AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

18.12.2018

Qeydiyyat nömrəsi

11-2

Adı

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif olunan “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli kollegiya qərarında dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

08.01.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

210.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201812180112

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

07.01.2019

 

 

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.3-cü bəndinin, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif olunan “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli Kollegiya qərarında dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2. Ümumi şöbəyə (L.Abdullayeva) tapşırılsın ki, Qərar qəbul edildiyi gündən üç gün müddətində Qərarın surətinin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə çatdırılmasını təmin etsin.

3. Bu Qərarın icrasına nəzarət nazir müavini M. Kərimliyə həvalə edilsin.

 

Kollegiyanın sədri                                                                    Sahil Babayev

 


 

 

Azərbaycan Respublikasının Əmək

və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Kollegiyasının 18 dekabr 2018-ci il

tarixli 11-2 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif olunan “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli kollegiya qərarında dəyişiklik

 

 

1. Adından və birinci hissəsindən “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif olunan” sözləri çıxarılsın;

2. Həmin qərarla təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” üzrə:

2.1. “Giriş”in iyirmi beşinci abzasında “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

2.2. “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə:

2.2.1. “1.RƏHBƏRLƏR” bölməsinin “Kitabxana direktoru (müdiri); Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru (müdiri)” və “Kitabxana filialının müdiri; Mərkəzləşdirilmiş kitabxana sisteminin filialının müdiri” hissələrinin ikinci abzaslarından “, turizm” sözləri, “Baş kitabxanaçı” hissəsinin ikinci abzasından və “Baş biblioqraf” hissəsinin üçüncü abzasından “, turizmin” sözləri çıxarılsın, “Sistem inzibatçısı” hissəsinin ikinci abzasında “mədəniyyət və turizmin” sözləri “mədəniyyətin” sözü ilə əvəz edilsin;

2.2.2. “2. MÜTƏXƏSSİSLƏR” bölməsinin “Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin müəllimi (konsertmeysteri); Xoreoqrafiya məktəbinin müəllimi (konsertmeysteri)” hissəsinin yeddinci, doqquzuncu, onuncu və on birinci abzaslarından “və Turizm” sözləri, “Mədəni-maarif işləri üzrə metodist” hissəsinin birinci abzasının dördüncü cümləsindən “və turizm” sözləri, ikinci abzasından “və turizmin”, “, turizm”, “və turizm” sözləri çıxarılsın, “Bərpaçı-rəssam” hissəsinin dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci abzaslarında “Orta peşə” sözləri “Peşə” sözü ilə, “Kitabxanaçı”, “Biblioqraf”, “Multi media mütəxəssisi; Multimedia resursları üzrə mütəxəssis”, “İnformasiya texnologiyaları üzrə mütəxəssis; Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis” hissələrinin ikinci abzaslarında “mədəniyyət və turizmin” sözləri “mədəniyyətin” sözü ilə və “Porter” hissəsinin altıncı abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.