 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasının bank sistemində xarici valyuta əməliyyatları üzrə uçot Qaydaları”;

1.4. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2001-ci il 25 may tarixli qərarı (20 nömrəli protokol) ilə təsdiq edilmiş və 2001-ci il 11 iyun tarixli 2697 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Kredit təşkilatları tərəfindən digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə edilməsi Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2005-ci il 30 dekabr tarixli 3211 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2005-ci il 23 dekabr tarixli (38 nömrəli protokol) qərarı ilə edilmiş dəyişikliklər);

1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2001-ci il 29 dekabr tarixli qərarı (26 nömrəli protokol) ilə təsdiq edilmiş və 2002-ci il 15 yanvar tarixli 2738 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasının bank sistemində icarə əməliyyatları üzrə uçot Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2004-cü il 16 aprel tarixli 3046 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2004-cü il 31 mart tarixli qərarı (07 nömrəli protokol) ilə edilmiş dəyişikliklər);

1.6. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2001-ci il 29 dekabr tarixli qərarı (26 nömrəli protokol) ilə təsdiq edilmiş və 2002-ci il 17 yanvar tarixli 2739 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2003-cü il 15 dekabr tarixli 3014 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2003-cü il 24 noyabr tarixli qərarı (18 nömrəli protokol) ilə edilmiş dəyişikliklər, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2004-cü il 17 iyul tarixli 3068 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2004-cü il 28 iyun tarixli qərarı (11 nömrəli protokol) ilə edilmiş dəyişikliklər, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2005-ci il 30 dekabr tarixli 3211 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2005-ci il 23 dekabr tarixli (38 nömrəli protokol) qərarı ilə edilmiş dəyişikliklər);

1.7. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2002-ci il 16 avqust tarixli qərarı (18 nömrəli protokol) ilə təsdiq edilmiş və 2002-ci il 02 sentyabr tarixli 2909 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasının bank sistemində digər aktiv və passivlərin uçot Qaydaları”;

1.8. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2004-cü il 03 noyabr tarixli qərarı (19 nömrəli protokol) ilə təsdiq edilmiş və 2004-cü il 16 noyabr tarixli 3090 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Bank yoxlamalarının həyata keçirilməsinin prosedur Qaydaları”;

1.9. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2004-cü il 03 noyabr tarixli qərarı (19 nömrəli protokol) ilə təsdiq edilmiş və 2004-cü il 16 noyabr tarixli 3094 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Bank inzibatçılarının vəzifədən azad edilməsi barədə sanksiyanın tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2008-ci il 12 dekabr tarixli 3425 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2008-ci il 18 noyabr tarixli qərarı (34 nömrəli protokol) ilə edilmiş dəyişikliklər);

1.10. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2005-ci il 01 sentyabr tarixli qərarı (25 nömrəli protokol) ilə təsdiq edilmiş və 2005-ci il 23 sentyabr tarixli 3190 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Konsolidasiya əsasında prudensial hesabatların tərtibi, təqdim edilməsi və nəzarət Qaydaları”;

1.11. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2005-ci il 07 noyabr tarixli qərarı (33 nömrəli protokol) ilə təsdiq edilmiş və 2005-ci il 21 noyabr tarixli 3201 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”;

1.12. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2007-ci il 28 fevral tarixli qərarı (10 nömrəli protokol) ilə təsdiq edilmiş və 2007-ci il 27 mart tarixli 3296 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Bankların və xarici bankların yerli filiallarının kənar auditinin aparılmasına dair tələblər haqqında Qaydalar” (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2009-cu il 28 iyul tarixli 3457 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2009-cu il 10 iyul tarixli qərarı (19 nömrəli protokol) ilə edilmiş dəyişikliklər);

1.13. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2008-ci il 18 noyabr tarixli qərarı (34 nömrəli protokol) ilə təsdiq edilmiş və 2008-ci il 10 dekabr tarixli 3426 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”;

1.14. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2009-cu il 20 noyabr tarixli qərarı (33 nömrəli protokol) ilə təsdiq edilmiş və 2009-cu il 01 dekabr tarixli 3484 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar”;

1.15. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə2013-cü il 09 dekabr tarixli 24/3 nömrəli Qərarının 1-ci hissəsi;

1.16. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin “Banklarda informasiya sistemlərinin təhlükəsizliyinə dair Qaydalar”ın təsdiq edilməsi barədə2014-cü il 10 dekabr tarixli 26/4 nömrəli Qərarının 1-ci hissəsi;

1.17. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə2015-ci il 29 dekabr tarixli 44/1 nömrəli Qәrarının 1-ci hissəsi (Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2016-cı il 29 sentyabr tarixli 38/5 nömrəli qərarı ilə edilmiş dəyişikliklər).

2. Bu Qərarın 1.1 - 1.17-ci bəndlərində göstərilən normativ xarakterli aktların və onların struktur elementlərinin ləğvi barədə qərar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş hallarda qəbul etdiyi eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) qüvvəyə minmiş hesab edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri                                                                         Elman Rüstəmov