AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

15.03.2019

Qeydiyyat nömrəsi

6/1

Adı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 03 dekabr tarixli 29/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın ləğv edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.04.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201903150061

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.04.2019

 

 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının 1.6-cı və 1.7-ci bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə 2012-ci il 03 dekabr tarixli 29/2 nömrəli Qərarının 1-ci hissəsi (Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2014-cü il 17 mart tarixli 05/2 nömrəli qərarı ilə edilmiş dəyişikliklər) ləğv edilsin.

2. Bu Qərarın 1-ci hissəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Azərbaycan Respublikası Prezidentinin aktına uyğun olaraq qəbul etdiyi banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları ilə bağlı münasibətləri tənzimləyən normativ xarakterli aktı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktda onun qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) qüvvəyə minmiş hesab edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri                                                                         Elman Rüstəmov